deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır Adalet.az | Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

2334    |   2019-07-08 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsində yüksək ixtisaslı həkim sonoloqlar tərəfindən qaraciyərin FibroSkan aparatında elastometriya müayinəsi aparılır.

FibroSkan aparatının tətbiq sahəsi, digər aparatlardan fərqi və tibbi müayinələrdə rolu haqqında ətraflı məlumat əldə etmək üçün Mərkəzi Gömrük Hospitalın həkim-sonoloqu Tükəzban Abdullayevaya müraciət etdik.

- Tükəzban xanım, FibroSkan aparatında elastometriya müayinəsi haqqında nə deyə bilərsiniz?

- Fibroskan qısa zaman ərzində ultrasəs dalğalarından istifadə etməklə qaraciyər sərtliyini ölçən yeni tibbi cihazdır. Bu cihazla daha çox yağlı qaraciyərdə elastometriya müayinəsi aparılır. Fibroskan cihazi ilə qaraciyər biopsiyasi ilə alına bilən toxumaların ən az 100 qatı böyüklüyündə qaraciyər sahəsi müayinə edilir. Digər aparatlardan fərqi ondan ibarətdir ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür. Xroniki qaraciyər xəstəlikləri (hepatit B, C, yağlı qaraciyər xəstəlikləri, dərman qəbuluna bağlı hepatitlər) qaraciyərdə zamanla zədələnməyə yol açır və bu zədələnmə qaraciyər toxumasında fibroz əmələ gətirir. Bu üsul bizə ona görə əlverişlidir ki, bu invaziv deyil, adi ultrasəs dalğaları ilə qaraciyərin bütün paylarından gələn məlumatlar Fibroskan cihazına ötürülür, Fibroskan qaraciyər sərtliyini ölçərək qaraciyərin fibroz mərhələsini rəqəmlər şəklində verir. Rəqəmlərdən ibarət cədvəldə biz fibrozun dərəcəsini müəyyən edirik. Bu da həkimlərin, o cümlədən hepatoloqların, qastroenteroloqların təyin etdikləri müalicədə çox əhəmiyyətlidir. Çünki müalicələrin gedişində bu rəqəm artırsa, deməli xəstənin vəziyyətində ağırlaşmalar var, əgər normal – yəni dəyişməyibsə və ya azalırsa, demək xəstədə sağalma prosesi gedir.
Qaraciyərin vəziyyətini ən doğru dəyərləndirən qaraciyər biopsiyasıdır. Fibroskanın biopsiyadan üstünlüyü ağrısız və maddi cəhətdən daha uyğun olmasıdır. Ultrasəs dalğaları zərərsiz olduğu üçün təkrar müayinələrdən də istifadə olunur və bunun xəstəyə heç bir zərəri yoxdur. Ultrasəs dalğaları ziyansəz olduğu üçün elastometriya müayinəsindən təkrar-təkrar istifadə etmək olar. Fibroskanla sirroz riski daşıyan xəstələrdə fibrozu erkən aşkar etməklə qarşısını almaq mümkündür.

- Doktor, bəs Fibroskan aparatında elastometriya müayinəsindən istifadəyə əks göstərişlər hansılardır?

- Hamilə qadınlarda bu müayinələrə icazə verilmir, öd daşı olan xəstələrdə qadağandır, qaraciyər törəmələri və nəzərəçarpan assit yəni qarın boşluğunda piylənmə zamanı elastometriya müayinəsi aparılmır.

- Doktor, elastometriya müayinəsinə hazırlıq necə aparılır?

- Elastometriya müayinəsi çox qısa müddətdə ərzində aparılır. Pasiyent 10-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz müayinədən keçir. Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.

Maraqlı məlumat üçün təşəkkür edirik.




İmza:

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

"Azğınlaşmış Ermənistan bizə torpaqlarımızın hərbi yolla azad olunmasından başqa alternativ buraxmır"

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

Mircəlal Kazımi: "Orqan transplantasiyası əməliyyatı xəstə üçün..."

Kamal Abdulla: “Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəm” - MÜSAHİBƏ

Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb - MÜSAHİBƏ

İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?" - MÜSAHİBƏ

Muradın həbs səbəbi - Xanımı hər şeyi açıqladı

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

Orxan Həsəni: "Ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır" - MÜSAHİBƏ

Aqil Abbas: "Deputat kütlə içində olmalıdır”

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK