viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nizami GÖYDƏRƏLİ: BURAXIN, DƏRDİMİ YEYİM! Adalet.az | Nizami GÖYDƏRƏLİ: BURAXIN, DƏRDİMİ YEYİM! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Nizami GÖYDƏRƏLİ: BURAXIN, DƏRDİMİ YEYİM!

3265    |   2019-08-14 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1. Haqqımı ver,

Haqsız Dünya!


Haqqımı ver,

Haqsız Dünya!

Torpağımı, xalqımı ver!

Haqsız Dünya.

Şah İsmayıl Xətaidən miras qalan

ağlımı ver!

Haqsız Dünya!

Haqqımı ver, İranıstan!

Haqqımı ver, Ermənistan!

Firəngistan, haqqımı ver

Torpağımı, xalqımı ver

Haqsız Dünya!

Haqsız Dünya!


İçimdə qardaş həsrəti,

Kükrəyib tufan qoxuyur.

Canım vurdun sərhədə

Tikanları qan qoxuyur.

İçim çölümü görmür,

Özümə meydan oxuyur.

Qalx ayağa, atam oğlu

Çörəyin, suyun qan olub,

İstəmərəm bu çörəyi,

Yemirəm bu zəhrimarı -

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


Tanrı bizi yarı bölüb,

dağlar, yoları bölüb,

Çölləri, çayları bölüb,

Bölünməz torpağı bölüb,

İçimdə bir vətən ölüb -

Kəfəni tikanlı məftil,

Başdaşı sərhəd dirəyi -

Necə yeyim bu çörəyi?!

Necə yeyim bu zəhəri

İçimdən dərd məni yeyir

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


Yeməyim zəhrimar olub,

Masama baxa bilmirəm.

Qab-qacaq qanla dolub

Kasama baxa bilmirəm.

Qanımdan qan fışqırır

Bir sərhəd yıxa bilmirəm.

Yediyim su zəhrimardı

Yemirəm bu çörəyi mən,

İçmirəm bu zəhrimarı.

Daraşıb dərd məni yeyir -

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


2. Sərhədi düşmənlər qoruyur


Oturub varının üstə

Dənizlər mərcan qoruyur.

İgidlər davaya getmir -

İgidlər də can qoyur.


Erməni köpək uşağı

Murdarladı Qarabağı.

Böyüklər baxmır aşağı -

Onlar şöhrət-şan qoruyur.


Hayımıza yetən harda?

Çörək harda, vətən harda?

Yarımız yad qapılarda

Yarımız Vətən qoruyur.

İşləmir İsmayıl cəddi,

Parçalanan bu millətdi,

Qardaş arası sərhəddi

Gör, neçə düşmən qoruyur.


3. Düşmənin Allahı

yoxmuş, Allah!


Mən düşmənin anasına güllə atmaram,

Mən düşmənin balasına, güllə atmaram,

Mən düşmənin yarasına güllə atmaram -

Düşmən mənə atdı, Allah,

Düşmənin Allahı yoxmuş, Allah!


Mən düşməni ağladaram, gülmərəm,

Mən düşməni dağlayaram, gülmərəm.

Düşmən məni ağlatdı, güldü Allah!

Düşmənin Allahı yoxmuş, Allah!


Mən düşmənin canını alaram,

evini yıxmaram.

Mən düşmənin qanını içərəm,

Qadınına baxmaram.

Düşmən mənə baxdı, Allah,

Düşmənin Allahı yoxmuş, Allah!


Mən düşmənin anasını...

Mən düşmənin balasını...

Mən düşmənin yarasını...

Yox!

Mən Allahsız deyiləm,

Allahın səbrinə qurban olum, Allah!

Şəhidlərin qəbrinə qurban olum, Allah!

Düşmənin Allahı yoxmuş, Allah!


4. Qalx ayağa,

əziz qardaş!


Dur ayağa, atam oğlu

İçimdə qeyrət boğulur!

Qalx ayağa, vətən oğlu

Bir dürlü millət boğulur!

Qız-gəlin əsir düşür,

Ləyaqət, ismət boğulur!

Baxma uca saraylara

Orda əfəllər doğulur.

Ögey qardaş beşiyində

Yadelli ana oxuyur:

"Yat-yat, bala, laylay,

Yat, qal dala, lay-lay"

Onlardan kömək gözləmə,

Onlardan qeyrət gözləmə.

İgid anası doğanda

Kəndir, kəfənlər doğulur.

Qalx ayağa, əziz qardaş!

Qalx ayağa, çox yatmışıq,

İnanmışıq sapı bizdən baltalara!

Nə qədər ki, qalxmamışıq,

Yediyimiz, içdiyimiz

Dönəcəkdir zəhrimara.

Ay qardaş, yet harayıma,

Qardaşlar çatın dadıma -

Torpağı düşmənlər yeyir,

Sərvəti düşmənlər yeyir,

Daraşıb dərd məni yeyir,

Yemirəm bu zəhrimarı,

Yemirəm bu çörəyi mən -

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


Qalx ayağa, igid qardaş!

Qalx ayağa, vətən oğlu.

Üzünü yu, gözünü yu,

Yatsan, baçına daş düşər

Yatsan, gözünü oyarlar,

Düşmən bastayan torpağı,

Murdar tapdayan torpağı

Tərtəmiz qanla yuyular.

Qorxma bir qaşıq qanından

Vətəni qanla yuyarlar.

Bu gün Vətənin xəstədir,

Bu gün torpağın can verir -

Baxmır qanın qrupuna

Torpağa hər bir qan gedir.

Yetiş dada, atam oğlu,

Dərd məndən tonqal qalayıb,

Dərd boynumda kəndir olub,

Dərd əl-qolumu bağlayıb

Yetişin, açın buraxın,

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


Torpağımçün

Qollarımı kəsib verdim,

Durmadınız.

Torpağımçün

Dərdimi soyub verdim,

Doymadınız.

Torpağımçün gecələrimi,

gündüzlərimi,

İgidlərimi, qızlarımı

Qurban verdim,

doymadınız.

Nədir Sizin istəyiniz,

məramınız,

Milyon illər qapdığınız

haramınız,

Haqq bağıran, haqsız dünya,

Haqq yoxdumu?

Tükənibmi?

Bu yer, bu göy

haqsızlıqla yüklənibmi?!

Mən qanımla suvarmışam

O qurumuş haqq yolunu.

Almayınca öz qanımı,

öz haqqımı,

Milyon il də suvaracam

Öz qanımla haqq yolunu.

Haqqımı ver, haqsız Dünya!

Haqqımı ver, haqsız Dünya!


5. Tanrım,

mənə səbir vermə!


Tanrım, mənə səbir vermə,

Səbirdən heykəl olmuşam.

Vətən, mənə qəbir vermə,

Yatmaqdan əfəl olmuşam.

Mənə dərd ver dağlar boyda

Yeməyə gümanım olsun,

Torpağıma Günəş doğsun,

Çöllərdə dumanım olsun.

Çəmənlərim canamazım,

Daşlarım alın möhürüm,

Vətənim imanım olsun,

Torpağa imanım olsun!


6...


İçimdə qardaş həsrəti

Kükrəyib, tufan qoxuyur.

Özümü vurdum sərhədə

Tikanları qan qoxuyur.

Masama baxa bilmirəm,

Yeməyim zəhrimar olub,

Kasama baxa bilmirəm.

Qab-qacaq qanla dolub,

Qalx ayağa, atam oğlu,

Çörəyin, suyun qan olub,

İçimdə bir vətən ölüb.

Kəfəni tikanlı məftil,

Başdaşı sərhəd dirəyi.

Necə yeyim bu zəhəri,

Necə yeyim bu çörəyi?

Yemirəm bu zəhrimarı

Daraşıb dərd məni yeyir,

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!




İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK