ANA SƏHİFƏ / YAZARLAR

SƏRKİSYANDAN OBAMAYA BİR TƏYYARƏ NÜVƏ BOMBASI

(Allahdan başqa Allah yoxdur, Obama da onun Yer üzündə səkkiz illik dəccalıdı)

16024    |   2010-04-13 00:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzizimiz, gözümüz, bu dünyanın yaraşığı, Tanrının Yer üzündə işığı ABŞ Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti keçirir. Dünyanın 47 ölkəsindən dövlət başçılarını da ABŞ-ın dünyaya tutduğu bu toy mərasiminə dəvət ediblər.
   
   Qonşumuz Serj Sərkisyan bu dəvətlilər arasındadı. Əvvəl-əvvəl naz edib getmək istəməyib. ABŞ-dan və Rusiyadan sonra üçüncü nüvə ehtiyatlarına malik olan Ermənistanın belə bir mərasimə qatılmaq istəməməsi Obamanı bərk rəncidə edib. Sərkisyana telefon açıb xeyli dil töküb, deyib dədəmin goru haqqı sənsiz bu sammit alınan deyil. Deyib ki, məclisimizi pozma, dünyanın gözü bizə, bizim də gözümüz sənə dikilib.
   
   Sərkisyan da Nuh deyib, peyğəmbər deməyib və məsələni çox sərt qoyub.
   
   Əvvəla deyib ki, bəs sən bilmirsən, mən gərək Putindən icazə alım. Onun icazəsi olmadan mən ayağımı sarayımdan çölə qoya bilmərəm.
   
   Obama da bildirib ki, narahat olmasın Medvedevi də çağırıb, indi Medvedev Putindən öz icazəsini alanda sənin də icazəni alar.
   
   Sərkisyan başqa şərtlərini söyləyib. Deyib, odur ey, Ərdoğan bəyan edib ki, mən getmirəm. Mən ondan əskiyəm? O getmirsə, heç mən də getmirəm. Və bir də deyib, sən ermənilərə söz vermişdin ki, girdirmə "erməni soyqırımı" sözünü işlədəcəksən, amma işlətmədin. Biz də səndən küsmüşük. Əvvəla, Ərdoğan gəlməsə mən də gəlməyəcəm, ikincisi də, on gündən sonra gərək girdirmə "soyqırım" sözünü işlədəsən.
   
   Obama nə illah eləyib, görüb yox, Sərkisyan bərk dirənib, ondan sonra Hillari xanımı çağırıb yanına. Deyib, götür o Türkiyənin başbakanına deynən ki, təcili gəlsin. Gəlməsə, çox "Qarabağ, Qarabağ" deyir, götürüb ataram Qarabağa, gedib orda atlara mehtərlik eləyər.
   
   Hillari xanım da götürüb sayın Ərdoğana telefon açıb. Xanım olduğuna görə ədəb-ərkan göstərib, day Obamanın dediyi kimi deməyib. Sadəcə xatırladıb ki, bəs qarşıdan seçkilər gəlir, əlimizi kürəyinizdən çəkərik CHP-lə, MHP sizi sürütdüyər, ya da dəli inək balasını çığnayan kimi çığnayar. Sayın Ərdoğan da eşitdiklərindən bərk dilxor olub və deyib ki, "bə çeşm", sayın Namiq Tanı göndərirəm, dalınca da özüm gəlirəm. Amma mənim də bir şərtim var. Gərək Obama mənimlə toyda əllə görüşsün, qoy başqaları yanıb-yaxılsınlar, bir də arada bir "Qarabağ" sözü işlətsin ki, azəri kardeşlərimiz bizdən inciməsin. Görsünlər ki, biz sözümüzün ağasıyıq. Və bir də Serj Sərkisyana deyin ki, özünü adam kimi aparsın, yoxsa Türkiyədə mühacir yaşayan 100 min ermənini qovaram.
   
   Hillari xanım da söz verib ki, hər şey sizin istədiyiniz kimi olacaq.
   
   Ondan sonra Obama Serjə telefon açıb deyib ki, şərtinin birinə əməl elədim - Ərdoğan mütləq gələcək. Qaldı ikinci şərtin, ondan narahat olma, işi elə qurmuşam ki, nəinki mən, hətta tezliklə Türkiyənin özü girdirmə "soyqırım" sözünü işlədəcək. Addım-addım da, hər şey birdən olmaz ki.
   
   Və Obama onu da deyib ki, əzizim Serj, gələndə özünlə bir təyyarə də özünüzün milli nüvə bombanızdan gətirin, imkan olsa bir az da İrəvan konyakı. Burda tapılmır, qonaqlara ərməğan edəcəm.
   
   Ondan sonra Sərkisyan yumşalıb. Əyanlarını yığıb başına, Obama ilə olan söhbətini açıqlayıb və onu da deyib ki, ara, bir şeyi başa düşmədim, Obama bir təyyarə bizim milli nüvə bombamızdan istəyir. Məgər bizdə nüvə bombası var? İt də bilir ki, rusların bizə bəxş elədiyi bombalardan savayı bizim bir milli silahımız var ki, o da daşdı, gərək sapanda qoyub atasın.
   
   Xarici işlər naziri Nalbandyan barmağını dişləyib. Deyib, cənab prezident, Obama Ermənistanın milli nüvə bombası deyəndə güman ki, bizim qızlarımızı nəzərdə tutub. Bizim qızlar elə nüvə bombası kimi bir şeydi də, hara düşsələr oraları yandırırlar. Hara düşsə, ora bizimdi. Elə türklərin də belini qıran bizim milli bombalar olmadımı? Və bizim xarici siyasətimiz elə milli bombaların göbəyində qurulmayıbmı?
   
   Sərkisyan da qalxıb Nalbandyanın o üzündən, bu üzündən öpüb deyib, sən dahisən.
   
   Və Sərkisyan bir təyyarə milli bomba yığıb uçub Vaşinqtona. Aeroportdan Putinə də telefon açıb ki, mənim təyyarəmin partlamayacağına zamin durursan? Putin də deyib narahat olma, sən hələ bizə lazımsan.
   
   Amma dünən toyda bir balaca dilxorçuluq da olub. Sərkisyanın özüylə apardığı zurnaçını oğurlayıblar. Obama da deyib ki, bizim zurnamızı çal. O da deyib, yox, biz yalnız milli zurnamızı çalırıq, uzaqbaşı urusunkun.
   
   
   
   P.S. Bu günlərdə Sabiq prezident Corc Buş Haitidə zəncilərlə görüşəndən sonra iyrəndi, ora-bura baxdı sonra əlini Bill Klintonun pencəyinə sildi.
   
   İndi sayın Ərdoğana da bir məsləhətimiz var. Ehtiyatlı olsun, Sərkisiyan Obama ilə görüşəndən sonra əlini onun pencəyinə silə bilər.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK