viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İstedadların rəqəmsal sponsoru Azercell Olimpiadanın qaliblərini mükafatlandırıb Adalet.az | İstedadların rəqəmsal sponsoru Azercell Olimpiadanın qaliblərini mükafatlandırıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

İstedadların rəqəmsal sponsoru Azercell Olimpiadanın qaliblərini mükafatlandırıb

2624    |   2019-08-12 15:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın lider mobil operatoru Azercell-in İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdiyi 4-11 avqust tarixlərində Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası iştirakçıların qızğın mübarizələrindən sonra başa çatdı.

"Azercell Telekom"dan  verilən məlumata görə, Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı Olimpiadanın qalibləri 10 avqust tarixində Heydər Əliyev Mərkəzində keçirilən rəsmi Qapanış Mərasimində açıqlandı.

Belə ki, 1-ci yerin sahibi ABŞ-nı təmsil edən Benjamin Qi, 2-ci yerin sahibi Rusiyanı təmsil edən İldar Gainullin, 3-cu yerin sahibi isə Kanadanı təmsil edən Zixiang Zhou adlı iştirakçı olub. Qeyd edək ki, Benjamin Qi ötən il Yaponiyanın Tsukuba şəhərində keçirilən olimpiadanın da qalibi olub. Azərbaycanı təmsil edən iştirakçılara gəlincə, Murad Eynizadə və Abutalıb Namazov ən yaxşı göstəricilər nümayiş etdirərək 232 reytinq xalı ilə Olimpiada cədvəlində öz yerlərini tutublar. Rəsmi mərasimdə Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, digər təşkilati qurum və sponsorların rəhbərləri iştirak edib, qalibləri təntənəli şəkildə medalla təltif ediblər.

Bir daha qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirildi. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru qismində PAŞA Bank çıxış edib. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin etmiş oldu.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK