warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MƏNİM DÜNYAM Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MƏNİM DÜNYAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: MƏNİM DÜNYAM

O Cənnətdi, yoxsa Cəhənnəmdi?!

4070    |   2019-06-14 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Birbaşa mövzuya keçirəm. Ona görə birbaşa mövzuya keçirəm ki, indi adamların səbri daralıb. O qədər kəmhövsələ olublar ki, sözü, cümləni sona qədər dinləməyə özlərində güc tapmırlar. Bax, elə mənim özüm də indiki anda, indiki məqamda çox danışıb, fikirlərimi şaxələndirib oxucunu yormaq istəmirəm. Onsuz da oxucuların indi hansı durumda olduğuna yaxşı bələdəm və bilirəm ki, nə yazsam da, nə desəm də ancaq fikirlərin mübtəda-xəbərinə diqqət yetirəcəklər. Və beləcə, yalnız sözün, fikrin görünən tərəfinə qapı açıb, diqqət yetirib onunla da işlərini bitmiş hesab edəcəklər. Mən isə belə istəmirəm!..

Bir də ki, kimdi mənim istəyimlə hesablaşan. Yaradan öz böyüklüyü ilə hər kəsi özünə tabe edib, öz itaətinə, öz ayağına gətiribdi. İstər daxilində, qəlbində Tanrı sevgisi olsun-olmasın, bəndə ən çıxılmaz durumda yenə qeyri-ixtiyari olaraq üzünü Tanrıya tutur. İçindən Tanrıya yalvarış, Tanrıya biət, Tanrıya kömək və son güvənc hissi baş qaldırır. Bax, ona görə də mən tanıdığm-tanımadığım yaxın-uzaq adamların hamısının dünyasına bir addım yaxınlaşanda öncə fikirləşirəm ki, onun içində Tanrı sevgisi var, yoxsa yox?! O adamla, o bəndə ilə ən azından bir cərgədə yanaşı dayanmaq olar, yoxsa yox?!

İnsanın hərəkəti də, duruşu da, danışığıda, baxışı da, nəfəsi də, hətta qeyri-ixtiyari hərkətləri də onun içini səhifələməyə, iç dünyasına yol tapmağa imkan verən şərtlərdəndir. Bax, bu mənada dilində Tanrı adı, içində, əməlində naqislik olanların çox qısa zamanda faş olması, açıqlanması, görünməsi heç də təsadüf deyil. Yəni hardasa bu dediyim fikir bir atalar sözünü yadıma salır. Müdriklər, ağıllı adamlar deyiblər ki, "dostunu göstər, sənin kim olduğunu deyim”.

İndi mən də sevincin, kədərin kim və yaxud nə olduğunu bilmək üçün hara və necə üz tutacağımı düşünə-düşünə ağlımdan, ürəyimdən gəlib keçənləri öz-özümə pıçıldayıram. Kənardan baxan elə bilər ki, havalanmışam və yaxud da nəyisə təkrarlayıram. Amma yox! Əksinə, mən təkrardan daha çox yeniliyi qəfil və yaxud da gözlənilmədən baş verən, özünü təqdim edən qeyri-adilikləri çox sevirəm. Düşünürəm ki, hər gün yeni nəyisə görmək, hər gün təzə nəyinsə şahidi olmaq daha maraqlıdır. Çox təəssüf ki, mənim bu istəyim özünün parametrləri, forma və məzmunu ilə nə qədər yazdıqlarıma, diqtə etdiklərimə uyğun gəlsə də, amma mahiyyət baxımından o qədər də ürəkaçan deyil. Çünki...

Tanıdığım, yaxından bələd olduğum, hətta bəzən özüm qədər dəyərləndirdiyim insanların Cənnət və Cəhənnəm anlayışı ilə bağlı fikirlərini dinləyəndə, eşidəndə öz-özümə bu fikir sahiblərinin məntiqlərinə bir az şübhə ilə yanaşmışam. Ona görə ki, içərisində olduğum, yaşadığım reallığı xəyalla, lap elmi dildə desəm, fantaziya ilə eyniləşdirmək, müqayisə etmək, fərqləndirmək məni o qədər də razı salmayıbdı. Bu o demək deyil ki, mən ateistəm, Cənnətin və yaxud da Cəhənnəmin mövcudluğuna şübhə ilə yanaşıram. Xeyr! Mən sadəcə durduğum, dayandığım yerin özünü görürəm. O yerə baxıb dəyər verməyə, qiymətləndirməyə, ifadə etməyə çalışıram. Və ən doğma adamlarımın belə Cənnət arzusuyla etdiyi hərəkətlər, atdığı addımlar mənə yapışmır. Mənə bir az kobud ifadə etsəm, heç nə vermir. Çünki bu, məqsədli, hesablanmış addım olur. Amma hər şeyin gözəli təbii olandı. Yəni Cənnətə getmək, cənnətməkan olmaq üçün gecə-gündüz ancaq məqsədli şəkildə, hesablanmış, düşünülmüş formada nələrisə etmək və ürəyinin, hisslərinin tələbinə qadağa qoymaq məncə doğru deyil. Və deməli, o addımı atanların istədiyi cənnətə düşəcəyi də mənə doğru gəlmir. Axı onlar özlərini o qədər istəklərdən, o qədər xoş anlardan, hətta sevgilərdən məhrum ediblər ki, Cənnətə düşsünlər!.. Ancaq Tanrı bütövlüyü, tamlığı dəyərləndirib və bizi buna yönəldibdi. Biz də Allah bəndəsi olaraq sevincimizdən, sevgimizdən kəsib Cənnətə düşmək yolunda guya mübarizə aparmağımız, yumuşaq desəm, divara atılan daş və yaxud da sabun köpüyüdü mənim üçün.

Kimsə və yaxud da kimlərsə necə düşünür düşünsün, mənim cənnətim də, cəhənnəmim də içimdə olduğum andı – yaşadığımdı, yaşatdıqlarımdı!..

Bəli, bu yazını bilgisayara diqtə etdiyim zaman çərçivəsində iki xəbərin ovqatını yaşadım. Onlardan biri sevincli, necə deyərlər, mənim bir valideyn kimi ovqatımı yüzə-yüz xoş anlar üzərində kökləyən xəbər idi. Nəfəs dərməmiş, o xəbəri hələ ruhumun bütün nöqtələrinə çatdırmamış ikincisi özünü çaparaq yetirdi. Bu da ailəmlə bağlı idi. Onun sızıltısı, onun acısı bir an öncə gələn xəbəri kölgələdi. Bax, mən onda cənnəti, cəhənnəmi yaşadım. Bax, mən onda Tanrının mənə yazdığınıı nədən ibarət olduğunu bir daha anladım. Və birmənalı şəkildə bildim ki, bir saat, bir gün, bir ay, bir il və daha nə bilim hansısa zaman kəsiyində Cənnətin və ya Cəhənnəmin məni gözlədiyini düşünmək mənim üçün absurddu. Çünki mənim cənnətim də, cəhənnəmimdə içində olduğum andan ibarətdir.

Sizi deyə bilmərəm və sizin düşüncələrinizə də başqa bir nəzərlə baxmıram. Ona görə də öz gerçəkliklərimin kölgəsində oturub öz Tanrıma üzümü tutub deyirəm:

- Nə yazmısan, nə vermisən, onu yaşamışam, onu yaşayıram. Və verdiyin ömür boyu da yaşamağa məhkumam. Bilirəm ki, yazdığın, verdiyin mənim haqqım, mənim qismətim, mənim taleyim, mənim bəxtimdi. Və bir də bilirəm ki, o yazdıqların, o verdiklərin elə mənim Cənnət və Cəhənnəmimdi. Kim şübhə edir, kim şəkk edir, kim inanc və inam gətirir, bu onun öz işidir. Mənim bir bəndə olaraq şəksiz-şübhəsiz, inamlı-inancsız bildiyim Sənin yazdığın və mənim yaşadığım Cənnət və Cəhənnəmimdi! Kim istəyirsə, qapım onun üzünə açıqdır. Gəlsin, Cənnəti və Cəhənnəmi birlikdə yaşayaq!..



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
SON XƏBƏRLƏR
2019-06-15
2019-06-14
13:56 Ziya


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK