Abşeronun "Qızılqum” adlanan səfalı guşəsində keçirilən yubiley məclisindən baş redaktor Vaqif Əlixanlının arabasında paytaxta qayıdanda saatın əqrəbləri 1-ə doğru irəliləyridi. Artıq ilin 7-ci ayının 13-cü günü başlanmışdı...
Mışıl-mışıl yatan min-min.
"Dünya mənim, dünya sənin...”
Bir çıraqban binam vardı;
Öz kəkliyim, xınam vardı.
Nə yarım, nə sonam vardı.
O çağ heç vaxt düşməz ələ,
... Altı əziz, mərd qardaşın
Yaşa xoşbəxt, şad, azad –
Düzlük haqq səsidir Rafiq Hacının,
Tanrı yiyəsidir Rafiq Hacının;
Hörmət, səmimiyyət, xoş duyğulardır
Bizə hədiyyəsi Rafiq Hacının.
Gül açıb söz, sənət deyilən bağı,
Başlanır ömrünün müdriklik çağı;
Mətbuat Mərkəzi bəzənib bu gün
Ustadın eşqinə bayramsayağı.
Zirvədən-zirvəyə yeni yol salıb,
Özü ucaldıqca xəbis alçalıb;
Hətta yazarların yığıncağında
Beynəlxalq ədəbi mükafat alıb.
Tuturuq cəsura, mərdə tən onu,
Görürük qayğılı, kövrək, şən onu;
Qələm yoldaşlarım sıxır əlini,
Təbrik eyləyirlər ürəkdən onu.
Onu etibarlı həmkar sayıram,
Haqqında efirdən xoş söz yayıram;
Möhkəm sağlamlıqla bərabər uğur,
Yüzdən çox ilk bahar arzulayıram!
Muğanın dəyərli parçası burda,
Oxuyur ilk bahar carçısı burda;
Yaşıllıq-çöllərin xalçası burda.
Bərəkət rəmzidir toxum da, dən də,
Gəlmişəm dost-doğma Qırmızıkəndə!
Burda yüz cərgəli nar bağı vardı,
Abuzər, ixtiyar növrağı vardı;
Axşam Əhədbaba çırağı vardı.
Fəsillər arxada, fəsillər öndə,
Gəlmişəm dost-doğma Qırmızıkəndə.
Ehtiyac canlarda od qalamışdı,
Qurd Maral inəyi parcalamışdı;
... Baxıram – dörd tərəf necə tanışdır!
Qalıb uşaqlığım min ötən gündə,
Gəlmişəm dost-doğma Qırmızıkəndə!
Əmim sədrliyi ürəkdən seçib,
Bəzən çobanlar da taxıl, ot biçib;
Sinəmə ən şirin duyğular köçüb.
Heç vaxt unutmuram keçmişi mən də,
Gəlmişəm dost-doğma Qırmızıkəndə!