viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qəşəm İsabəyli: Xoş ovqat Adalet.az | Qəşəm İsabəyli: Xoş ovqat Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Xoş ovqat

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

12116    |   2019-07-29 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağlamaq lazım deyil şəhidlərə

"Ağladıqca kişi qeyrətsiz olar!”
M.Ə.Sabir

Ağlamaq
Lazım deyil şəhidlərə!
Tökdüyün
Göz yaşıdır – hədərə!
Əllərinlə başını tutub,
Fağır-fağır ağladıqca,
Yazıq günə qoyursan –
İntiqam hissini!

Nə qədər ki, nicat yolun
Göz yaşıdı,
Vətənin darda, özün də
Əl-amanda qalacaqsan!



Kitab

Beyin qırışlarımız
Daş dövrünəcən hamarlanıb –
Ağ-appaq vərəqdi.
Odur ki, yumor hissimiz də
İbtidai səviyyəyə enib.
Biri ki, burnunu qırışdırır –
Hırıldaşırıq.

Hədd – sərhədd

Bizdə hər şeyin həddi var,
Özü də rəngbə-rəng –
Qırmızı, sarı, yaşıl
Səddi var.
Pul qazanmağın da
Sərhəddi var.
Təkbaşına Hacı Zeyanalbdin
Ola bilməzsən bizdə.

Quba-Bakı yolu

Quba-Bakı yolu yekrəng deyil,
O qədər yamaq vurublar,
Qaraçı paltarı kimi aldır-bıldırdı.
Bu da yaxşı haldı –
Heç olmasa sürücülərin
Gözü yorulmaz.
Gəl ki, sürməyin də,
Ötməyin də,
Dayanmağın da
Hər anı təhlükədi!

Cənab DAM!
110-u götürün bu yoldan.
Qəzaya şərait yaratmayın!


Mən də söyüşçül oldum

Söyüşçül adam deyildim,
Quba-Bakı yolu öyrətdi.
O günü mərtəbə-mərtəbə
Söymüşəm...
–Kimi?!
–Qulağını bəri tut!

Mən niyə...

Avropada sərhəd-filan
Yoxdu, deyirlər.
Bizim də üzümüz Avropayadı.
Onda mən niyə misralarımı
Qafiyəylə, hecayla
Çəpərə almalıyam?!

İki nəfər – iki fərq

Əbülfət Mədətoğluyla
İki fərqimiz var,
Bunun birincisi yaşdı.
Yəni o, 60-dı,
Mən də ondan bir az...
Artıq-əskikliyini demərəm.
Hər sirri açmazdı köhnə kişilər.

İkinci fərqimiz də mübahisəsizdi.
Yəni, onun yuxarıdan aşağı
Baxdığı bəzi fikirləri
Şeir eləyirəm bəzən.

Azərbaycan

Cındırından cin ürkən
Bir avtobus gedirdi
Məndən qabaqda.
Təkərləri daşa-daharaya
Dəyməkdən
Ləkə-ləkə olmuşdu.
Obrazlı desək–
Mixayil Sergeyeviçin
Kəlləsi kimi.
Üzü tüklü sürücü
Maşının banına
İri hərflərlə
"Azərbaycan” yazmışdı.
Mərhum yazıçımız
Əli Qaraoğlu demişkən –
Ətin tökülsün oğul yiyəsi!
Çox ehtiyacı varmış
Sənə Azərbaycanın?!



Halallıq...

Lətini yediyim meyvənin,
Tumunu torpağa sancıram –
Halallıq olsun!

Mövzular

Mövzular tökülür üstümə – tut kimi.
Yazıb qurtara bilmirəm,
Baxıram ki, uçub gedir qovut kimi.

Yaşasın pul

Hara baxırsan,
"Paxlava-bükmədi” Qubada,
Lap rəmzi mənası olub.
Nə Abbasqulu Ağa
Bakıxanıv yada düşür,
Nə Gülüstani-İrəm.
Yaşasın pul!


İnanmıram

Elə bilirsiniz
Təkcə vətəndaşların
Haqqıdı tapdanan bizdə?!
Hətta Ölkə Prezidentinin
Hüququna əl qatanlar var –
İcazəsiz-filansız şəklini kəsib,
Qoyurlar Feysbuk səhifəsinə.

Vladimir Volfoviç Jirinovski

Yenidən Vladimir Volfoviç
Tumanını çəkib başına! –
Gözlərini yumub, ağzını açıb!

Allah-Allah, Jirinovski
Paçalayacaq Ukraynanı!
Allah-Allah, Jirinovski
Parçalayacaq Ukraynanı!

Yadımdadı, Ermənistan
O yan-bu yana vaz atanda.
Rusa "xox” gəlib, naz satanda.
Vladimir Volfoviç
Dişlərini qıcayıb, düşdü üstünə.

O ki, var ermənilərin
Daş dövründən danışdı,
Torpaq hərisliyindən,
Təhər-tövründən danışdı!

Dəclə-Fərat çöllərində
Yandırdıqları dəvə gərməsini
Başlarına qaxınc elədi. –
Kişinin oğlu, baxmayaraq ki,
Atasını İsraildə dəfn eləyib,
Rusiyanı sevir axı,
Erməniləri linc elədi.

Hələ Türkiyəni yaş yuyub,
Quru sərdiyini demirəm!
Bu it oğlu parağın
Bizə qoyun dediyini
Demək istəmirəm!

Ağzından vurmadıq vaxtında,
Təsəlli də verdik özümüzə –
"Jirinovski dəlidi”...
Odur ki, gürcü də
Milyardlarımızı yeyib,
Ayaqlandı üstümüzə.
Namusumuza toxundu –
Ölkənin giriş qapısında
Başımıza vurub,
Silahımızı aldı əlimizdən!

Allah-Allah, Jirinovski
Paçalayacaq Ukraynanı!
Allah-Allah, Jirinovski
Parçalayacaq Ukraynanı!

–Ukraynaya sülh lazım deyil,
Əsgəri qana hərisdi?!
Sözünü geri götürməz
Vladimir Volfoviç –
Tərs oğlu tərsdi.

Gec-tez dağıdıb Ukraynanı,
Rusiyaya qatacaq!
Ürəyimi yeyirəm –
Görəsən taleyimiz nə olacaq?!

Birdən sümükləri sürmə olmuş
Köpəyimiz düşür xatırıma –
Özündən yekə bir köpək
Küçəmizdən keçəndə,
Balaca bir "ham” eləyərdi –
Özü də eşitməzdi
İt dilindəki sözünü!
Gəl ki, yanındakı küçük
Sabahacan yeyib-tökərdi özünü.



Xoş ovqat

Səhər ki, oyanırsan,
Özün-özünə baxıb,
Gülümsəyə bilmirsənsə –
Güzgüdə,
O günü ömründən
İtirilmiş say.

Şair olmaq

Düşüncəsi də dəyişib insanların,
Həyata baxışı da.
İrəlidə, yəni keçmişdə
Olmuş ciddi bir hadisə,
İndi qeyri-ciddi gəlir adama.
Şit bir əhvalat
Ağıryana qarşılanır indi.
Qoçaqsan, zamanın nəbzini tut.
Sən də elə bilirsən
Şair olmaq şeir yazmaqdı!

Zaman və biz

İtirdiklərini vecinə almır zaman,
Hesabını da vermir özünə,
Odur ki, həmişəyaşardı.


Biz

İnkubator cücəsiyik sanki. –
Nə fərqli düşüncə...
Nə fərqli fikir...
Nə fərqli mübahisə...
Özü də demokrat
Qoymuşuq adımızı!

Anası ölsün söz-söhbətində
Cızığından çıxanın!
"Müxalifət” qoyacağıq adını.
Bizdə "müxalifət”dən ağır
İkinci bir söz tanımıram.

Qurd-quzu

Gecənin bir aləmi
Qurd ulartısına oyandım.
Gördüm –quzu mələyir.

Məvacib

Bizdə məvacibin də rəngi var,
Hər ölkədə belə şey ola bilməz!
Müəllimin bir ay yolunu
Gözlədiyi məvacib – qara,
Məmurun hər gün aldığı – qırmızı.

Gəl ki, ikisi də narazıdı:
–Çatmır! – Deyir müəllim.
–Hara xərcləyəcəm?! –
Gileylənir məmur.


Reklam

Hər dildə desən reklam var Bakıda,
Rus, ingilis, türk, alman... suaxili.
Afrikada qəbilədi suaxili.

Baxmayaraq ki,
Yad dildə reklam qadağandı...
Kim etiraz eləyə bilər
İqtisadiyyata yatrım qoymağa?!

Reklam da iqtisadiyyatdı,
Pul gəlirsə, Azərbaycan türkcəsinin
Ağzı nədir ki, irəli dura!
"Mənim ümmətim var-dövlət aşiqidi.”
Deyərdi Peyğəmbərimiz.


Günah

Rəhmətlik nənəm
Deyərdi: –İydə varsa,
Cəhrədə də var.
Ailə söz-söhbətlərində
Biz valideynlərin
Bəs deyincədi günahı.
Uşaqlarımızdan daha ağıllı,
Daha uzaqgörən
Sayırıq özümüzü.
Uşaqlarımızda da
Az yoxdu –
Geridəqalmış bilirlər bizi.






İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK