ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yol polisi şagirdləri mükafatlandırdı - Foto

5582    |   2019-06-11 15:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu ilin aprel ayında start verilmiş "Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub və qaliblər müəyyən edərək mükafatlandırılıb.

Dövlət Yol Polisindən Adalet.az-a verilən məlumata görə, müsabiqə "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq Baş DYP İdarəsinin təbliğatla bağlı müvafiq Tədbirlər Planı çərçivəsində həyata keçirilib.

Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə keçirilmiş müsabiqəyə ümumilikdə 33 şəhər və rayondan 287 ədəd rəsm əsəri təqdim olunub.

Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığının daha bir bariz göstəricisi olan sözügedən müsabiqədə tam orta məktəblərlə yanaşı, lisey və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təmsilçiləri də yaxından iştirak ediblər.

Müsabiqəyə təqdim olunmuş əsərlərin qiymətləndirilməsində obyektivliyin təmin etmək məqsədilə mütəxəssis və KİV təmsilçisi dəvət edilib və qaliblər onların rəyi nəzərə alınmaqla kollegial qaydada müəyyən olunub.

Bərdə rayon məktəblisi Nəsibli Xumar Samir qızı I, Siyəzən rayon məktəblisi Məlikov Murad Babək oğlu II və Şuşa rayon məktəblisi Şirinova Rəna Amil qızı III yerin qalibi olaraq seçiliblər.

Qaliblər iyunun 8-də Baş DYP İdarəsində rəhbərlik tərəfindən qəbul edilib və mükafatlandırılıblar.




İmza:

Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib

COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək? - RƏSMİ CAVAB

Faiq QİSMƏTOĞLU: KORONAVİRUSU KİM YAYIR?

BİRCƏ QALDI Kİ, DEYƏ: «QƏLƏT ELƏMİŞƏM»

MƏZUNİYYƏTDƏ OLANI İNSANI İŞDƏN NECƏ ÇIXARMAQ OLAR?

Xəzər Kürdən aldığı suyu “geri qaytarır” - VİDEO

Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb

Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

Qızılağac milli parkında yanğın baş verib

Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK