viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb Adalet.az | ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb

3316    |   2019-08-15 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 15-də 2019/2020-ci tədris ilində Аzərbaycan Dillər Universitetinin bаkаlаvr pilləsinin I kursunа qəbul оlmuş abituriyentlərin sənəd qəbulu başlayıb.

Universitetdən verilən məlumata görə, sənəd qəbulu komissiyasının məsul şəxsi Məmməd İsmayılov bildirib ki, sənəd qəbulu I mərhələdə avqustun 27-dək davam edəcək və əsas qəbulda iştirak edən tələbələr sənədlərini təqdim edəcəklər:

"Gördüyünüz kimi, artıq müraciətlər vardır. Tələbələr gəliblər, sənədlərini qeydiyyatdan keçiririk. Hələ ki, heç bir problem yoxdur. Hər şey öz qaydasında gedir. Sənəd qəbulu qısa zaman tələb edir, sonra isə tələbələrin müqavilələrini təqdim edirik. Sənəd qəbulu prosesinə universitetin əməkdaşları və əvvəlki illərdə olduğu kimi könüllü tələbələr kömək edirlər”.

138 saylı tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olan Rüfət Kazımov ingilis dilindən əlavə başqa bir dil öyrənməyi də düşünür. Dil öyrənməyə hədsiz marağının olması, onun müxtəlif dilləri professional səviyyədə tədris etməklə ölkə miqyasında özünəməxsus yer tutan Dillər Universitetini seçməsinə səbəb olub: "Dil tədrisi ilə məşğul olan tədris müəssisəsi kimi ADU-nun perspektivli olduğunu fikirləşirəm. Xəbəri eşidəndə çox sevindim. Amma intuitiv olaraq bilirdim ki, bu universitetə qəbul olacağam”.

299 saylı tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına 534 balla daxil olan Nəzrin Səfərəliyeva ADU-nun tələbəsi adını qazanmağın uşaqlıq xəyalı olduğunu qeyd edib: "Tələbə adını qazandığım an böyük sevinc hissi keçirdim”.

522 balla Təhsil fakültəsinin İngilis dili müəllimliyi ixtisasına qəbul olan İlahə Bəşirlinin valideyni Gülnarə Bəşirova sevinc hissi keçirdiyini söyləyib. O, övladının bu universiteti seçməsini məhz İlahənin öz arzusu olduğunu sözlərinə əlavə edib.

ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına 542 balla qəbul olan Rüfət Kazımovun valideyni Xanım Kazımova ADU-nu seçməsinin məhz övladının 9-cu sinifdən arzusu olduğunu deyib: "Ona görə az qala sevincindən uçurdu. Övladım arzusuna yetdi. Valideyn olaraq mən də həmişə onu dəstəkləyəcəyəm. İnsan bir peşəni sevmirsə, orda işləməyə dəyməz”.




İmza:

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq

Valideynlərin “təriqət məktəbi” üsyanı

Görəsən, təhsilə biz nə qədər xərcləyirik? - SİYAHI

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib

61 məktəbə yeni direktor təyin olunub

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Prezident təqaüdü alacaq tələbələr bu universitetləri seçib - SİYAHI

UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək

Bu tədris ilində şagirdlərin çoxu oğlanlar olacaq - STATİSTİKA

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK