hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Bakıda temperatur 36, rayonlarda 38 dərəcəyə yüksələcək Adalet.az | Bakıda temperatur 36, rayonlarda 38 dərəcəyə yüksələcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda temperatur 36, rayonlarda 38 dərəcəyə yüksələcək

4655    |   2019-07-29 13:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabah Bakıda havanın maksimal temperaturu 36, rayonlarda isə 38 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iyulun 30-da Bakıda və Abşeron yarımadasındahava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65 , gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

İyulun 30-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.




İmza:
SON XƏBƏRLƏR
2020-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK