Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Gəlin köçəcək qız toya qədər...- Afrika qəbilələrinin qəribə adətləri Adalet.az | Gəlin köçəcək qız toya qədər...- Afrika qəbilələrinin qəribə adətləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Gəlin köçəcək qız toya qədər...- Afrika qəbilələrinin qəribə adətləri

22666    |   2019-07-24 15:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zaman keçir. Zaman yanımızdan hara getdiyini bilmədiyimiz bir qatar kimi ötüb keçir və bu sirli, müəmmalı gedişat insanların həyatında dəyişikliklərin yaranmasına səbəb olur. Cəmiyyət dəyişir, mədəniyyət dəyişir, siyasət dəyişir...

Bütün bu dəyişikliklərə baxmayaraq, sürətli qatara çevrilmiş 21-ci əsrdə öz mövcudluğunu qoruyan nəsnələr də olur. Məsələn, adətlər...

Ölkəmizin adətlərindən danışmaq istəmirəm. Mənim üçün Afrika qəbilələrinin adətləri daha maraqlı, daha gözəl, daha səmimi və ən əsası daha mənalı görünür.

İndi sizə bu adətlərin bəziləri haqqında danışacam.

1. Efiyopiyanın cənubunda yaşayan Mursi qəbiləsinin qadınları alt dodaqlarına torpaqdan hazırlanmış boşqab şəkilində olan əşya taxırlar. Bu yolla onlar dodaqlarının ölçüsünü daha da böyüdürlər.

Düşünürəm ki, bizim qadınlar da son illər kəskin şəkildə artan və onları gözəlləşdirmək əvəzinə əcaibləşdirən silikon əməliyyatlarından imtina edib bu yola əl ata bilərlər. Həm daha gözəl olar, həm də təbii.


2. Şimali Namibiyada yaşayan Himba qəbiləsinin üzvləri az paltar geyinirlər. Qəbilənin xanım üzvləri günəşin şualarından qorunmaq üçün kərə yağı, aşılayıcı maddə və müxtəlif bitkilərdən ibarət kremlər hazırlayaraq bədənlərinə çəkirlər. Həmin krem bədənə qırmızı rəng verir. Bu isə torpağın bərəkətinin və qanın həyat rəngi olmasının simvoludur.

Son dövrlərdə buy adət bizdə də xeyli geniş yayılıb. Bizim qadınlar da artıq çox az paltar geyinməyə başlayıblar. Bizdə bunun nəyi simvolizə etdiyini isə dəqiq deyə bilməyəcəm.


3. Anqolada yaşayan Mucaşana qəbiləsinin qadınları üçün ən önəmli olan saçlarıdır. Xüsusilə qəbilə bayramlarında onlar xüsusi üsulla hazırladıqları məcunla saçlarına müxtəlif formalar verirlər.

Elə bizim xanımlar da xüsusi günlərdə, toy-bayramlarda bu adətə bağlılıqlarını nümayiş etdirirlər.


4. Şimalı Namibiyada yaşayan Himbalar 20-50 min nəfərdən ibarət köçəri toplumdur. Deyilənlərə görə, onlar bu əraziyə XV-XVI əsrlərdə gəlib. Ovçuluq və yığıcılıqla məşğul olurlar. Burada əsas əmək tələb edən işlərin çoxunu qadınlar görür. İnək sağmaq, su daşımaq, ev tikmək, uşağa baxmaq və sairə.


Yəqin araşdırsaq, bu qəbilə qan bağımızın olduğunu aşkarlayarıq.

5. Keniyada yaşayan Samburu qəbilə üzvləri yarımköçəri həyat sürür, iri və xırdabuynuzlu mal-qara saxlayırlar. Qəbilədə əsas qərarları ən yaşlı üzv verir. Kişilər, adətən, 30 yaşından sonra evlənirlər.

30 yaş məsələsini saymasaq, bu qəbilə ilə də oxşarlıqlarımız var. Məsələn, biz də Qarabağdan köçüb gəlmişik.

Evlilik demişkən...

Biraz da evlənmə adətlərindən danışaq...


6. Dünyanın ən unikal və populyar qəbilələrindən biri də Masaylardır. Masaylar Keniya və Tanzaniyanın sərhədində yaşayırlar.

Fərqli məlumatlara görə sayları 900min. – 1mln. qədərdir. Şimalı Afrikada yaranmış Maa dilində danışırlar. Əsgər kultu Masay tayfası üçün mühümdür və tayfanın bütün oğlanları müəyyən rituallardan keçərək əsgər adını alır. Həmçinin bu tayfaya ənənəvi, tullanmaqdan ibarət "adumu” rəqsi də məxsusdur. Bu rəqs zamanı ən yaxşı və ən yüksəyə tullanan oğlan özünə mütləq qız tapır.


7. Nigeriyada gəlin köçəcək qız toya qədər kökəlməlidir. Yox, əgər toya qədər kökəlməsə, onun toydan sonra kökəlmək üçün bir ay vaxtı var. Təzə gəlin bu bir ayda da arıq qalarsa əri onu geriyə, yəni ata evinə göndərir.

Bizim qızlar isə tərsinə edir. Toya qədər özünü arıq saxlayar. Toydan bir müddət sonra isə görürsən ki, 50 kiloluq qız olub 200 kilo. İstəsən də ata evinə göndərə bilmirsən, gücün çatmır...


8. Efiopiyada yaşayan Hamar qəbiləsinin də evliliklə bağlı qəribə adətləri var.

Məsələn, burada oğlanlar evlənmək istədikləri zaman 15 ölü inəyin üzərində yıxılmadan yeriməlidirlər. Əgər yıxılsalar, həm evlənmə hüququndan məhrum olurlar, həm də döyülürlər.



Bizim ölkənin adətləri də həmin qəbilənin adətlərindən elə də fərqlənmir.

Sadəcə bizdə evlənmək istəyən oğlandan 30 diri inəyin pulunu xərcləməsini istəyirlər. Əgər xərcləyə bilməsə, həmin oğlan bir ömür töhmətli olur və qızın ailəsi tərəfindən söyülür.

Ümid edirəm ki, nə vaxtsa Afrika qəbilələrinə bənzəməmizə səbəb olan lazımsız adətlərimizdən xilas olacağıq.




İmza:Ulucay AKİF
SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK