viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov Adalet.az | “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov

10530    |   2019-06-20 10:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"2018-ci ildən başlayaraq müsbət dinamika əldə edildikcə, makroiqtisadi sahədə iqtisadiyyatın tarazlaşdırılması istiqamətində qazanılan uğurlar nəticəsində bir sıra sosial addımların atılmasına başlanılıb”.

Bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də "Günün nəbzi” proqramında qonaq olarkən bildirib.

Samir Şərifov qeyd edib ki, 2008-ci ildən başlayaraq Azərbaycanda sosial tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi baş verir: "2016-2017-ci illər ölkəmiz, ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla dolu illər olub. 2016-cı ildə ölkəmizdə iqtisadi artım mənfi məcraya yönəlmişdisə, 2017-ci ildə artıq ölkəmizdə iqtisadi artım müsbət trayektoriyaya qayıdıb. Yəni 0,1 faiz iqtisadi artım əldə edilib. 2018-ci ilin ilk aylarında Prezident İlham Əliyev tərəfindən əmək haqlarının artırılmasına dair bir sıra sərəncamlar imzalanıb və bu sərəncamlarla o vaxt əmək haqları, təqaüdlər, sosial müavinətlər və s. 10% artrılıb. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 500 milyon manatdan artıq vəsait sərf edilib. 2019-cu ildə bu siyasət davam etdirilib. Cari ilin mart-aprel aylarında ilk sosial tədbirlər paketi bəyan edilib və onun həyata keçirilməsinə başlanılıb. Bu kifayət qədər böyük miqyasda idi. Minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırılıb və bununla yanaşı minimum pensiyanın məbləği də 160 manata çatdırılıb. O vaxt bu rəqəm 116 manat idi. İndeksasiyanı da nəzərə alsaq 120 manat idi. Prezidentin sərəncamlarına əsasən, təkcə bu tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən 340 milyon manat vəsait ayrılıb”.

Samir Şərifov əhalinin gəlirlərinin artmasının inflyasiyaya səbəb olacağı ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

"Biz inflyasiya baxımından hər hansı ciddi təzyiq müşahidə etmirik. Amma buna diqqət yetirilir. İkinci artım isə artıq payız aylarına təsadüf edəcək. İndi qəbul edilmiş qərarın icrasına vaxt lazımdır. Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük. Bu gün inflyasiya kifayət qədər aşağı səviyyədədir”.




İmza:

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır

Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır

Azərbaycanın ixrac sifarişləri 10 faiz artıb

Mərkəzi Bank hərrac keçirəcək - Məbləğ yüz milyon manat

Avqustun 23-də xarici valyutaların manata qarşı məzənnələri

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

Azərbaycanda gələn ildən aqrar sığorta mexanizmi işə salınacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK