ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

21429    |   2019-07-29 12:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan bölgələrinə səyahət Naxçıvandan başlayır.

Qlobal informasiya-kommunikasiya texnologiyalarının ən son trendlərini daha əlçatan etməyi hədəfləyərək fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell Telekom iyul-avqust aylarında "Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsinə start verir. Bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək.

"Rəqəmsal dünya bölgələrdə” tədbirinin iştirakçıları gündəlik insan həyatının texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının üstünlükləri ilə yanaşı, Azercell-in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Burada Azercell-in yeni rəqəmsal məhsulları olan "Kabinetim” tətbiqi, "BuludCinema”, "TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən "Sərbəst”, "GəncOL” və "Sadə” tarif paketləri təqdim ediləcək. Şirkətin yeni "Rəqəmsal dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr paylanacaq. Azercell-in təşəbbüsü ilə yaradılan "İmzanı Tanıt” sosial kampaniyasının işirakçıları da tədbirə dəvət ediləcəklər. Qeyd edək ki, qısa müddət ərzində sosial şəbəkələrdə rezonans yaratmağa müvəffəq olan "İmzanı Tanıt” çağırışı ölkəmizdə sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizin inkişafı ideyasını özündə əks etdirir.

Bununla yanaşı, festival çərçivəsində Azercell-in "Mobil Diş" və "Mobil Göz" klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları ziyarət edərək onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. Azercell uşaqlara hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq.

Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi Instagram və Facebook səhifələrini izləməyi unutmayın!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz



İmza:

“Google” insanlara sosial məsafəni tənzimləməyə yardım edəcək - VİDEO

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Bakıda internet xidmətinin kəsilməsinin səbəbi AÇIQLANDI

Hakerlər aviaşirkətin 9 milyon müştərisinin məlumatlarını ələ keçirib

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!

600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir

SON XƏBƏRLƏR
2020-06-02
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK