Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | G20 ölkələrinin sammiti başladı - Putin Ərdoğanla müzakirə apardı Adalet.az | G20 ölkələrinin sammiti başladı - Putin Ərdoğanla müzakirə apardı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

G20 ölkələrinin sammiti başladı - Putin Ərdoğanla müzakirə apardı

22373    |   2019-06-28 10:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilən G20 zirvə toplantısı çərçivəsində söhbət ediblər.

Adalet.az xarici KİV-ə istinadən bildirir ki, qısa söhbətdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Ölkə başçılarının ikitərəfli görüşü iyunun 30-da nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 28-də Osakada G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti rəsmi olaraq işə başlayıb.

Yaponiyanın sədrlik etdiyi sammitin işində "Böyük iyirmiliyə” daxil olan ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı, İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar da iştirak edirlər.

Sammitin əsas məqsədi rəqib tərəflər arasında mövcud ziddiyyətlərə baxmayaraq, gündəlikdə duran məsələlər ətrafında konsensusa gəlməkdir.

Sammit çərçivəsində dörd sessiyanın keçirilməsi planlaşdırılır. Sessiyalarda müzakirə ediləcək əsas mövzular isə dünya iqtisadiyyatı, rəqəmsal innovasiyalara, qadınların hüquq və imkanlarının genişləndirilməsi, həmçinin ətraf mühit məsələlərini əhatə edir.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK