hacklink Adalet.az | Maştağada keçmiş məhkumda silah və narkotik vasitələr aşkarlanıb Adalet.az | Maştağada keçmiş məhkumda silah və narkotik vasitələr aşkarlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Maştağada keçmiş məhkumda silah və narkotik vasitələr aşkarlanıb

15160    |   2019-07-22 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini əvvəllər məhkum olunmuş Ceyhun Mütəllimzadə saxlanılıb.

Ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi 400 kvadratmetr olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 630 kiloqram olan 550 ədəd çətənə kolu aşkar edilib. C.Mütəllimzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Əlavə axtarış zamanı C.Mütəllimzadəyə məxsus istixanadan 2 kiloqram 400 qram qurudulmuş marixuana, elektron tərəzi və bir ədəd "BSM-121 Stranser” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.




İmza:

Balakəndə 6 manata görə QƏTL - 25 yaşlı oğlan öldürüldü

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb

İrandan Azərbaycana 25 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alınıb

Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar

Qusarda toyda dava, 1 nəfər bıçaqlandı

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? - TƏFƏRRÜATLAR

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Bakıda avtomobil oğrusu saxlanılıb

SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK