Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ATASIZLIQ - Fəridə RƏHİMLİ yazır Adalet.az | ATASIZLIQ - Fəridə RƏHİMLİ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATASIZLIQ - Fəridə RƏHİMLİ yazır

6595    |   2019-08-16 17:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atasının öldüyü günü heç unutmurdular. Dəhşətli bağırtıya yuxudan oyandılar. Qonşuları anasının başına toplanması. Anası ayılır, olanları qəbul edə bilmir, yenə özündən gedirdi. Uşaq hissiyyatıyla artıq atalarının gəlməyəcəyini duymuşdular. İçlərini göynədən bu ayrılıq ağrısına indi bir qorxu da əlavə olunmuşdu. Bayılan anasının da öləcəyindən, bu dünyada sevdikləri olmadan necə yaşayacaqlarından əndişələnir, onları dəhşət bürüyürdü. Anası yıxılarkən qışqırdıqları zaman səsləri qulaqlarında hələ də əks-səda verirdi. Öz səslərindən vahimələnmişdilər. Özündən asılı olmadan ətrafı bürüyən nalələri onlara yad gəlmişdi. İndiyə qədər belə dəhşətlə qışrıqmamışdılar. Üst-üstə gələn qorxunc anlar, sevdiklərini itirəcəyi ümidsizliyi onların bədənlərini keyləşdirmişdi. Alacalanmış gözlərinin yaşları durmadan axır, dodaqlarında duzlu tamı hiss edirdilər.

Bu axşam hər gün olduğu kimi, işdən gələn atasının onu və qardaşını qolları üstə alaraq əl-üzlərini yuması, birlikdə süfrədə əyləşmələri, sabah işdən sonrakı vədləri və bugünkü yoxluğu... Bütün bunları bir yerə toplayacaq anlayışda deyildilər. Zərif cismləri bu ağırlıqları daşıyacaq gücdə deyildi. Uğuldayan beyinlərində anidən başlayan və ard-arda düzülən bədbəxt hadisələri bir-birinə calaya bilmirdilər. Aramsız çırpınan kiçik qəlbləri çarəsizlik, kimsəsizlik girdabına yuvarlanmış, labirintə düşmüş, çıxması çətin olan bir yola yönəlmişdi. Bu anlıq Allahdan ən çox istədikləri, arzuladıqları şey analarının ayılması, həmişəki kimi mehribanlıqla onların üzünə gülümsəməsi idi. Amma o gülüşün bu gündən etibarən ananın üzündən çəkiləcəyini ağıllarından belə keçimirdilər...

Ana yavaş-yavaş özünə gəldi. Gözü məyus, yazıq görkəmdə ətrafında dayanaraq ağlayan üç körpəsinə sataşdı. Və indi anladı – daha əzizləndiyi, sevildiyi, hər arzusu yerinə gəldiyi beş illik zaman durdu az öncə! Gənclik də, qadınlıq da, ərköyünlük də burda bitdi! İndi onun da, özünün də əvəzinə yükü təkbaşına çəkməlidir. O dəhşətlə baxan məyus, əndişəli baxışların sahibləri analarına güvənməlidilər ki, həyata bağlana bilsinlər. Onların qarşısında zəifliyini göstərdiyi, balalarını bu ümidsizlik girdabına saldığı, eqoistcə davrandığı üçün özündən utandı. Bundan sonra onlar üçün yaşamalı olduğunu dərk eləməyə başladı. Hardan, necə başlayacaqdı, bilmirdi, amma bir yolu olacağına ümidliydi. Dişi aslan kimi hiss elədi özünü – bütün gücünü sərf edib balalarını qorumalı, böyütməli, oxutmalıdı! Onlar analarını gözü yaşlı, zəif, köməksiz, kimsəsiz görsələr ürəkli böyüyə bilməzlər! Öz ürəyinə köz basıb, o ürəkləri yaşatmalı olduğunu səssizcə qəbul etdirdi özünə.

Sərt hərəkətlə yerindən qalxaraq üzündən aşağı axıb yaxasını isladan göz yaşlarını sildi. İçində öz-özünə bir daha uşaqlarına bu göz yaşlarını göstərməyəcəyinə söz verdi. Və o gündən göz yaşları içinə axmağa başladı...

İllər ötdü... Uşaqlar böyüdülər, oxudular, ailə qurdular. Təbii ki, ananın içində gizlətdiyi nisgildən onlara da pay düşmüşdü. Anaları məyus olmasın deyə bu illər ərzində atalarından heç söz açmadılar. Açarlarsa anaları ağlayar deyə, unutsun deyə. Ata sevgisini içlərində, kiçik qəlblərində bəsləyərək böyüdülər. Ana nə qədər çalışıb atasızlıqlarını hiss etdirməməyə çalışsa da bir tərəfləri hey yarım qaldı. İyirmi-otuz il keçsə də o iki-üç illik birgə atalı günlərin xoşbəxtliyini heç nə əvəz etmədi, unuda bilmədilər. Ana bunu illər sonra - ailə qurub gəlin köçdükdən sonra qızının dəftərinin arasından tapdığı Fikrət Məmmədlinin şeirindən anladı:


Təzəcə yol gedirdik,

Bələdçini itirdik.

Gülməz imiş, bilmirdik,

Üzü atasızların.


Arzusu talan olar,

İnləyən kaman olar,

Çox yerdə yalan olar,

Düzü atasızların.


Üstünə qəm ələnər,

Tez susar, gec dillənər.

Alışmaz, tüstülənər,

Közü atasızların.


Qəlbdə qəm yuva salar,

Tez-tez xəyala dalar.

Özgə əlində qalar,

Gözü atasızların.


Qohum-qonşu ötər yan,

Girən olmaz qapıdan.

Gülməz bir atalıycan,

Yüzü atasızların.


Kədər əkər, qəm biçər,

Qardaşına and içər.

Məclisdə çətin keçər

Sözü atasızların.


Baxıb boynunu bükər,

Gizli göz yaşı tökər,

Ata yükünü çəkər,

Öz atasızların.


Anasının ünvanına deyilən "sağ olsun, üzü ağ olsun, balalarına həm ata, həm ana oldu” kəlməsini tez-tez duysalar da deyə bilmədilər ki, o bizə yaxşı ana oldu, amma ata olmağa çalışsa da ola bilmədi. Atamız olsaydı...



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK