warez forum warez script hacklink Adalet.az | Qurban bayramında heyvan kəsimi məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək Adalet.az | Qurban bayramında heyvan kəsimi məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qurban bayramında heyvan kəsimi məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək

4153    |   2019-07-30 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qurban bayramı günlərində ölkə ərazisində fəaliyyət göstərən 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin ediləcək.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, Qurban bayramı günlərində ölkə ərazisində qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində həyata keçiriləcək.

Bu məqsədlə bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək:

"Sözügedən kəsim məntəqələri barədə əhalini məlumatlandırmaq və heyvan kəsimini həyata keçirəcək şəxsləri standartlara uyğun kəsim məntəqələrinə cəlb etmək məqsədi ilə Agentlik tərəfindən bayram günlərində fəaliyyət göstərəcək stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin siyahısı və ünvanlarını əks etdirən videoçarx hazırlanıb. Video üçün keçid:https://youtu.be/9prnbi9uLG4linkindədir".




İmza:

Quba polisi gücləndirilmiş rejimə keçib

Ötən gün yol qəzalarında iki nəfər ölüb

Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

İşğalda qalan Kərki - 30 il ötür

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi

Heydər Əliyev prospektində sürət həddi endirildi

Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

“CinemaPlus”da 20 Yanvara həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK