hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: SAZIN-SÖZÜN İŞIĞI Adalet.az | Faiq QİSMƏTOĞLU: SAZIN-SÖZÜN İŞIĞI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SAZIN-SÖZÜN İŞIĞI

4884    |   2019-07-25 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim barmaqla sayılası çox sədaqətli və səmimi ziyalı dostlarım var. Nə onlar məndən bir şey umur, nə də mən onlardan. Sadəcə olaraq bizi yaxınlaşdıran, doğmalaşdıran, bir-birimizə sevdirən sadəliyimiz, səmimiyyətimiz və bir də dünya malında gözü olmamağımızdı. Belə dostlarımdan biri də çox böyük ziyalı, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıdı.

Məhərrəm müəllimlə mənim dostluğum ötən əsrin 70-ci illərində ADU-da (indiki BDU) oxuduğumuz vaxtlarda başlayıb. Və o dostluq 40 ildən çoxdur ki, davam eləyir. Tez-tez bir-birimizlə telefon əlaqəsi yaradırıq. İmkan olanda, vaxt tapanda bir stəkan çay da içirik. Və çay süfrəsi arxasında tələbəlik illərindən bu günə kimi keçdiyimiz yolu yada salır, maraqlı anları və məqamları xatırlayır, o ki, var keçmişin şirinliyində özümüzü daha doğma hiss eləyirik.

Hər yeni kitabı çıxanda ilk oxucusu da mən oluram. Yenə görüşdük, bir stəkan çay içdik, çörək kəsdik, təzə çap olunmuş "Azərbaycan aşıq ədəbiyyatı”ı kitabını mənə hədiyyə etdi. Aqil Abbasa və Əbülfət Mədətoğluna salamını çatdırmağı bildirdi.

Sözün düzü, onun kitablarının hər biri mənim üçün çox doğmadır. Çünki Məhərrəm müəllim hansı məqaləni, hansı yazını, hansı kitabı araya-ərsəyə gətirirsə, o yazıların dili, üslubu bal kimi şirindi. Və mənə bağışladığı yeni kitabı da bir axşamın içində bir nəfəsə oxuyub başa çatdırdım. Düşündüm ki, ürəyimdən keçənləri qələmə alım ki, qoy oxucular da bilsinlər ki, Məhərrəm müəllimin yeni çapdan çıxmış "Azərbaycan aşıq ədəbiyyatı” kitabı nə qədər maraqlı, orijinal, sazın və sözün koloritini özündə əks etdirən dəyərli bir mənbədir. Onun ərsəyə gətirdiyi "Azərbaycan aşıq ədəbiyyatı” kitabı aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarətdir. Görkəmli alimin bu kitabı hazırlamaqda əsas məqsədi Azərbaycan aşıq ədəbiyyatının milli özünəməxsusluğu və tarixi inkişaf mərhələləri barədə oxuculara dolğun bilgi verməkdir. Müəllif kitabın ön səhifəsində yazır: "İstəkli oxucu, iyirminci yüz ilin səksəninci illərindən başlayaraq ozan-aşıq ədəbiyyatı ilə bağlı sistemli və çoxyönlü araşdırmalar aparmaqdayam. Azərbaycanla yanaşı, Sibir-Altay, Orta Asiya, İran və Anadollunu dönə-dönə gəzib dolaşmışam. Gəldiyim son qənaət budur ki, "aşıqlıq” ecazkar saz-söz sənəti olmaqdan daha çox möhtəşəm fəlsəfi sistemdir...”.

Doğurdan da kitabı vərəqləyəndə biz bu sistemin bir daha fəlsəfi sistem olduğunu dönə-dönə hiss edirik. Hiss edirik ki, Məhərrəm müəllim əli qələm tutandan ömrünü, gününü ozan-aşıq sənətinin araşdırılmasına, təhlilinə və fəlsəfəsinə həsr edib. Bu sahədə o, Azərbaycanda ən istedadlı və zəhmətkeş alimlərdəndir.

Kitabı vərəqlədikcə bir-birindən gözəl aşıq sənəti ilə bağlı oçerklərə rast gəlirik. Həmin yazıların sərlövhəsini bir daha oxucuların diqqətinə cəlb edirik: "Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, "Dədə Qorquddan üzü bəri”, "Qurbanidir mənim adım”, "Aşıqlığın padşahı – Abbas Tufarqanlı”, "Bayatılarımızın heyrət heykəli – Sarı Aşıq”, "Xəstə Qasım Tikmədaşlı”, "Abdalgülablı Valeh – Valeh ləqəbimdi, Səfidir adım”, "Aşıq Hüseyn Şəmkirli”, "Ələsgərəm, hər elmdən haliyam”, "O bir Haqq aşığı idi – Hüseyn Bozarqanlı”, "İsmi Pünhan aşığı Molla Cüma”, "Aşıqlığın Dədə Şəmşir ucalığı”... Bu yazıların hər birinin öz dili, öz üslubu, öz mayası var.

Məsələn, "Dədə Qorquddan üzü” bəri oçerkindən oxuyuruq: "Sazın-sözün əzəli və əbədi missiyası xalqın dilini, ruhunu yaşatmaq, arıdıb-durultmaq, onun tarixi-mənəvi kimliyini, etnoqrafiq yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərini sirli-sehrli bir ecazkarlıqla sabaha daşımaqdır. Yüzilliklərin uzaq dərinliklərində möhtəşəm oğuznamələri düzüb-qoşan alp ozanlarının könül yadigarları bu gün bizim üçün ona görə əzizdən əzizdir ki, onların hər kəlməsində dilimizin, ruhumuzun, mənəvi varlığımızın aydınlığını, duruluğunu, yenilməzliyini görə bilirik. Bu baxımdan Ata Qamların (şamanların), Dədə ozanların əski çağlardan başladıqları mübarək yolu – dil və ruh mücadiləsini sonrakı dönəmlərdə ustad aşıqlarımızın poetik ovqatla davam etdirməsi, mənsub olduğu xalqın mənəvi gücünü qürurla daşıması, yeni nəsillərə təlqin edib mənimsətməsi, milli varlığımızın, o cümlədən də istiqlal və dövlətçilik düşüncəmizin qorunub möhkəmləndirilməsində mühüm rol oynamaqdadır...”.

Bu milləti, bu xalqı dünyaya tanıtdıran, dünyaya sevdirən ozan-söz sənətidir. Çünki bizim millətin mayası sazdan, qoşmadan, bayatıdan, təcnisdən, dodaqdəyməzdən, dildönməzdən... yoğrulub. Və bu həm də millətin vizit kartıdır. Bizi dünyada ən çox saza və sözə görə tanıyıblar. Hətta Dədə Qorqud qopuzu Aruzun qarşısına çıxararaq deyirdi ki, sizi and verirəm bu qopuza, qardaş qırğınına getməyin! Deməli, qopuz, saz bizim həm də inanc və and yerimizdi. Və bu and yerimiz mübarək olsun!

Biz bu kitabda böyük aşıqlarla – Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Abdalgülablı Valeh, Yəhya bəy Dilqəm, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cümə, Növrəs İman, Dədə Şəmşir, Mikayıl Azaflı... ilə yenidən tanış olur, onların böyük istedad və aşıq sənətinin şahidinə çevrilirik.

Kitab "Şərq-Qərb” nəşriyyatı tərəfindən çap edilib. Redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçi filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edən Təranə Vəliyevadı.

İnanırıq ki, professor Məhərrəm Qasımlının "Azərbaycan aşıq ədəbiyyatı” kitabı kitab bolluğunda tamamilə başqalarından seçiləcək və öz sevimli oxucularını tapacaqdı. Çünki Məhərrəm müəllim bu kitabı ürəyinin atəşi, qəlbinin aşıq sənətinə olan böyük sevgisiylə qələmə alıb. Böyük sevgilərsə həmişə ürəklərə yol tapıb.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK