hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Rəsmi Bakı Ermənistan XİN-in bəyanatına cavab verdi Adalet.az | Rəsmi Bakı Ermənistan XİN-in bəyanatına cavab verdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Rəsmi Bakı Ermənistan XİN-in bəyanatına cavab verdi

12290    |   2019-08-07 12:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndi şəhərinə qanunsuz səfəri ilə bağlı Ermənistan XİN-in mövqeyinəmünasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərə münasibətdə rəsmi Bakınınqəti mövqeyinin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət qədər xaotik və məntiqi izahı olmayan cavabı diqqəti cəlb edib:

"Hesab edirik ki, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur.

Üstəlik, Ermənistan XİN Azərbaycan hökumətini N.Paşinyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün "birlik, həmrəylik, inkişaf və tərəqqi”mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır”.

Qeyd olunub ki, bu ölkənin baş nazirinin arxasınca"nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİNfaktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir:

"Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.

Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir”.




İmza:

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

MSK: Hazırda deputatlığa namizədlərin sayı 1400 nəfərdir

Rizvan Qənbərov qeyri-adi seçki kampaniyası keçirib

İlham Əliyev Davosda merlə görüşdü - FOTO

Səyavuş Məmmədov seçicilərlə görüşüb - FOTOLAR

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

Kamaləddin Qafarov Binəqədi rayonunun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb - FOTO

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev

Aqil Abbas seçicinin mənzilində oldu - Foto

Müşviqabad qəsəbəsində görüş - FOTOLAR

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - YENİLƏNİB

SON XƏBƏRLƏR
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK