ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxdı

7864    |   2019-07-31 14:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən yazılan kitab itkin-şəhid Xəqani Əkbərovun taleyindən bəhs edir

Jurnalist-publisist Nəzirməmməd Zöhrablının "Gözlər yoldan yığılarmı...” adlı növbəti kitabı işıq üzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş soydaşımız Xəqani Eyvaz oğlu Əkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir.

"Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş "Gözlər yoldan yığılarmı...” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası ilə "Bakı-xəbər” qəzetinin "Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib. Layihənin rəhbəri Xatirə Kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət xanım Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, texniki redaktoru Dilarə Hüseynova, korrektoru Kamilə Dilbazi, dizayneri Cəfər Kərimovdur.


Layihə rəhbərinin təqdimatı, redaktorun "Bir yetim haray var, gəzir dünyanı!” başlıqlı yazısı ilə açılan "Gözlər yoldan yığılarmı...” kitabında müəllif İsmayıllı rayonunun Gəraybəyli kəndində doğulmuş, o vaxtkı Azərbaycan Dövlət Neft-kimya İnstitutunun III kursunda təhsilini yarımçıq qoyub könüllü olaraq Qarabağa – qanlı döyüş meydanına yollanmış, indi itkin-şəhid statuslu Xəqani Əkbərovun döyüş yolu, axtarışları, doğmalarının, tanışlarının onun haqqında xatirə və diləklərini qələmə almışdır. Kitab "Axtarışlar” və "Xatirələr, diləklər” adlı iki bölümdən ibarətdir. N.Zöhrablının Xəqaninin itkin düşməsindən 25 il sonra çox çətinliklə tapdığı döyüş yoldaşları ilə söhbətləri bu igid həmyerlimizin döyüşə, Vətənə münasibəti, itkin düşmə şəraiti barədə zəngin məlumatları ortaya çıxarmışdır. Yenicə nişanlanmış Xəqaninin bütün təkidlərə rəğmən döyüş yolunu seçməsi, məzuniyyətin sonunu belə gözləmədən Ağdamın döyüş nöqtələrinə çevrilmiş kəndlərinə qayıtması vətənpərvərliyin təbliğində əvəzsiz nümunələrdən biridir. Kitabdakı yazıları Xəqani ilə ilgili, eləcə də onun axtarışları, müsahibələr zamanı lentə alınmış, hər biri mahiyyətində böyük anlamları daşıyan rəngli şəkillər bloku müşayiət edir. İnanırıq ki, nəşr soydaşlarımızın, özəlliklə gəncliyin, sabahın azərbaycanlılarının stolüstü kitabına çevriləcək və vətənpərvərliyin son dərəcə əhəmiyyətli bir nümunəsi kimi yaddaşlarda özünə yer edəcəkdir.

Xatirə Kitabı redaksiyasının kollektivi "Gözlər yoldan yığılarmı...” kitabının geniş ictimaiyyətə təqdim edilməsinə itkin-şəhidin doğulduğu İsmayıllı rayonundan başlamağı planlaşdırır. Sentyabr-oktyabr aylarında isə Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.




İmza:
SON XƏBƏRLƏR
2020-05-27
2020-05-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK