hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Dağlıq Qarabağda keçiriləcək oyunlara gələn iştirakçılar nəzarətdə saxlanılacaq - İcma rəhbəri Adalet.az | Dağlıq Qarabağda keçiriləcək oyunlara gələn iştirakçılar nəzarətdə saxlanılacaq - İcma rəhbəri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Dağlıq Qarabağda keçiriləcək oyunlara gələn iştirakçılar nəzarətdə saxlanılacaq - İcma rəhbəri

12244    |   2019-08-07 11:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu oyunlarla bağlı Azərbaycanın işğal olunmuş ərazilərinə gələcək iştirakçılar nəzarətdə saxlanılacaq və orada hər hansı bir xarici ölkənin vətəndaşı və ya jurnalist iştirak edərsə, onlara etiraz ediləcək. Həmin şəxslər Xarici İşlər Nazirliyinin "qara sıyahı"sına da daxil edilə bilər.

Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətə gələrkən özünü "demokratik dəyərlərə sadiq" birisi kimi qələmə verməyə çalışan Nikol Paşinyan əgər əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi və əsl sifətini göstərmiş oldu:

"Əslində, onun bəyanatı təsdiq edir ki, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir və Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən "öz müqqədəratını müəyyən etmək hüququ" işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil. Həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əvvəlki bəyanatlarında artıq vurğulamışdı ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin, Ermənistanın hərbi təcavüzü buna son qoymuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.

Ermənistan və cinayətkar rejimin kiv-rində "Pan-Ermənistan oyunları" üçün hətta müvafiq "təhlükəsizlik" tədbirlərinin görüldüyü qeyd edilmişdir. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini "möhkəmləndirmək" üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqaziddir və heç bir fayda verməyəcək".

Qeyd edək ki, Ermənistan KİV-lərində yayılan məlumata əsasən, 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərində qondarma "Pan-Ermənistan oyunları"nın "açılış mərasimi" keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş "açılış mərasimi"ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib.

Nikol Paşinyan çıxşı zamanı təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməmiş və Azərbaycanın beynəlxlaq təşkilatlar və dünya ictimiayyəti tərəfindən tanınan suveren ərazisi-Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib.




İmza:

Aqil Abbas seçicilərlə görüşlərə start verdi - FOTOLAR

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

AQİL ABBASIN ALTERNATİVLƏRİNƏ MÜRACİƏTİ

Rauf Arifoğlunun "dublikat"ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

Rusiyanın yeni Baş Naziri məlum oldu

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

Sahil Babayev: Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK