viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Futbolumuzu zorlayanlar... - İntiqam VALEHOĞLU yazır Adalet.az | Futbolumuzu zorlayanlar... - İntiqam VALEHOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Futbolumuzu zorlayanlar... - İntiqam VALEHOĞLU yazır

22284    |   2019-06-12 12:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin ki, bu məşhur deyim çoxlarınızın yadındadır. Deyir ki, əgər kimsə səni zorlayırsa və sən onun əlindən qurtula bilmirsənsə, çalış zövq al. Bu sözü kim deyibsə, inanıram ki, bizim milli komandamızın göstərəcəyi nəticələrdən, daha doğrusu nəticəsizlikdən öncədən xəbərdar olub. Milli komandamız da illərdir eyni aqibəti yaşayır.

Bəlkə də bu gediş tam da olmasa, müəyyən qədər dayana bilərdi. Əgər Elxan Məmmədov və başının dəstəsi Qurban Qurbanovu milli komandadan müəmmalı şəkildə uzaqlaşdırmasaydı. Təsəvvür edirsinizmi, Millətlər Liqasında yarımfinala yüksələ bilməməyə görə Qurbanovun istefasını tələb edənlər "ev"də iki oyuna səkkiz qol yeməyimizdən çox məmnun görünürlər.

Əslində, bu məsələdə Elxan Məmmədov qədər olmasa da, azarkeşlərin də müəyyən qədər rolu var. Məsələn, düşünmək olardı ki, Bakıda Macarıstana 1:3 hesbalı məğlubiyyətdən sonra azarkeşlər 90 dəqiqə ərzində AFFA rəhbərliyini istefaya səsləyəcək. Amma yalnız epizodik olaraq "istefa" şüarlarının eşitdik. Ramil Şeydayevin təsəlli qolundan sonra isə o səslər də kəsildi. Məntiqlə düşünəndə azarkeşləri də hardasa başa düşürəm. Tutaq ki, mən AFFA-ni istefaya çağırıram, şüarlar səsləndirirəm. Almeyda, Bədavi, Renat Dadaşov, Yurçeviç özü, Dmitri Nazarov mənim nə qışqırdığımı hardan başa düşsün ki? Yenə Qurbanov olsaydı, bəlkə aıbırına sığıanrdı. Daha Yurçeviç kimi çıxıb mətbuat konfransında Qurban Qurbanova söz atmazdı. Görünür, Elxan Məmmədovun təlimatları öz bəhrəsini verməkdədir.

Ramil Şeydayevdən söz düşmüşkən, dünənki oyundan sonra şəxsən mənim bu gəncə yazığım gəldi. Adam o boyda Rusiya millisinin başının buraxıb gəlib Rahil Məmmədovla, futbolu çoxdan buraxmalı olan Rəşad Eyyubovla çiyin-çiyinə oynamağa məcburdur. Hələ mən Qaranı, Bədavini, Mahiri, Arazı demirəm. Şəxsən mənə hələ də Şeydayevin bu qərarı sirr olaraq qalır. Kimsə bunu vətənpərvərlik kimi qələmə verirsə, ortada Məsut Özil faktoru var. Kim deyə bilər ki, Məsut Özil Türkiyəni sevmir? Hətta o gün toyunda Rəcəb Tayyib Ərdoğan da şahid qismində iştirak edirdi.

Yaxşı deyək ki, Ramili, Emin Mahmudovu dəvət etmisiz. Bəs milli çempionatda 3-4 ən yaxşı orta sahə oyunçusundan biri olan Emin Mahmudov hansı meyarlara görə Rəşad Eyubovla əvəzlənir? Yurçeviç "Simurq" komandasının görməyib. Görsəydi, başa düşərdi ki, Eyubov az-çox nə futbol oynayıbsa "Simurq"da oynayıb. Sonradan oynadığı isə hər nədirsə, başqa şeydir, futbola qəti aidiyyatı yoxdur.

Baş məqçi mətbuat konfransında deyir ki, Slovakiyanın bir oyunçusu 25 milyon avrodur. Bəs bu mütəxəssis qanmırmı ki, Türkiyənin məğlub etdiyi Fransa yığmasının heyətinin puluyla dünyanın yarısını almaq olar? Dünyanın yarısı bir yana, Mbappenin qiymətinə Ermənistanı ipotekaya götürmək belə mümkündür.

Bir-iki kəlmə də Riçard Almeyda barədə. Braziliyalı deyəsən Qazaxıstana gedənə qədər göstərdiyi oyunun kölgəsində bundan sonra da gizlənməkdə davam edəcək. Şəxsən mənə görə Riçardın Azərbaycan pasportu almasının millidən çox "Qarabağ"a xeyri dəydi. Çünki legioner limitində Almeyda yerli oyunçu hesab edilir.

Hər halda bu məğlubiyyətlərin, Bakıda səkkiz top buraxmağın hesabatı verilməlidir. Bəlkə Elxan Məmmədov, Rövnəq Abdullayev çıxıb deyəcək ki, çempionatda cəmi səkkiz komanda iştirak edir, ona görə də iki oyuna səkkiz top buraxmışı. Elxan Məmmədov da deyəcək ki, sevinin hələ 12 komandamız yoxdur. Bunlardan daha artıq açıqlama gözləmirəm. Amma yerli klublara 300-400 min qiymət oxuyan futbolçuların indi nə düşündükləri daha maraqlıdır. Məsələn, Qara, Maksim, Bədavi, Mahir, Araz düşünürmü ki, onların oyununa baxmağa gələn insanlardan heç nə ilə üstün deyillər? Əgər 1:5 uduzmaqdırsa, bunu Məqsəd Yaqubəliyevin komandası da bacarardı.




İmza:
SON XƏBƏRLƏR
2019-08-20
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK