Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Kaspersky Lab”: Cinayətkarlar spamları nüfuzlu şirkətlərin saytlarından yayırlar Adalet.az | “Kaspersky Lab”: Cinayətkarlar spamları nüfuzlu şirkətlərin saytlarından yayırlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Kaspersky Lab”: Cinayətkarlar spamları nüfuzlu şirkətlərin saytlarından yayırlar

4611    |   2019-08-15 13:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Kaspersky Lab” şirkətinin mütəxəssisləri qeyd edirlər ki, cinayətkarlar spam yayılmasının yeni üsulunu tapıblar.

Şirkətdən verilən məlumata görə, bu üsul nüfuzlu şirkətlərin ligitim saytlarındakı geri dönüş vasitəsi ilə həyata keçirilir. Bu hiylə, bəzi spam filtrlərini aşaraq reklam, fişinq linkləri və zərərverici kodları istifadəçidə şübhə yaratmadan yaymaq imkanı verir.

Spamların yayılması üçün istifadə olunan bu üsul saytlardakı geri dönüş prinsipinin işləməsi hesabına yaranıb. Bir qayda olaraq, hər hansı xidmətdən istifadə etmək, bülletenə yazılmaq və ya sual vermək üçün əvvəlcə şəxsi hesab yaratmaq lazımdır. Bunu etmək üçün ad və e-poçt ünvanınızı qeyd etməlisiniz. Bu, əksər hallarda istifadəçiyə şirkətin saytından məktub göndərmək üçün lazım olur. Spamerlər bu məktublara öz məlumatlarını əlavə etməyi öyrəniblər.

Hiylənin işləmə mexanizmi belədir: hazır alınmış bazadan hər hansı bir qurbanın ünvanı qeyd edilir. Ad hissəsinə isə reklam mətni yerləşdirilir. Bu bir yandan spam kimi görünsə də, istifadəçi nüfuzlu şirkətin e-poçtunu görüb, spamdan şübhələnmir.

Fırıldaqçılar bu üsuldan daha çox öz maraqlarına uyğun istifadə etməklə yanaşı, şirkətlərin ligitim saytlarının geri dönüşü hesabına reklam xidmətini də təklif edirlər.

"Şirkətin saytı vasitəsi ilə spam göndərmək, ilk növbədə, təşkilatın işgüzar nüfuzuna xələl gətirir. Çünki bir şəxs şirkət adından bezdirici reklam alırsa, təşkilatın spamer olduğunu düşünür. İkincisi, istifadəçilərin özləri risk altındadır. Cinayətkarlar asanlıqla "ad" qrafasına fişinq linki daxil edə bilər, bununla da məktubu alan istifadəçi internet fırıldaqçılarının qurbanı ola bilər. Buna görə də, təşkilatlar rəy formalarının necə işlədiyinə, xüsusən qeydiyyat və abunə xidmətlərinə diqqət yetirməlidirlər”, - bunu "Kaspersky Lab” şirkətinin baş spam analitiki Mariya Vergelis deyib.

Saytları spam göndərmək üçün istifadə edən fırıldaqçıların qurbanı olmamaq üçün "Kaspersky Lab” təşkilatlara bunları tövsiyə edir:

*saytda geri dönüş formalarına və qeydiyyat xidmətlərinə daxil edilmiş məlumatların yoxlanılması mexanizmlərinin tətbiq edilməsi - real insanların adında vergül, xüsusi simvol, rəqəm və s. olmur;

*geri dönüş formaları vasitəsilə mesajlar yarada bilən botlardan qorunma metodlarını tətbiq etmək;

*saytda texniki zəifliyin olub olmadığını yoxlamaq;

*işçilərin, xüsusən də bu formalarının yaradılmasına məsul şəxslərin, məsələn marketoloqlar və sistem rəhbərlərinin rəqəmsal savadlılığını daim təkmilləşdirmək. Buna "Kaspersky ASAP” kimi ixtisaslaşdırılmış onlayn platformalar və təlimlər də kömək edə bilər.

Spamların yayılmasının bu üsulu haqqında daha ətraflı: https://www.kaspersky.ru/blog/contact-form-spam/23278/




İmza:

“Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK