deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək Adalet.az | Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək

3339    |   2019-06-19 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən "Paris Air Show-2019” sərgisi başlayıb.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Azərbaycan da təmsil olunur.

Sərgi çərçivəsində nazirin müşaviri Fərrux Vəzirov Fransanın "Nexter”, "Thales”, "CS Communication”, "Lacroix” və Türkiyənin "TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

"Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə "Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.

"Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə edilib.

Səfər çərçivəsində İtaliyanın "Leonardo” şikətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyində birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib. Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan "Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib. Növbəti mərhələlərdə danışıqların hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə edilib.

Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danny Pith müşayiət edib.

"Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.




İmza:

Məktəblilər “Bakcell”in qonağı oldu

Azercell-in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Baramanın startapları üçün imkanlar genişlənib

Sosial şəbəkə istifadəçilərinin diqqətinə - Nə etmək lazımdır?

Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

Bu il “Azərkosmos” dünyanın 18 ölkəsinə 16,1 milyon dollar dəyərində xidmət ixrac edib

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib

“Rəqəmsal dünyanı yarat” - Azercell yeni loqosunu təqdim etdi

Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib

SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK