Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Beynəlxalq Multikulturalizm Yay məktəbi başlayacaq Adalet.az | Beynəlxalq Multikulturalizm Yay məktəbi başlayacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Beynəlxalq Multikulturalizm Yay məktəbi başlayacaq

4716    |   2019-07-11 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) iyulun 15-dən "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə başlayacaq.

Cari ilin 15-21 iyul tarixlərində keçirilməsi nəzərdə tutulan növbəti IX Beynəlxalq Multikulturalizm Yay Məktəbini Multikulturalizm Mərkəzi Böyük Britaniyada yerləşən "Gənclər Arasında Ümumi Söz” (A Common Word Among the Youth - ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil edəcək. Sözügedən yay məktəbi çərçivəsində "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” mövzusunda I Beynəlxalq Gənclər Forumunun keçirilməsini planlaşdırır. Üç gün davam edəcək Forumda "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” adlı plenar sessiya və "Sülh üçün dialoq”, "Dilərarası münasibətlərin müxtəlif platformalarda tətbiqi”, "Din və münaqişələrin həlli yolu”, "Multikulturalizm siyasəti və Azərbaycan multikulturalizmi modeli”, "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası”, "Din, texnologiya və gənclər: Dinlərarası gələcək”, "Qarşılıqlı hörmətə əsaslanan mədəniyyətlərarası əlaqə”, "Gənclərin mədəniyyətlərarası dialoqda rolu” mövzularında bölmə iclaslarının keçirilməsi nəzərdə tutulur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. 2019-ci ilin yaz semestrində "Azərbaycan multikulturalizmi” və "Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi iyulun15-dən 21-dək Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan yay və qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İcveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbənin iştirak edəcəyi gözlənilir. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

Yay məktəbi müddətində iştirakçıların BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev ilə görüşü planlaşdırılır. Tələbələrin Şəhidlər xiyabanı və Fəxri xiyabana,

Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Xalxal meşəsinə, Şəkidə Karvansaray, Xan sarayı kompleksinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə və "Şahdağ qış-yay turizm kompleksi”nə ziyarəti də nəzərdə tutulub. Artıq dəyərli ənənəyə çevrilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.




İmza:

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

Bakıda külək güclənir - Hazırki vəziyyət açıqlandı

Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTO

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Nazir: Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK