ANA SƏHİFƏ / TEXNOLOGİYA

İmzanı Azercell ilə tanıt!

17163    |   2019-06-19 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azercell ölkəmizin istedadlarına dəstək verir.

Adalet.az xəbər verir ki, hər zaman yenilikçi ideyaları və təşəbbüsləri dəstəkləyən Azercell son günlər ərzində sosial şəbəkələrdə gündəmdə olan "İmzanı Tanıt” çağırışına dəstək oldu. Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən məşhur bloggerlər, aparıcılar və media nümayəndələri sosial şəbəkələrdə rezonans yaradaraq, istedadına və bacarığına güvənən yaradıcı şəxsləri öz əl işlərini #imzanitanit "hashtag”ı altında paylaşıb, imzalarını geniş kütləyə tanıtmağa təşviq etdilər. Çağırış çox qısa müddət ərzində hər kəsin rəğbətini qazanmağa müvəffəq oldu və yüzlərlə sənətkar bu fikir ətrafında cəmlənərək istedadlarını sosial şəbəkələrdə nümayiş etdirdilər.

Ölkəmizdə gənclərin peşəkar və fərdi inkişafına, mütaliə mədəniyyətinin təbliğ edilməsinə daim öz töhfəsini verən Azercell şirkəti Azərbaycanda istedadları kəşf etməyə fürsət yaradan "İmzanı Tanıt” sosial təşəbbüsünə də biganə qalmayıb. Sosial hərəkata dəstək olmaq məqsədilə ən maraqlı paylaşımlar şirkətin xüsusi münsiflər heyəti tərəfindən seçilib, Azercell-in sosial media səhifələrində bütün ölkəyə tanıdılacaq.

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etməyi hədəfləyən Azercell, bununla da kifayətlənməyib. Azercell şirkəti "İmzanı Tanıt” çağırışını ölkəmizdə kiçik sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizi təbliğ etmək fürsəti kimi dəyərləndirir və sosial şəbəkələrdə dəstək olmaqla yanaşı, layihənin daha geniş miqyasda tanınması və daha çox məzmunun toplanması məqsədilə tez bir zamanda "İmzanı Tanıt” platformasını istifadəyə təqdim edəcəyini açıqlayıb. Sayt yaradıcılıq fəaliyyətinə əməklərini həsr etmiş ustadların nəinki ölkə hüdudlarında, hətta xaricində də tanınmasına səbəb olacaq və dünyaya ölkəmizin istedadlar məkanı olduğunu bir daha nümayiş etdirəcək.

Odur ki, bizi @azercell və @imzanitanit Instagram, həmçinin müvafiq Facebook səhifələrindən izləyin və layihənin ən son yeniliklərindən xəbərdar olun!

Sən də bizə qoşul və imzanı milyonlara tanıt!




İmza:

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Bakıda internet xidmətinin kəsilməsinin səbəbi AÇIQLANDI

Hakerlər aviaşirkətin 9 milyon müştərisinin məlumatlarını ələ keçirib

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!

600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək

ABŞ-dan növbəti iddia: Çin oğurlamaq istədi

Azercell “Yeni Hər Yerə” tarifini təqdim edir!

SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK