Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Parlamentin buraxılmasını istəyənlərin arzuları gözündə qalacaq” - Deputatlardan açıqlama Adalet.az | “Parlamentin buraxılmasını istəyənlərin arzuları gözündə qalacaq” - Deputatlardan açıqlama Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Parlamentin buraxılmasını istəyənlərin arzuları gözündə qalacaq” - Deputatlardan açıqlama

17240    |   2019-07-03 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzi KİV-lərin dünən Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə xəbər yayması sosial şəbəkələrdə və cəmiyyətdə müxtəlif mövqelərdən şərh olunmaqdadır.

Milli Məclisin ənənəvi olaraq iyunda keçirdiyi növbədənkənar sessiyanı bu il ilk dəfə iyul ayında da davam etdirməsi bəzi şayiələrə rəvac verib. Məsələn, sosial şəbəkələrdə yayılan belə şayiələrdən birində növbədənkənar parlament seçkiləri haqda qərar veriləcəyi, hazırkı Milli Məclisin vaxtından əvvəl buraxılacağı barədədir.

Milli Məclisin deputatları bu məsələlər haqda Modern.az-a danışıblar.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu il növbədənkənar sessiya iclaslarının iyul ayına uzanması qanunların çoxluğu ilə əlaqədardır:

"Bu il işlənəcək çox qanun olduğuna görə növbədənkənar sessiya iclasımız iyul ayına qədər uzandı. Parlamentin buraxılması ilə bağlı məlumat yayanların isə arzuları gözündə qalacaq. Parlamentin buraxılması haqda söhbət gedə bilməz, parlament işləyir. Vaxtı gələndə seçkilər də keçiriləcək. Bu cür söhbətləri yayanlar tək kəlməylə ölkədəki sabitliyi pozmaq niyyətindədirlər. Hamsı boş söhbətlərdir”.

Deputatı Aydın Mirzəzadə xatırladıb ki, iyuinun əvvəlindən başlayan növbədənkənar sessiya hələ bitməyib:

"İyul ayının əvvəlində də həmin sessiyanın növbəti iclaslarının keçirilməsi gözlənilir. Parlamentin buraxılması barədə heç bir məlumat yoxdur və hesab edirəm ki, buna ehtiyac da yoxdur. Cəmi 1 ildən sonra Azərbaycan Respublikasının Konstitutsiyasına görə, növbəti parlament seçkiləri keçiriləcək. Sessiya iclasının iyul ayına təsadüf etməsi ilə bağlı deyə bilərəm ki, hər zaman nələrsə "ilk” olur. Bu normal haldır. Bu cür informasiyaların yayılması sadəcə olaraq müəyyən mövzuları müzakirə etmə istəyindən irəli gəlir. Düşünürəm ki, istənilən mövzu müzakirə oluna bilər”.

Deputat Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiya iclasının iyulun 9-12-də olacağını qeyd edib:

"Biz növbədənkənar iclasların keçirilməsindən sonra məzuniyyətə çıxacağıq. Məndə bundan başqa məlumat yoxdur. Digər məlumatların yayılması sadəcə olaraq bekarçılıqdan irəli gəlir. Çünki "növbədənkənar seçki” mövzusu populyar və aktual mövzudur.

Ölkə prezidentinin islahatların dərinləşməsi ilə bağlı sərəncamları, fərmanları var. Milli Məclisə qanun layihələri təqdim olunur. Biz adekvat olaraq bu addımları atmalıyıq. Bu addımları atmaq üçün isə növbədənkənar sessiya iclaslarımız davam edir”.




İmza:

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

Əli Əhmədov: Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Gürcü nazir Bakıya danışıqlara gəlir

Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

Novruz Məmmədov: “Türkiyə daim bizim yanımızdadır”

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib

Hikmət Hacıyev Paşinyanın qeyri-ciddiliyini sübut etdi - VİDEO

“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov

Müdafiə naziri Stanislav Zasla görüşüb

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

İNŞALLAH, BİRİNCİ GÜN TƏZƏ ŞƏKİLLƏR GÖRƏCƏYİK

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Macarıstanın Baş naziri Bakıya gəlir

Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK