ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

RƏŞAD MƏCİD: "Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır!"

9506    |   2019-08-06 14:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir”.

Adalet.az xəbər verir ki, bu problemi"525-ci qəzet”in baş redaktoru Rəşad Məciddilə gətirib:

"Mənə bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistraturadan imtina etmək istəyir.

İndi bir fakültə dekanının fikirlərini oxudum: "İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!!!”
Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir”.

O, sözlərin imkanlı şəxsləri həmin tələbələrə yardım etməyə çağırıb.

"Dövlət təhsillə bağlı çox addımlar atıb. ( Baxmayaraq ki, universitetlər belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər.)
Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxslər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd , etinasız olmuşuq?!”.

Rəşad Məcid Qurban Bayramı münasibəti ilə insanları imkansız tələbələrə yardım göstərməyə səsləyib.

"Qarşıdan Qurban Bayramı gəlir. Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O qoyunları sıraya düzüb cənnətə yol axtarınca bu tələbələri sevindirib savab qazanın!

Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır!

Buyurun zənginlərimiz”.





İmza:

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

Sosial şəbəkələrdə DİM-in saxta səhifə və qrupları yaradılıb

Bakıda 53 şagird respublika fənn olimpiadasının qalibi olub

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ

Bakı Ali Neft Məktəbinin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO

SON XƏBƏRLƏR
2020-07-06
2020-07-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK