ANA SƏHİFƏ / GÜNDƏM

Zakir Həsənov yeni mərkəzin açılışında - Foto

8333    |   2019-06-06 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. İyunun 6-da Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Mərkəzin fəaliyyəti və xidmətin təşkili ilə barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova brifinq təqdim olunub. Məruzə olunub ki, Mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.

Komanda İdarəetmə Mərkəzinin əsas təyinatı bilavasitə tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsidir.

Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, hava və suüstü şəraitə nəzarət isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.




İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Bakı koronavirusa yoluxma faizinə görə yenə birincidir

Xalqını sevən, canını vətənə qurban verən polislərin günü: Gününüz mübarək!

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

İlham Əliyev və Mehriban Əliyeva İçərişəhərdə - YENİLƏNİB

Nikahdan kənar doğulan uşaqların sayı artıb

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər

BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

Nikahdan kənar doğulan uşaqların sayı artıb

İcazə alınması sistemində yeniliklər edilib - RƏSMİ

Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK