viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Maya mədəniyyətinin məhvi - Yeni kəşf Adalet.az | Maya mədəniyyətinin məhvi - Yeni kəşf Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Maya mədəniyyətinin məhvi - Yeni kəşf

5155    |   2019-08-10 11:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Mayanın şəhər dövlətləri arasında ilk ciddi münaqişə bu sivilizasiyanın məhvindən 500 il əvvəl olub. Bu isə növbəti dəfə Maya sivilizasiyasının təkcə iqlimə deyil, həm də siyasi səbəblərə görə məhv olduğu fikrini gündəmə gətirib.

Bu barədə "Nature Human Behaviour” jurnalında məqalə dərc edilib.

"Bu kəşf Maya dövlətlərinin necə fəaliyyət göstərdiyini və münaqişələrin sivilizasiyanın kollapsında hansı rolu oynadığını dərk etməyə imkan verir. Biz göstəririk ki, total müharibələr Maya sivilizasiyasının sonuncu dövrünə aid deyil, daha əvvəl ortaya çıxıb. Məsələ əsir tutmaq və qurban kəsməklə bitməyib”, - deyə Kaliforniyadakı Berkli Universitetinin alimi Devid Val bildirib.

Maya hindularının sivilizasiyası bir neçə min il mövcud olub və eramızın X əsrində Yer üzündən silinərək Yukatan adasında özündən sonra bir sıra "ölü şəhər” və mədəniyyət abidəsi saxlayıb.

Bu zaman bir çox şəhər-dövlətin sakini ərazini tərk etmişdi. Bu günə qədər də Maya sivilizasiyasının kollapsı alimlər arasında mübahisə mövzusudur.

Günümüzdə bir çox arxeoloqun fikrincə, bu sivilizasiyanın məhvinin əsas səbəblərindən biri də iqlim dəyişikliyinə görə yaranan quraqlıq və Maya şəhərlərində əhalinin azalması olub. Bu nəzəriyyəni sübut edən ilk faktlar 2012-ci ildə Tikalya ərazisindəki qazıntılar zamanı əldə edilib. Tikalya hinduların ən böyük şəhərlərindən biridir və alimlər bu şəhərdə mürəkkəb sistemi olan su anbarları və kanallar kəşf ediblər.

Digər tərəfdən, bu yaxınlarda Seybala ərazisində aparılan qazıntılar sübut edib ki, Maya sivilizasiyası bir yox, iki kollapsla üzləşib. Onlardan biri bu hindu mədəniyyətinin tam məhvindən 600-700 il əvvəl baş verib. Amma hər iki halda da səbəb, arxeoloqların düşündüyü kimi, susuzluq və quraqlıq yox, regiondakı siyasi hərc-mərclik və hərbi münaqişələr idi.

Hücumlar zamanı şəhər əhalisinin sayı kəskin azaldı. Hazırda alimlər şəhər müharibələrinin səbəblərini araşdırırlar. Su və ya başqa faktorun münaqişələrə səbəb ola bilmə ehtimalları müzakirə edilir.

Val və həmkarlarıTikalyanın şimal-şərqindəki (müasir Qvatemala ərazisi) Uisna ərazisində arxeoloji qazıntılar apararaq yeni faktlar aşkarlayıblar.Məlum olub ki, Maya şəhər-dövlətləri faktiki olaraq həmişə bir-biri ilə savaşıblar. Maya mənbələrinə əsasən, Uisna şəhəri qonşu Naranyo şəhəri ilə düşmənçilik edib.

Uisna tarixin müəyyən dövründə Naranyonun bir hissəsi olub. Bu şəhərdəki daş sütunların birinin üzərində sirli yazı var. Yazıya əsasən, bu dövlətin başçıları ikinci dəfə Uisnaya hücum ediblər və şəhəri ələ keçiriblər və ya eramızın 697-ci ilində burada yanğın meydana gəlib?

Alimlər bu suala cavabı uzun müddət tapa bilməyiblər. Çünki "puluui” sözü Maya dilindən tərcümədə alov, yanğın və müharibənin iştirakı ilə dini ayinlər mənasına gəlir. Amerikalı arxeoloq və geoloqlar Uisna ərazisində və yaxınlıqda arxeoloji qazıntılar apararaq bu suala cavab tapmaq istəyiblər.

Alimlər yerli göllərdən birinin dibindən nümunələr götürüblər və şəhərdəki yanğınların tarixini müəyyənləşdiriblər. Bununla da Uisnada əhalinin sayının dəyişməsi müşahidə edilib. Paralel olaraq alimlər qazıntılar zamanı tapılan artefaktları analiz ediblər.

Məlum olub ki, həqiqətən dəşəhər son ikimin il ərzində bir neçə yanğına səhnə olub. Ən güclü yanğın isə 692-ci ildə, yəni sütundakı sirli yazıda qeyd edilən tarixdə baş verib. Bu yanğın Uisnadakı bütün binalara, eyni zamanda, hökmdarın saraylarına ziyan vurub, əhalinin sayı azalıb.

Arxeoloqların fikrincə, 697 və ya 692-ci ildə Uisna Naranyo ordusu tərəfindən işğal edilib və yandırılıb. Sağ qalan yerli sakinlər isə şəhəri tərk etməyə məcbur olublar.

İqlim dəyişiklikləri isə daha əvvəl, yəni eramızın 520 və 370-ci illərində meydana gəlib. Digər tərəfdən, Valın fikrincə,yeni kəşf "puluui” sözünün total müharibə mənasına gəldiyini üzə çıxarır. Daha əvvəlki mənbələrdə də bu sözə rast gəlinir. Çox güman ki, bu söz Maya dilində hərbi əməliyyatlarla bağlıdır və şəhəri yer üzündən silmək anlamına gəlir.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK