ANA SƏHİFƏ / AVTOMOBİL

DYP-dən ÇƏKƏLƏK xəbərdarlığı

33555    |   2019-08-16 10:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.

Adalet.az-ın məlumatına görə, aksiya zamanı DYP tərəfindən hazırlanmış plakatlar çimərliklərin girişinə vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atılmağın, çimərlik ərazisində sürmə təlimi keçirməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşmək kimi əməllərin təhlükəli olması barədə bildirişlər qeyd olunub. Sürücülərin bu qaydalara əməl etməyinin vacibliyi vurğulanıb.

Yüzlərlə buklet Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə insanlara paylanılıb. Həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisində - Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə yol polisi tərəfindən hazırlanmış plakatlar asılıb. Həmçinin, bukletlər paylanılıb.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hazırladığı bu materiallar digər çimərliklərdə də sürücülərə paylanılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin əhəmiyyəti barədə bildirib ki, yay mövsümü ərəfəsində çimərliyə gələrək istirahət edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən tədbirlər həyata keçirilir. Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklər, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır.

V.Əsədov qeyd edib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb: "Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də insanlar arasında maarifləndirmə işləri aparılır. Bu gün Səbail rayonu Şıx çimərliyində və Suraxanı rayonu Hövsan qəsəbəsinsdə yerləşən çimərliklərdə maarifləndirmə aksiyası keçirdik. İnsanlara nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik. Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrinin təlim məqsədilə istifadə olunması da yolverilməzdir”.

Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

SON XƏBƏRLƏR
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK