viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanda qiymətli kağızlar bazarının həcmi artıb Adalet.az | Azərbaycanda qiymətli kağızlar bazarının həcmi artıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda qiymətli kağızlar bazarının həcmi artıb

3558    |   2019-08-03 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ilin birinci yarısında Azərbaycanın investisiya qiymətli kağızları bazarında ümumilikdə 8 176,3 mln. manat həcmində əməliyyat aparılıb. Bazarın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir.

Əməliyyatların 85%-i (6 957,5 mln. manat) ilkin bazarda, 15%-i (1 218,8 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%, təkrar bazar əməliyyatları isə 11% artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin birinci yarısı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% (756 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 470 mln. manata çatıb. Ümumilikdə, korporativ qiymətli kağızların ilkin bazarında 19% artım müşahidə olunub.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 11% artaraq 6 656 mln. manat təşkil edib. Bunun 520 mln. manatını dövlət istiqrazları, 6 135,5 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 17 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 26 hərrac keçirilib və müvafiq olaraq, 325 mln. manat və 5 951 mln. manat məbləğində yerləşdirmə olub.

Repo əməliyyatları

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 437,8 mln. manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 266 mln. manat təşkil edib.




İmza:

Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib

Ulduz Məcidzadə Əvəz Zeynallı ilə "Baş redaktorun qonağı" layihəsində

Bakıda sürücülərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər keçirilir

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Siz bilərsiniz, BMT-də Azərbaycan nümayəndəliyi var?

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Əli Əhmədov : Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO)

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən (FOTO)

Sabah 40 dərəcə isti olacaq

SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK