hacklink Adalet.az | Aksiya keçirən jurnalistlər Mətbuat Şurasına heç vaxt məlumat verməyiblər - AÇIQLAMA Adalet.az | Aksiya keçirən jurnalistlər Mətbuat Şurasına heç vaxt məlumat verməyiblər - AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Aksiya keçirən jurnalistlər Mətbuat Şurasına heç vaxt məlumat verməyiblər - AÇIQLAMA

5455    |   2019-07-23 11:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 22-də - ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda bir neçə media təmsilçisi Mətbuat Şurasının qarşısında aksiya keçirib. Onlar jurnalist fəaliyyətlərinin məhdudlaşdırılması barədə çıxış edib, bu məhdudiyyətlərinin aradan qaldırılmasını tələb ediblər.

Mətbuat Şurasının sözçüsü Əvəz Rüstəmov açıqlamasında qeyd edib ki, qurumun belə bir aksiyanın keçiriləcəyi ilə bağlı heç bir məlumatı olmayıb:

"Bu gün bir qrup jurnalist Mətbuat Şurasının binası qarşısında aksiya keçirərək, iddia edirdilər ki, onların fəaliyyətinə məhdudiyyətlər edilir. Jurnalistlər bu məhdudiyyətlərə son quyulması tələbi ilə çıxış edirdilər. Biz məsələni araşdırdıq və məlum oldu ki, onlar üzləşdikləri problemlə bağlı Şuraya heç vaxt məlumat verməyiblər. Adətən jurnalistlər hər hansı problemlə üzləşəndə, anlaşılmazlıq yaşayanda bununla əlaqədar Mətbuat Şurasına məlumat verirlər və məsələ Şuranın müvafiq komissiyaları tərəfindən araşdırma aparılır. Bu prosedur narazı jurnalistlərin də diqqətinə çatdırıldı. Düşünürəm ki, onlar Şuranın bu mövqeyindən razı qaldılar. Hər halda özləri ilə dəqiqləşdimək daha düzgün olar”.


Qeyd edək ki, həmin jurnalistlər səhər saatlarında Daxili İşlər Nazirliyinin önündə də aksiya keçiriblər. DİN-in açıqlamasına görə hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.(modern)



İmza:

BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

MSK DSK-nın qərarını ləğv edib

AQTA sədri : Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

MSK bu namizədləri qeydə almadı

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

Xaricdəki Azərbaycan evlərinin sayı artır

Zakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib

Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Vaqif Qarayev: Çətindi...çox çətindi !!!

Heç bir qadın "Pərişan"olmasın...!

SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK