ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

DİM: Apelyasiyaya müraciət edən 79 abituriyentin qiymətində dəyişiklik edilib

9831    |   2019-07-25 18:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ali təhsil müəssisələrinə 7 iyul 2019-cu ildə keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 323 abituriyent (bütün imtahan verənlərin 1,15%-i) 1100-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilmiş və müraciətləri ilə bağlı müvafiq izahat verilmişdir).

Apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28%-i) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Məlumat üçün bildirək ki, II və III qruplar üzrə qəbul imtahanlarında 28 000-dən çox abituriyent iştirak edib və bu abituriyentlərin ümumilikdə 252 000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.




İmza:

Məktəblərin açılması nə zamana planlaşdırılır? - RƏSMİ AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə imtahanların ikinci mərhələsi başlayır

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

ŞAD XƏBƏR

Hansı şəxslər təhsil almadan peşə təhsili sənədi ala biləcək?

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları ilə bağlı qiymətləndirilmə həyata keçiriləcək

Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA

Müəllimliyə namizədlər necə hazırlaşır? - SORĞU

MTRŞ-nın videoformatda iclası keçirilib

Peşə təhsil müəssisəsində tibbi maska istehsalında yeni təşəbbüs

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

SON XƏBƏRLƏR
2020-08-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK