ANA SƏHİFƏ / MƏMLƏKƏT

Çovdar əlvan metal filizi yatağında qədim məzarlıq aşkar edilib

7794    |   2019-07-04 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daşkəsən rayonunda yerləşən Çovdar əlvan metal filizi yatağında qədim məzarlıq aşkar edib.

2019-cu ilin fevral ayında "AzerGold” QSC tərəfindən 3-cü topaqələviləşdirmə sahəsinin tikintisi zamanı qədim məzarlığın aşkar edilməsi ilə əlaqədar ərazidə dərhal tikinti işləri dayandırılıb. Heydər Əliyev Fondunun dəstəyi və "AzerGold” QSC ilə Azerbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində cari ilin may ayından etibarən ərazidə arxeoloji qazıntılara başlanılıb. Tədqiqatlar AMEA-nın "Daşkəsən” arxeoloji ekspedisiyası tərəfindən tarix üzrə fəlsəfə doktorları S.Aşurov və B.Cəlilovun rəhbərliyi ilə aparılır.

İlkin qiymətləndirməyə əsasən ərazidə 35 daş qutu qəbirin aşkarlanması ehtimal olunsa da, aparılan tədqiqat işlərinin gedişatında nekropolun ərazisinin daha geniş olduğu müəyyən edilmiş və aşkarlanan qəbirlərin sayı artıq 120-ə çatıb. Daş qutudan ibarət quruluşa malik qəbirlərdə dəfn adətinə uyğun olaraq məişət, bəzək əşyaları, silahlar o cümlədən, küpə, kasa, xeyrə, kəmərlər, bilərziklər, sırğalar, üzüklər, asmalar, xəncər və nizələr tapılıb. Aşkarlanan çoxsaylı müxtəlif ölçülü muncuqların içərisində əqiq, pasta, müxtəlif daşlardan, balıqqulağından hazırlanmış muncuqlara rast gəlinir. Muncuqların içərisində Misir istehsalı olduğu güman edilən mavi pastalara, Hind okeanı üçün xarakterik olan kaurilərə təsadüf edilir.

Alimlərin qənaətinə əsasən, sözügedən qazıntılar arxeoloji materialların zənginliyi ilə diqqəti cəlb edir və qədim insanların təsərrüfat həyatı, ideoloji baxışları, sosial və ictimai quruluşları haqda geniş məlumat almağa imkan verəcək ilk kompleks arxeoloji tədqiqatdır. İlkin analizə əsasən, Çovdar filiz emalı sahəsində aşkarlanan məzarlıq son tunc-erkən dəmir dövrünə (e.ə.II min.sonu - I min. əvvəli) aid edilir.

Xatırladaq ki, bu qəbirlərin analogiyasına Respublikamızın Qərb bölgələrində, Qarabağda, Naxçıvan Muxtar Respublikası ərazisində rast gəlinir. Arxeoloji materiallar son tunc - erkən dəmir dövründə geniş yayılmış Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Köçmə yaylaq maldarlığı ilə məşğul olan Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının qonşu ərazilərdə yaşayan tayfalarla, hətta uzaq Aralıq dənizi sahilləri və Hind okeanı ətrafı ilə iqtisadi-mədəni əlaqələri mövcud olub.



İmza:

Azərbaycanda yeni fırıldaq: “Antikoronaviruslu” çörək istehsal etdilər - VİDEO

“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır

Deputat içməli su probleminə görə nazirə müraciət etdi

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü

Nazir: Karantin rejiminin iqtisadiyyata mənfi təsirləri qaçılmaz idi

Bakıda "Mall"arın yeni iş qaydası: Bu şəxslərin girişi qadağandır

Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi - MƏBLƏĞLƏR

Masallıda 17 ilanın öldürüldüyü ev nəzarətə götürüldü - İcra Hakimiyyəti

Ətdən baha olan dombalan bitkisi - Qarabağ mətbəxinin dadlı yemək çeşidi

GÖRƏSƏN, BU YERƏ KİMİN GÖZÜ DÜŞÜB?!

AYI VURMAQ RƏŞAD MƏCİDƏ BAHA BAŞA GƏLDİ

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK