hacklink Adalet.az | ƏLI KƏRIM, SƏRDAR ƏSƏD VƏ VAQIF İBRAHIN “PALITRA”NI MƏFTUN ETDILƏR Adalet.az | ƏLI KƏRIM, SƏRDAR ƏSƏD VƏ VAQIF İBRAHIN “PALITRA”NI MƏFTUN ETDILƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ƏLI KƏRIM, SƏRDAR ƏSƏD VƏ VAQIF İBRAHIN “PALITRA”NI MƏFTUN ETDILƏR

6112    |   2019-08-05 17:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son səkkiz ay ərzində Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən "Ralitra” Ədəbi Klubu ilk addımlarını atdığı vaxtdan indiki günlərə kimi yerli yazarların, sözə-sənətə dəyər verən şəhər ziyalılarının iştirakı ilə bir sıra uğurlu layihələri həyata keçirmişdir. Adətən hər ayın 28-də saat 15-00-da yaradıcılıq günü düzənlənən klubda indiyə qədər Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, İmadəddin Nəsimi ilə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyəti qurucularına da həsr olunan tədbirlər Mingəçevirdə və onun hüdudlarından uzaqlarda böyük maraq dairəsindədir.

Klubun iyul ayının 28-də şəhərdəki kafelərdən birinin həyətində "Dəyirmi masa” şəklində keçirilən növbəti yaradıcılıq günü bu dəfə yaşadıqları illərdə Azərbaycan ədəbiyyatına misilsiz əsərlər bəxş edən, lakin bununla bərabər nakam ömür sahibləri hesab olunan Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimə həsr olunmuş, hər üç sənətkarın xatirəsi ehtiram hissiylə yad edilmişdir.

Yerli yazarların, ziyalı və ədəbiyyatsevərlərin qatıldıqları tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, ötən yüzilliyin 60-70-ci illərində çoxsaylı oxucuların böyük sevgisini qazanan Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimi görkəmli söz ustaları kimi dəyərləndirmiş, indiki günlərimizdə də hər üç şairin qələmə aldıqları əsərlərin insanlara nəcib hisslər aşılamaq gücündə olduğunu vurğulamışdır.

Azərbaycan Yazıçılar Birliyi Ağdaş filialının sədri Fəxrəddin Əsəd "Əli Kərimin həyatı və yaradıcılıq yolları”, İsmayıl İmanzadə "Sərdar Əsəd haqsızlığın qurbanı idi” və Mingəçevir Dövlət Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nəsimişünas şair-publisist Əbülfət Həsənoğlu "Vaqif İbrahim xeyirxahlıq simvoludur” adlı məruzələri ilə nakam ömür yaşasalar da, insanların yaddaşında əbədi olaraq iz salan sənətkarların ədəbi talelərindən, yaradıcılıq yollarından, sağlıqlarında bədxahları tərəfindən yaradılan maniyələrlə üzləşsələr də sonda əbədi olaraq xatırlanmaq haqqına sahib olduqlarından söz açmışlar.

Yerli yazarlardan Məmməd Mərzili, Rəfael Dəmiroğlu, Səxavət Kəlbəcərli, söz xiridarlarından görkəmli cərrah həkim Qiyas Mehdiyev, tanınmış həkim Zahid Məmmədov, ədəbiyyat sevərlərdən Rəşid Rəsulov, Mahir Musa, Məhəmməd Fərzəliyev, Ağabala Salahlı və digər toplantı iştirakçıları öümlərindən sonra da zamanın fövqündə dayanmağa layiq olan hər üç şairin milli ədəbiyyatımızın söz xəzinəsini zənginləşdirmək baxımından dəyərli əsərlər müəllifləri olduqlarını vurğulamış, onların əsərlərinin yenidən çap olunmasının zərurətindən danışmış və hər üçünə ulu Tanrıdan qəni-qəni rəhmət diləmişlər.

"Dəyirmi masa”nın bir məqamında ötən əsrin yetmişinci illərində ədəbi üfüqdə ulduz kimi parlayıb, xeyirxahlığı ilə o vaxtkı ədəbi gəncliyin və oxucuların sevimlisinə çevrilən Vaqif İbrahimlə dost-sirdaş olduğunu vurğulayan İsmayıl İmanzadə unudulmaz sənətkarla bağlı görüşlərindən söz açmaqla, onun bir neçə şeirini dilə gətirmişdir. Tədbirdə Sərdar Əsədin Əli Kərimlə dostluğuna aid maraqlı bilgilər səslənmiş, Əli Kərim dünyasını dəyişəndə onun vaxtsız ölümündən söz açan şeirlərdən birinin Sərdar Əsəd tərəfindən yazıldığı da diqqətə çatdırılmışdır. Elə bu nisgilli ovqatın fonunda Əli Kərimin "İki sevgi” şeirini Əbülfət Həsənoğlu, "Qaytar ana borcunu” əsərini isə Məmməd Mərzili əzbərdən söyləmiş, ayrı-ayrı şəxslərin dilində isə Sərdar Əsədin ziddiyyətlərlə dolu həyatının zülmət səmtindən soraq verən bir neçə poetik nümunəsi dilə gətirilmiş, sağlığında bu nadir istedad sahibinə edilən haqsızlıqlar hamıda təəsüf hissi doğurmuşdur.

Tədbiri Sərdar Əsədin:

Yeyli-yerində hər söz

Qiymətli bir incidir,

Ürəkdən gəlməyənlər

Ürəkləri incidir.

-deyimi ilə yekunlaşdıran AYB Mingəçevir bölməsinin sədri avqust ayının 28-də "Palitra” Ədəbi Kulubunun növbəti yaradıcılıq gününün görkəmli elm xadimi-söz sərrafı Xudu Məmmədova və oxucuların yaddaşında istedadlı qələm sahibi kimi əbədi olaraq yer alan mərhum şair Ənvər Rzaya həsr olacağını bildirmiş, Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimin şəxsiyyətlərinə və əsərlərinə dəyər verən "Dəyirmi masa” iştirakçılarına təşəkkürünü bildirmişdir.

Bəhman Gülövşəli

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi, şair




İmza:
SON XƏBƏRLƏR
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK