viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Hüseyn Sözlünün şeirlərində su, nəğmə, qədər və zaman motivləri Adalet.az | Hüseyn Sözlünün şeirlərində su, nəğmə, qədər və zaman motivləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Hüseyn Sözlünün şeirlərində su, nəğmə, qədər və zaman motivləri

(Tanınmış şair Hüseyn Sözlünün şeirləri haqqında)

5866    |   2019-06-27 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış şair Hüseyn Sözlünün şeirlərində ən mürəkkəb fikir belə sadə və aydın bir dillə ifadə olunur. Oxucu şeiri oxuyanda əziyyət çəkmədən şeirin alt qatlarına enir. Bu, ondan irəli gəlir ki, şair həm böyük yaradıcılıq yolu keçib, təcrübə qazanıb, dənizlə, onun xoş havası ilə daim təmasda olub, uzun müddət dənizdə işləyib, indi Dəniz Akademiyasında dərs deyir, müəllimdir, həm də tanınmış bəstəkardır. Ölkəmizdə və xaricdə populyar bəstələrin müəllimidir. O, şeir yazanda sözlərin dilə, ürəyə yaxşı yatanını seçir, ona görə də onun şeirləri su kimi axır, nəğmə kimi oxunur, dəniz kimi təmiz və təzə-tərdir. O, bütün şeirlərində səmimidir, oxucuya yalan demir, sözündə mərdi – mərdanədir. Bəzən onun qoşmaları adaşı Hüseyn Ariflə səsləşir, lakonuk, aydın, bir az da şeirin sonunu novellavi bitirməsi göstərir ki, şairin böyük mütaliə və həyat təcrübəsi var.

Döyünür sinəmdə arzuyla ürək,

Necə ki, bitməyib qəlbimdə dilək.

O taydan salamlar gətirən külək,

Məni çəkib Araz üstə gətirir.

Su təmizliyi, su lətafəti daim onun şeirlərinin arterial qanını təşkil edir. Yuxarıdakı şeirdə də o taydan- cənubdan, Təbrizdən və böyük şair Şəhriyardan əsən xəbər dolu külək onu Araz çayının sahilinə gətirir, şair suyla həmahəng olur, dərdini və yuxusunu suya danışır. Su, külək, ürək, arzu, dilək və sair ismlər birləşərək onun böyük şair arzusunun ədəbi, içitimai- siyasi xəritəsini çəkir. Sözlərin üyğun seçimi həmişə Hüseyn Sözlünün yaradıcılığında mühüm rol oynayır.

Şairin şeirlərində həmişə bir amal, bir arzu var. Onun adı "görmək”dir. O, dünyanı və problemlərdən yorulmuş həyatı həmişə firavan görmək istəyir.

Arzumdu dərəsi, düzünü görüm,

Bulaq pıçıldasın, sözünü görüm.

Dağların hər iki üzünü görüm,

Qəlbimin niyyəti o dağlardadır.

Şairin arzusu dünyəvidir. O nəyi görmək istəyirsə, orda sülh və firavanlıq var. Yuxarıdaki şeirdə o işarə əvəzliyi xüsusu məna kəsb edir. Yəni bu dağ hər dağdan deyil, o işarə əvəzliyinin üzərinə düşən güclü vurğu şairin sənətkarlığından, sözə məsuliyyətlə yanaşmasından xəbər verir. Şair o işarə əvəzliyinin yanına ayrı bir söz də qoya bilərdi və beləliklə, sözlərin sayını çoxaldardı. Şair bunu eləmir, şeirlərində az sözdən istifadə edir, sözlərin yerinin dar, mənasının isə geniş olmağını istəyir. Ona görə Hüseyn Sözlü o işarə əvəzliyində vurğunu gücləndirməklə məqsədinə nail olur. Bu dağ sinə dağı da ola bilər, ya da adi bir dağ, deyək ki, Savalan, Qoşqar, Ağrı, Murov və başqa dağlar. Ancaq o dağların xatirəsi böyükdür, onun arxasında bir el yatır, bir şəhər, bir ölkə yaşayır. Yuxarıda saydığı ismlərin üstünə də bir "niyyət” sözünü əlavə etsək, artıq sözün mehrabi – evi qurulmuş olur.

Hüseyn Sözlünün şeirlərində mətnlər arası əlaqə özünü yeni bir formada üzə çıxarır. Həyatda olduğu kimi, o, şeirlərində də hamıyla doğmalaşan, xalqda deyildiyi kimi hamıyla qaynayıb qarışan bir insandır. Özündən əvvəlki və sonrakı yaranan poeziya ilə daim fonetik, morfoloji və sintaksis əlaqəyə girir və beləliklə, enerji ötürmələri onu ətraf aləmdən, xüsusən keçmiş və gələcəkdən ayıra bilmir. Onun Musa Yaqubun "qara daşına” yazdığı şeirə baxaq:

İstəyirsən sinən üstə daş daşı,

Qardaş daha tanımayır qardaşı.

Öpüb əzizləmə gəl qara daşı,

Bu dünyanın ağ daşı da göyərməz.

İstər Musa Yaqubda, istərsə də Hüseyn Sözlüdə söhbət təbiətdəki ağ və ya qara daşdan getmir. Məsələ cəmiyyətin, sosial həyatın, içtimai vəziyyətin ağırlığından və həm də onun poetik dərkindən ortaya çıxır. Nəinki qara daş, heç ağ daş da göyərə bilməz. Artıq poeziyamızın sivil və sivri təfəkkür ucunun bu daşa toxunması yaşadığımız həyatın polyar qışından, "dəvənin iynənin gözündən keçmək məsələsi”ndən xəbər verməkdir. Bəlkə böyük Füzulinin dizinin üstə yazdığı əruzun iki beytində daş göyərə bilərdi, amma indi göyərməyi müşgüldür. "İahi, mən bu daşı götürüm, götürməyim” dileması da bir yandan səni əldən salır. Axı necə eləyəsən? Bu daşı götürəndə yazıq, götürməyən də. Hər iki şairin düşdüyü sosioloji vəziyyətin çıxış yolu ancaq şeir də bədii kəşf ola bilər. Bəli ağ və qara daşa göyərdə bilməyən və həm də götürə bilməyən, təcrübədə, heyrətdə qalan iki şairin çıxış yolu ancaq aşağıdakı daşdadır.

Bəndə tək torpağa qarışmaq üçün,

Bir daş kölgəsinə səsləyir məni.

"Daşın kölgəsi”(Qəbir daşı kimi) ifadəsi çox xoşuma gəldi. Indiyə kimi qəbir daşına kölgə deyən eşitməmişdim, bu da onu göstərir ki, Hüseyn Sözlü daim axtarışda olan, yeni asiossasiyalar, paralelliklər yaradan şairdir.

İstər klassik, istərsə də müasir poeziyamızda qocalıq haqqında müxtəlif şeirlər yazılıb. Hər şair qocalığı müxtəlif görüntülər və bənzətmələrlə işarələyib. Nizami Gəncəvi deyir ki, qocaların beli ona görə əyilir ki, onlar yerdə itən gənclyini axtarırlar. Füzuli isə tamam başqa bir məna verir qocalığa. Deyir, qocaların belə ona görə əyilir ki, onlar dünya qapısından çıxmağa hazırlaşırlar. Hüseyn Sözlü isə öz sələflərindən bəhrələnərək qocalığın başqa bir tərəfdən fotoqraf kimi şəklini çəkir. Əlbəttə ki, sözlərlə, özü də ilhamla.

Ürək yavaş – yavaş düşübdür haldan,

Qocalıq əsa tək asılıb qoldan.

"Qocalığın əsa kimi qoldan asılması” yeni bir tapıntı kimi diqqətimi çəkdi. Çünki burda ayrı bir çıxış yolu yoxdur. Ürək haldan düşübsə, qoldan mütləq əsa asılmalıdır. "Əsanın qoldan asılması” fkri qocalığın pasportudur. Yuxarıda dediyim kimi, Hüseyn Sözlü nədən yazırsa - yazsın fikrində səmimidir. O, qocalıqdan nə qorxur, nə də utanır. Əslində o, qocalığı fəxr və qürurla etiraf edir. Başqa şair olsaydı, bu hissi öz ürəyindən atardı. Əksinə Hüseyn müəllim ömrün bu qazancına ürəkdən sevinir.

Şair idrakı həmişə dünyanın sonunu və əvvəlini axtarır. Hardan gəlib hara getdiyini öyrənmək istəyir. Məhz burdan Allahın dərki başlanır. Həmişə poeziyanı heyrətdə qoyan və bu delema qarşısanda dayanan şair həyatı boyu, bəlkə də, bütün zamanlar axtardığı bir həqiqəti bilmək istəyib və istəyir. Tanrıya özündə çəsarət taparaq bir sual verir: "Tanrı, sənin dərgahına mən necə gəlim, çünki sənin yanında zaman yoxdur, gündüz gəlim, yoxsa gecə? Bu sual əbədi olaraq cavabsızdır. Son misrada axır ki, şair verdiyi sualın cavabını özündə tapır.

Heçiydim, hər şeyə yetdim,

Yenə dönüm heçə gəlim?

Demək, buradakı heçlik, əslində həqiqətin özüdür. Bundan başqa ayrı bir yol yoxdur, çünki "hökm onun hökmdürür, fərman onun fərmanıdır”.

Bəlkə təxəllüsündə söz olduğuna görə Hüseyn Sözlü həmişə sözlə oynayır. Özü də gözəl oynayır. Həmişə də bu, onun şeirlərinə yeni bir ovqat qatır, mətni şirinləşdirir, ona yeni bir gözəllik verir.

Şair Hüseyn Sözlü kimi,

Söz olmaq mənə yazılıb

Və yaxud

Sözlüyəm, sinəmə sığmır,

Dodağa köçür sözlərim.

Şair haqlıdır. Çünki hərəkət dünyanın enerjisidir. Necə ki, böyük şairimiz İmaməddin Nəsimi deyirdi: "Dünya duracaq yer deyil, ey can, səfər eylə.” Bəli, hər şey köçür, nəğmə də, insan da. Əslində "köçmək” olmasa, "gəlmək” də olmaz. Amma yenə burda şairin böyük bir etirafı məni ovsunlayır:

Çoxmu yazdım, azmı yazdım,

Bu qədərin yaza bildim.

Zəif yazdım, sazmı yazdım,

Bu qədərin yaza bildim.

Bəli, insana nə qədər imkan verilibsə, o qədərini yaza bilir. Ayrı bir lovğalığa ehtiyac yox. "Qədər” burada təkçə ölçü vahidi deyil, həm də ömür, bəxt, ölüm və həyat məsələsidir. Sonda bu fikri daha ucadan deyirəm: Doğurdan da, Hüseyn Sözlü nə yazıbsa, "saz” yazıb. Şair dostuma, Hüseyn Sözlüyə yeni - yeni yaradıcılıq uğurları arzulayıram!

Qəşəm Nəcəfzadə,

Şair, Əməkdar Mədəniyyət işçisi




İmza:
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK