deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər... Adalet.az | Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

2142    |   2019-07-08 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələr, internet, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əlaqə yaratmaqdan tutmuş, yeni informasiya əldə etməyə qədər sosial şəbəkə köməyimizə gəlir. Bəzən saatlarla, hətta günün yarısını virtual əlaqə yaratmaq üçün Facebook, Whatsapp, İnstagram-da aktiv oluruq.

Maraqlıdır, demək olar ki, bizi özündən aslı hala gətirən sosial şəbəkə anlayışı olmazsa, daha doğrusu sosial şəbəkələr həmişəlik çökərsə hansı vəziyyətə düşərik? Bunun insanlara mənfi təsiri olar, yoxsa heç nə olmamış kimi gündəlik həyatımıza davam edərdik?

Bu mövzudaModern.az-a danışanpsixoloq Gülər Məmmədovasuala belə aydınlıq gətirib:

"Elə bir zamanda yaşayırıq ki, insanlar öz hiss və emosiyalarını yalnız sosial şəbəkə, internet üzərindən biruzə verə bilirlər. Bu da insanlarda duyğusal, emosional aslılıq yaradır. Sosial şəbəkələr insanlarda artıq orqanik bir prosesə çevrilib. Orqanik dedikdə yəni vəziyyətin belə olması insan psixologiyasına oturuşub. Sevgi, iş, dostluq münasibətləri, valideyn-övlad münasibətləri sırf sosial şəbəkə, telefon üzərindən həyata keçirilir. Belə olduğu üçün də insanlar asılı olduğu mexanizmin çökməsini gördükdə həyəcan keçirir. Biri var narkotik, spirtli içkilərdən aslılıq, biri də var bu cür aslılıq. Virtual ünsiyyətdə yaranan hər hansı mənfi hal psixoloji aspektdən insanların həyatına birmənalı olaraq təsir edir”.

Psixoloq deyir ki, sosial şəbəkələr birdən ləğv olunsa, insanlar güclü stress keçirə bilər.

"Təbii ki, uzun müddət vərdiş etdikləri bir anlayış olmazsa, bu, insanlara ciddi şəkildə təsir edəcək. Mövcud duruma öyrəşmək çətin olsa da, zamanla onlar bu hala adaptasiya olacaqlar. Alternativ hal düşünüb, vəziyyətdən çıxmağa çalışacaqlar. Çünki indi insanlar rahatlığa, hər şeyi asanlıqla əldə etməyə alışıb”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzdeyir ki, sosial şəbəkələrin çökməsi təkcə insanlara yox, bütün cəmiyyətə mənfi təsir göstərərdi.

"İndi təkcə adi, fiziki şəxslər sosial şəbəkə istifadəçisi deyil. İnkişaf o səviyyədədir ki, dövlət, özəl, vətəndaş cəmiyyəti, biznes, xidmət - bir sözlə hər şey bura inteqrasiya edib. İndi birdən sosial şəbəkələr yoxa çıxsa, onun üzərindən xidmət, biznes mümkün olmayacaq. Bu aspektdən yanaşmaq daha doğrudur. Sonda vətəndaşlar arasında hansısa bir informasiya münasibətlərində problem ola bilər. Lakin gündəlik birgə yaşayış qaydalarımız, həyati proseslər var. Burada da tibb, təhsil, maliyyə və s. var. Düşünürəm ki, biz sosial şəbəkələrin qayğısına qalmalıyıq, dövlət onu inkişaf etdirməlidir. Sosial şəbəkənin faydalı tərəflərindən istifadə etməliyik. Çünki sosial şəbəkə artıq bizim virtual həyatımız yox, gündəlik həyatımıza çevrilib. Həyat dediyimiz yeri də səliqəyə salmalı, qədrini bilməliyik”.




İmza:

Bakcell ən yüksək nəticə göstərməkdə davam edir

Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti!

Məktəblilər “Bakcell”in qonağı oldu

Azercell-in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Baramanın startapları üçün imkanlar genişlənib

Sosial şəbəkə istifadəçilərinin diqqətinə - Nə etmək lazımdır?

Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

Bu il “Azərkosmos” dünyanın 18 ölkəsinə 16,1 milyon dollar dəyərində xidmət ixrac edib

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK