Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SALYANDA İLHAM QƏHRƏMANIN YUBİLEYİ QEYD EDİLİB Adalet.az | SALYANDA İLHAM QƏHRƏMANIN YUBİLEYİ QEYD EDİLİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

SALYANDA İLHAM QƏHRƏMANIN YUBİLEYİ QEYD EDİLİB

7296    |   2019-08-09 16:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 7-də Salyan şəhərində şair-publisist İlham Qəhrəmanın 60 illik yubiley tədbiri keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsi tərəfindən təşkil edilən tədbir Salyan Diyarşünaslıq Muzeyində baş tutub. 

İlham Qəhrəman özü tədbirə qələm dostları tənqidçi Əsəd Cahangir və ağsaqqal şair Oktay Rza ilə qatılmışdır. Rayon rəhbərliyi, ziyalılar, regionun tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə AYB Muğan bölməsinin sədri Nəbi İbrahimli giriş sözüylə çıxış edərək gələn qonaqları salamlamış, belə tədbirlərin əhəmiyyətindən danışmışdır. Salyan Mərkəzi Kitabxanasının direktoru Səidə Əliyeva öz çıxışında həm yubilyarın bioqrafiyası, həm də keçdiyi zəngin yaradıcılıq yolu haqqında tədbir işirakçılarına məlumat vermişdir. Daha sonra Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı Günel Orucova İlham Qəhrəmanın yaradıcılıq məziyyətlərindən söz açmış – onun şeir yaradıcılığında canlı xalq danışıq dilindən məharətlə bəhrələnməsindən, bir çox unudulmuş sözlərə uğurla yenidən həyat verməsindən bəhs etmişdir. Fikirlərinə söykək üçün şairin şeirlərindən sitatlar çəkən Günel xanım İlham Qəhrəman yaradıcılığını qısaca belə xarakterizə etmişdir – adiliyin aliliyi. Natiq fikrini davam etdirərək İlham Qəhrəmanın folklor yaradıcılığından da bəhs etmişdir. O şairin dili yaxşı bildiyi üçün Sarı Aşıq və Aşıq Alı yaradıcılığına diqqət ayırıb, onların irsini toplamasını və cinasları orjinalda olduğu kimi tərtib etməsini yüksək dəyərləndirmişdir. "Kürün töhfəsi” ədəbi birliyinin üzvü, gənc şair Pərviz Əbil tədbirdə İlham Qəhrəmandan və öz yaradıcılığından şeirlər səsləndirmişdir. 

Tədbirdə geniş nitq ilə çıxış edən Əsəd Cahangir toplaşanlara qələm dostu İlham Qəhrəmanın lirik şair olduğunu, onun yaradıcılığını maraqla izlədiyini gələnlərin diqqətinə çatdırmışdır. O şairin şeirlərində analarımızın dilində danışmasını xüsusi vurğulamışdır. Daha sonra şair Oktay Rza şairin doğma yurdu Laçının işğal altında olmasından və onun bu mövzuda yazılıb yenicə "Ədəbiyyat qəzeti”ndə işıq üzü görmüş "Yaddaş” poemasından söz salmışdır. Oktay Rza poemanın təsirli olmasını, rəvan, axıcı dillə yazılmasını qeyd etmişdir. Tədbirdə Salayan rayon İH Humanitar və İctimai-siyasi şöbənin müdiri Əzizağa Yaqubov, şair-publisist Əzizağa Məmmədli və başqaları çıxış etmişlər. Sonda şairlə xatirə şəkilləri çəkilmişdir.



İmza:
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK