deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Bolqar rejissor Qarabağ barədə pyes yazır Adalet.az | Bolqar rejissor Qarabağ barədə pyes yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Etibar CƏBRAYILOĞLU

3108    |   2019-07-11 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xristo Stoyçev mədəniyyət naziri Əbülfəs Qarayevə təşəkkür etdi

Bolqarıstanın tanınmış teatr rejissoru Xristo Stoyçev Bakıdadır. Bu, Azərbaycanın yaxın dostunun ölkəmizə ilk səfəri deyil, o, həm yaradıcılıq, həm də şəxsi işləri ilə bağlı tez-tez paytaxtımıza gəlir. Teatrlarımızda tamaşa hazırlayır, Bakıdakı qohumlarına baş çəkir. Xristo qohumluq əlaqələri barədə söhbətimizin gedişində özü ətraflı danışacaq. Müsahibəmizin əsas məqsədi bolqar rejissorun yeni yaradıcılıq işi haqqında oxuculara dolğun məlumat verməkdir.

- Xristo, sizi yenidən Azərbaycanda görmək xoşdur. "YUĞ” teatrındakı məşqdən dərhal sonra müsahibəyə razılıq verməyinizdən budəfəki səfərinizin məqsədi məlum oldu...

- Hər dəfə Bakıya gəlmək, köhnə dostlarla görüşmək xoş hiss yaradır. Bu qızmar yay günlərində Novxanı çimərliyində dincəlmək əla olardı, amma təəssüf ki, istirahətə vaxt yoxdur. Bu dəfə sırf yaradıcılıq işləri ilə bağlı gəlmişəm. Çox yaxın dostum, "YUĞ” Dövlət Teatrının direktoru İslam Həsənov məni maraqlı bir layihəni reallaşdırmaq üçün yenidən Bakıya dəvət edib. Biz onunla uzun illərdir ki, həm dostluq edirik, həm də yaradıcılıq əlaqələri saxlayırıq. İslam hələ Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edəndə məni o gözəl şəhər və istedadlı kollektivlə tanış etmişdi və teatrın səhnəsində Molyerin "Mizantrop” əsərinə quruluş vermişdim. Sonra İslam Həsənov Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olundu, biz yenidən birgə layihə barədə düşündük. Sumqayıt səhnəsində tam fərqli yozumda və yeni yanaşmada "Otello” hazırlamaq istədik.

- Lakin nədənsə həmin layihə reallaşmadı...

- Doğrudur, istəyimizi həyata keçirə bilmədik, hazırlıq prosesinin əvvəlində texniki və digər başqa problemlər ortaya çıxdı. Həyat sürprizlərlə doludur... İnsan düşündüklərinin hamısını həyata keçirə bilsəydi yaşamaq yəqin ki, maraqsız olardı...


- Növbəti işbirliyinizin uğurlu alınacağına ümid edirik...

- İnşallah. İslam Həsənov istedadlı və bacarıqlı təşkilatçıdır, son zamanlar dünya və Avropa teatrlarında hansı tendensiyaların getdiyini yaxşı bilir, yeni teatr çağırışlarını dərk edir və Azərbaycan teatrının xaricdə yüksək səviyyədə təbliğinə çalışır. Yeni işbirliyimiz də bu istiqamətdədir. Həm də elə birinci sualınıza cavab olaraq deyim ki, məhz dostumun təklifi ilə "YUĞ”un səhnəsində Şekspirin "III Riçard” pyesi əsasında "Lənət” tamaşasını hazırlayıram, yeni səhnə redaksiyasının müəllifi də özüməm. Klassik və dünyaca məşhur səhnə əsərinə belə bir adın seçilməsi isə təsadüfi deyil. Lənət motivinə böyük Şekspirin əksər pyeslərində rast gəlmək mümkündür. "Hamlet” də atasının Hamletə dediklərini xatırlayırsınız yəqin. Və yaxud, "Maqbet” pyesində qadınların Maqbetə etdikləri xəbərdarlığı yada salaq, onlar deyir ki, sən kral olacaqsan, lakin lənətlənmiş kral...

"III Riçard”ın bu yeni traktovkası üzərində çoxdan çalışırdım, sevinirəm ki, Bakıda bu istəyimi reallaşdırmaq imkanı əldə etdim. "YUĞ”un kollektivi ilə üzərində çalışdığımız yeni səhnə əsərinin bir neçə mühüm özəlliyi var, istərdim ki, oxuculara bu barədə bilgi verim. Tamaşanı iki ayrı-ayrı heyətlə qururam, amma bu hər kəsin alışdığı dublyor məsələsi deyil, yəni rol ifaçıları sadəcə bir-birlərinə dublyor olmayacaqlar. Hər bir heyətin tamaşası o biri heyətin tamaşasından fərqlənəcək. Tamaşaçılar rollarda Oktay Mehdiyev, Əmrah Hacıyev (III Riçard), Qasım Nağı, Elgün Həmidov (Bekinhem), Sonaxanım Mikayılova, Natəvan Qeybani (Marqarita), Zümrüd Qasımova, Təranə Ocaqverdiyeva (Yelizaveta) kimi çox istedadlı aktyor və aktrisaları görəcəklər. Sonaxanım Mikayılova və Natəvan Qeybani tamaşada həm də Dukesayoq-Kölgə rolunu oynayırlar.

Aktyor və aktrisalar məşqlərdə ürəklə çalışır, işə yaradıcı yanaşırlar, bir rejissor kimi bu məni sevindirməyə bilməz. "YUĞ”da ilk işim olsa da mərhum Vaqif İbrahimoğlunun yaratdığı bu kollektivi uzun illərdir ki, izləyir, beynəlxalq teatr festivallarındakı uğurlarından xəbərdar oluram. Bu gün Avropada belə teatr-studiyalar, yaradıcılıq laboratoriyaları çoxdur, "YUĞ” seçilən, tanınan teatrlardan biridir. İnanıram ki, kollektivin uğurları bundan sonra daha da çox olacaq.

"Lənət” tamaşası üzərində mənimlə birgə çalışan istedadlı bəstəkar Sərdar Fərəcovun, quruluşçu rəssam, həmyerlim Olqa Bosevanın, geyim rəssamı Elnarə Bəkirovanın, rejissor Günay Səttarın da işindən razıyam. Hamımız çalışırıq ki, nəticə ürəyimizcə alınsın.

Yeri gəlmişkən, layihəni gerçəkləşdirməkdə mənə və "YUĞ”a dəstək olan Mədəniyyət Nazirliyinə, xüsusən də nazir Əbülfəs Qarayevə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət sifarişi ilə hazırlanan bu mürəkkəb tamaşanı indiki çətin zamanda nazirin diqqət və dəstəyini görmədən reallaşdırmaq mümkün olmazdı yəqin.

- Teatr mövsümü başa çatır. "Lənət” tamaşasına yəqin ki, yeni mövsümün əvvəlində-sentyabrda baxa biləcəyik...

- Teatr rəhbərliyinin qarşımıza qoyduğu tapşırıq belədir ki, iyulun 20-nə qədər tamaşanın daxili baxışını keçirək. "Lənət”in premyerası inşallah yeni teatr mövsümdə olacaq.


- Bayaq "YUĞ”un beynəlxalq festivallardakı uğurlarından danışdıq. Yeni layihənin xarici ölkələrdəki teatr festivallarında nümayişi nəzərdə tutulubmu?

- Təbii ki, belə bir niyyətimiz var. Rejissor kimi "Lənət”in İngiltərədə keçirilən Edenburq Şekspir festivalında iştirakını arzulayıram və bu istəyi həyata keçirmək üçün danışıqlar aparıram. İnşallah bu məsələni reallaşdıra biləcəyik. Edenburq teatr festivalı dünyanın ən nüfuzlu sənət yarışmalarından biridir. Əminəm ki, yeni layihəmiz Edenburqda maraqla qarşılanacaq.

- Şekspirin vətənində onun əsərini oynamaq böyük məsuliyyət tələb edir...

- Sözsüz. Mən və tamaşada rol alan aktyorlar bu məsuliyyəti dərk edirik. Bir daha əminliklə deyirəm ki, "YUĞ” teatrında ərsəyə gətirdiyimiz yeni tamaşa beynəlxalq arenaya çıxmağa layiqdir.

- Tanınmış rejissor və Azərbaycanın dostlarından biri kimi dramaturqlarımızın əsərlərinin Bolqarıstanda səhnəyə qoyulması ilə bağlı hansı işləri görə bilərsiniz?

- Həm klassik, həm də müasir yazıçılarınızın, dramaturqlarınızın əsərlərini oxuyuram, bu sahədə yenilikləri imkan daxilində izləyirəm. Onların bəzilərini təkcə Avropada deyil, dünyada təbliğ etmək bu gün çox vacibdir. Mən də bu işdə əlimdən gələni etməyə hazıram və deyim ki, artıq müəyyən addımlar da atıram. İstedadlı, rus dilində maraqlı əsərlər qələmə alan Elman İsmayılov adlı bir gənc yazarla tanış olmuşam. Onun pyeslərindən birini Bolqarıstan Mədəniyyət Nazirliyinə təqdim etmişəm, yəqin ki, yaxın gələcəkdə bu əsəri Sofiyanın hansısa bir teatrında səhnəyə qoya biləcəm.

Bir məsələni də qeyd edim, hazırda Qarabağ hadisələrindən bəhs edən pyes yazıram. Bu əsər vasitəsi ilə Azərbaycan həqiqətlərinin bolqar ictimaiyyətinə çatdırmaq istəyindəyəm. Ölkənizin Sofiyadakı səfirliyi bu istiqamətdə çox işlər görür, müxtəlif tədbirlər keçirir, bizim ailə də belə tədbirlərdə həmişə fəalıq göstərir. Çünki Ermənistanın işğal etdiyi Qarabağda bu gün baş verənlər, evini-ocağını itirib qaçqın kimi yaşamağa məcbur olan insanların taleyi bizi daim narahat edir.

- Xristo, söhbətimizin bu yerində ailəniz haqqında məlumat vermənizi istərdim. Bilirəm ki, oxucularımız üçün çox maraqlı olacaq...

- Həyat yoldaşım Natella xanım Bakıda doğulub. Taleyimə və dostlarıma minnətdaram ki, məni belə bir gözəl insanla qarşılaşdırdılar. Natella xanım Vətənini, xalqını sevən, ziyalı bir ailənin övladıdır. Qayınatam professor Faiq Abdullayev tanınmış kimyaçı alimdir. Azərbaycanda kimya sənayesinin inkişafında böyük xidmətlər göstərib. Faiq müəllim əslən Naxçıvanlı, qaynanam isə Lənkəranlıdır.

Qızım hazırda Londonda yaşayır və biznes sahəsində çalışır. Bir vaxtlar aktrisa olmaq istəyirdi, amma mən razı olmadım.

- Niyə?

- Çox çətin sənətdir, açığı istəmədim bu çətinliyi görsün. Etibar, sənin oğlun Turan bizim məşqlərə tez-tez gəlib baxır, maraqlanır. Bilirəm ki, gələcəkdə rejissor olmaq istəyir. Onunla da söhbət edəndə deyirəm ki, çox çətin peşədir. Digər yaradıcı insanlar–şair və yazıçılar, bəstəkarlar, rəssamlar individual çalışır, sənət nümunələri yaradırlar. Rejissorlarda, aktyorlarda isə bu proses tam fərqlidir, fərdi istedadınla hər şey həll olunmur, sən başqalarından əhəmiyyətli dərəcədə asılısan.

- Yeni tamaşanın daxili baxışından sonra Sofiyaya qayıdırsınız. Yəqin ki, bundan sonra Bakıda sizinlə tez-tez görüşəcəyik...

- İnşallah.

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK