viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir Adalet.az | Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir

2470    |   2019-07-29 11:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fizika Elmləri Məktəbinin rəhbəri Stefan MakLaflin və Beynəlxalq inkişaf üzrə menecer Biata Kristal ilə görüşüb.

Görüşdə Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında ikitərəfli əməkdaşlıq əlaqələri, bakalavriat və magistratura pillələri üzrə tələbə hazırlığı, məzunlara ikili diplomların verilməsi, tədris prosesində yeni standartların tətbiqi kimi məsələlər müzakirə olunub.

Rektor Elmar Qasımov Heriot-Vatt Universiteti ilə əməkdaşlığın əhəmiyyətindən danışaraq bildirib ki, yarandığı gündən etibarən BANM qəbul göstəricilərinə görə lider mövqeyini qoruyub saxlayıb.

"Azərbaycan ali təhsil müəssisələri içərisində məzunlarının hər biri enerji sektorunda nüfuzlu yerli və beynəlxalaq şirkətlərdə dərhal işlə təmin olunan yeganə ali məktəbdir. Hesab edirəm ki, bu həm də Heriot-Vatt Universitetinin nüfuzudur. Digər tərəfdən isə, bu gün SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və s. kimi irimiqyaslı müəssisələrdə çalışan Heriot-Vattın da məzunlarının sayı artır ki, bu bizim birlikdə səmərəli əməkdaşlığımızın nəticəsidir. Düşünürəm ki, Ali Məktəbimizin dayanıqlı, strateji gələcək inkişafına və yüksək təhsil standartına nail olmaq üçün birgə əməkdaşlığı genişləndirməliyik”.

Öz növbəsində, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fizika Elmləri Məktəbinin rəhbəri Stefan MakLaflin təmsil etdiyi ali təhsil müəssisəsinin BANM ilə əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd edib ki, qısa müddət ərzində düzgün idarəetmə və tədris metodologiyası sayəsində uğurlar əldə edilib. O vurğulayıb ki, birgə əməkdaşlığın nəticəsi olaraq, bu gün Heriot-Vatt Universiteti Azərbaycanda tanınır.

"Biz sizin ali məktəbin tədris sistemini bəyənirik. Magistratura təhsilinin axşam növbəsinə keçirilməsi, tələbələrə funksional labaratoriyalarda işləmək imkanın yaradılması, praktik mühitdə onlara nəzəri biliklər verilməsi metodologiyasını təqdir edirik. Eyni zamanda, təklif edirik ki, Bakı Ali Neft Məktəbinin seçilmiş tələbələri müəyyən müddət ərzində Heriot-Vatt Universitetində təhsil alsınlar”.

Heriot-Vatt Universitetinin nümayəndəsinin təklifi rektor Elmar Qasımov tərəfindən yüksək qiymətləndirilib və Bakı Ali Neft Məktəbinin hər il 2 tələbəsinin təqaüd yolu ilə 1 semestr sözügedən Universitetdə təhsil alması qərara alınıb.

Görüşdə, növbəti tədris illərində də bakalavriat və magistratura pillələri üzrə seçim imtahanlarında və təhsil müddətində yüksək nəticələr göstərən tələbələrə Bakı Ali Neft Məktəbi ilə yanaşı Heriot-Vatt Universitetinin diplomlarının verilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, 2012-ci ildən "Neft-qaz mühəndisliyi” və "Kimya mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır.
Sonda qonaqlar BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.




İmza:

Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK

672 bal toplayan abituriyent ADU-nu seçib

Universitetə qəbul oldu, atası attestatını gizlətdi: "Çünki ögey bacım ali məktəbə daxil olmadı"

Vasif Talıbov yüksək bal toplayan tələbələrə mükafat verdi

Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıb

Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?

DİM dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərə müraciət edib

4501 abituriyent ərizəsini təsdiqləyib

ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK