hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Dövlət Gömrük Komitəsinin sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb Adalet.az | Dövlət Gömrük Komitəsinin sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Dövlət Gömrük Komitəsinin sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

14750    |   2019-07-23 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də aparılan islahatlardan danışaraq tədbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

S.Mehdiyev Azərbaycan gömrük sahəsində koreyalı həmkarları ilə birgə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, eləcə də informasiya texnologiyalarının tətbiqi, kadr potensialının gücləndirilməsi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Səmimi görüşə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op iki ölkə arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yerinin olduğunu və gömrük sisteminin bu sahədə körpü rolunu oynadığını söyləyib.

Səfir Kim Tonq Op Azərbaycan gömrük xidmət ilə əməkdaşlıqdan razılığını və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




İmza:

Aqil Abbas seçicilərlə görüşlərə start verdi - FOTOLAR

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

AQİL ABBASIN ALTERNATİVLƏRİNƏ MÜRACİƏTİ

Rauf Arifoğlunun "dublikat"ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

Rusiyanın yeni Baş Naziri məlum oldu

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

Sahil Babayev: Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK