viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əgər Allah bizə nəfs və iradə veribsə, İblisə nə ehtiyac?! - Eminquey yazır Adalet.az | Əgər Allah bizə nəfs və iradə veribsə, İblisə nə ehtiyac?! - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əgər Allah bizə nəfs və iradə veribsə, İblisə nə ehtiyac?! - Eminquey yazır

14292    |   2019-07-13 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cin, şeytan, iblis hardadır? Necədirlər? Niyə görünmürlər?

Dinə görə onlar bizimlə eyni dünyada yaşayırlar. Və guya o vaxt Adəmlə Həvvanı da məhz o aldadıb. Siz buna inanırsınız? Həvva yaranandan sonra Adəmi aldatmağa şeytanmı lazım idi? Kişi onsuz da ömrü boyu qadına aldanır. Şirin sözünə, naz baxışına, göz yaşına, ehtirasına.

Mən dəqiq bilirəm, Həvva sadəcə Adəmlə küsülü olub. Neyləsin? Nə qaynanası olub, nə də baldızı. Boş-bekarlıqdan Adəmlə dalaşıb. Həvva qadındır axı. Qışın ortasında hamiləliyi bəhanə edib 100 manatlıq çiyələk istəyən bir varlıqdır. İndi bir alma nə olan şeydi ki? Adəmə deyib ki, özünü bağışlatmaq üçün o almadan yeməlisən. Yeməsən nə səni bağışlayacam, nə də mənim sevgimdən, ehtirasımdan bəhrələnəcəksən. Beləcə Adəm bütün bəşəriyyətin işini salıb çətinə.

Əgər keçmişdə bu qeyri-adi məxluqlar insanların gözünə görünə bilirdisə, indi niyə bu hadisələr baş vermir?

Bir də görürsən, hansısa tv-də bir cindarı çıxarırlar efirə. Bir psixi xəstənin diaqnozunu belə qoyur ki, guya bu adama cin girib. Və bir neçə veriliş bu cindarla cin girmiş adama həsr olunur. Cindar başlayır Qurandan ayələr oxumağa. Adamın halı pis olur, başlayır sayıqlamağa. Hamını inandırırlar ki, cin həqiqətən də insan bədəninə girə bilirmiş. Bu cür şarlatanlıqla məşğul olanlar özləri cindirlər. Camaatın cibinə girib əclaflıqla məşğuldurlar.

İndi sizə məşhur bir sitatı dekonstruksiya edib deyim ki, şeytan olmasaydı da, insan onu yaradacaqdı. İnsanın ta qədimdən şeytana ehtiyacı olub. Niyəsini yavaş-yavaş izah edəcəm.

Haqverdiyevin "Pəri cadu”su, Hüseyn Cavidin "İblisi”. Bunun kimi dünya ədəbiyyatında da nümunələr çoxdur. Dantenin "Cəhənnəm”i, Hötenin "Faustu” və s.

Bu, İblisin ədəbiyyat tərəfidir. Yəni İblisin fantastik bir varlıq olmasını ədəbiyyatda görmək normaldır. Bəs həyat? Axı həyat belə deyil. Məsələn, nüvə silahı, atom bombası, raketlər, dar ağacları, qəlb qıran sözlər və s. Hamısı İblisdən deyilmi?

Bəs bunları yaradan kimlərdir? İnsan!

O zaman niyə İblisi qeyri-adi varlıq kimi təsəvvür edirlər?

Səbəb sadədir. Öz əməllərini İblisin üstünə yıxmaq! "Allah şeytana lənət eləsin” deyib günahdan yayınmaq!

İblis varsa da, bizə ziyanı yoxdur. Ən dar məqamda dadımıza yetişir. Bədbəxtin balası elə bil günah keçisidir.

Amma bütün bunlar bir qırağa, mənim dediklərimin ən yaxşı izahı Hüseyn Cavidin "İblis”indədir. Ümumiyyətlə, nə Dante, nə Höte, nə də digərləri İblisin tərifini Hüseyn Cavid kimi verə bilməzlər.

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

Hər kəs bana aciz qul ikən, bəslər ədavət.

Lakin bəni təhqir edən, ey əbləhü miskin!

Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də əmin ol, sizə rəhbərlik edən var.

Qan püskürən, atəş savuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

Altun və qadın düşgünü divanə bəbəklər.

Bin hiylə quran tülki siyasilər, o hər an

Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

Onlar duruyorkən bəni təhqirə nə hacət?!

Onlar, əvət onlar sizi göynətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

Bən tərk edərim sizləri əlan nəmə lazım!

Heçdən gələrək, heçliyə olmaqdayım azim.

İblis nədir?

- Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

- İblis...

Əsərin məzmun və qayəsi İblisi bəşəri fikirləri meydana gətirən amillərin ümumiləşdirilmiş obraz kimi canlandırmaqdır. Bu əsərlə müəllif bütöv insanların mənəvi mühitini, intellektual düşüncəsini dövrün məsələlərinə yönəldir ki, bu da bəşəriliyi ilə bağlıdır.

Bəli, İblis qeyri-adi varlıq deyil və mən buna inanmıram...

Əgər Allah bizə nəfs və iradə veribsə, İblisə nə ehtiyac?!

Mənim üçün İblis məsələn, Roma İmperiyasının üz qarası, "Kiçik Bot” ləqəbiylə tanınan Kaliquladır. Çox qəddar hökmdar olub. Güclü və gənc qladiatorların əvəzinə xəstə, yaşlı və hətta fiziki qüsurlu insanları seçərdi. Onun fikrincə bu daha zövqlü idi. Arenada qladiatorların vəhşi heyvanlarla savaşını izləyər, ürəyi istədiyində izləyicilər arasından bir neçə nəfəri seçib onların da döyüşməsini istəyərdi. Döyüşdürdüyü heyvanlara yemək çatdırmaqda çətinlik çəkilən zamanlarda isə əsirlərdən istifadə edərdi. "Bu keçəldən bu keçələ qədər” – deyərək, təsadüfən seçdiyi əsirlərin yem kimi heyvanalara verilməsini əmr edərdi.

Əsirlərinin, hətta bəzən xalqının keçəl olmasının səbəbi onun əmriydi. Keçəl qalmaq kompleksi olduğu üçün hər kəsin saçlarını ya tamam, ya da çox qısa şəkildə kəsdirilməsini əmr edərdi. Senatorların ailələrindəki qadınları toplayıb fahişəxanalar yaratdığı, onlardan gələn pullarla xəzinəni doldurmağa çalışdığı bilinir.

Qəddar olduğu qədər həm də əqli problemi vardı. Bacısı Drussilanın ölümündən sonra yas elan ettiyini demişdik, ölümün səbəbkarı da elə Kaliqula idi. Bacısını hamilə qoyduqdan sonra körpəsi hələ bətnində ikən çıxartdırıb yarı tanrı elan etmişdi.

Atı onun üçün ən dəyərli, senatorlar isə ən dəyərsiz insanlar idi. Şəxsi atını senator, hətta senatordan daha üstün olan konsul belə elan etmək istəyirdi.

İndiki dövrdə heyvanlara qayğı göstərən insanları görəndə bir anlıq Kaliqula yadıma düşür. İnsanlar tanıyıram ki, küçədə ac insan görsə, görməzlikdən gələr, amma bir pişik görsə, tutub evinə aparar, axşam da sosial şəbəkədə paylaşıb heyvansevərliyini göstərər.

"Çernobıl” insanların səhvi deyildimi? "Xocalı” ermənilərin qəddarlığı deyildimi? Hüseyn Cavidin, Mikayıl Müşfiqin qatili insanlar deyildimi? Bu qədər şeylərdən sonra İblisi günahkar çıxarmaq sadəcə nadanlıqdır.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK