deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Nicat Novruzoğlu - "Tüpürcək smayliki" Adalet.az | Nicat Novruzoğlu - "Tüpürcək smayliki" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat Novruzoğlu - "Tüpürcək smayliki"

7796    |   2019-05-25 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu mövzu həftənin əvvəli tüpürcəklə bağlı yaranmış qalmaqaldan sonra beynimdə yarandı. Açığı tüpürcəyin beynimə bu yolla gedib çıxacağını heç təsəvvür etmirdim. Onu da təsəvvür də etmirdim ki, tüpürcək, həm də müxaliflərə yönəlik tüpürcək tez bir zamanda sosial şəbəkəni zəbt eləsin və günün müzakirə predmeti olsun. Amma hər şey yaxşı qurtardı. Məlum oldu ki, heç kim heç kəsə tüpürməyib. Heç bunu tövsiyyə edən də olmayıb. Tövsiyyə etsəydi noolardıki?

Tüpürcək bütün canlılara məxsus bir maddədir. Əgər bütün canlıya məxsusdursa onun bu canlıdan digər canlıya ötürmək elə də qəbahət olmamalıdır.

Vay o canlının hayına ki, onda tüpürcək olmasın.

Mənim yadıma düşür balaca vaxtlarımda bir cücü əlimizi, qolumuzu dişləyəndə deyərdilər ki, tüpürcəyinlə həmən yeri islat tez keçib gedəcək. Belə də olurdu.

Və yaxud filmlərdə də yəqin görmüsüz, yarpaqları tüpürvcəkləyib yaranın üzərinə qoyurlar. Görünür, bunun bir xeyri var ki, çəkib dünyanı agah edirlər.

Bundan başqa seyid tüpürcəyi deyilən bir tüpürcək də olub. İndi də olmamış olmaz. Tüpürcək su deyil ki, quruyub qurtarsın. İnsanlar bu tüpürcəyə görə seyidin qapısını o qədər döyüblər ki. . Seyidin onların üzərinə tüpürdüyü tüpürcək deyilənlərə görə şəfa tapmalarına kömək edirmiş. Hətta insanlar ağızlarını açırmış ki, seyid, ağzıma tüpür. Və yaxud əksinə. Seyid onların ağızlarına tüpürürmüş ki, tez şəfa tapsınlar. Və yəqin ki tapırlarmış. Çünki indiyəcən eşitməmişəm ki, kimsə seyidin qapısını kəsdirib hay-həşir salsın ki, ay seyid. bəs tüpürcəyin mənə kömək etmədi.

Yəni tüpürcəyə şərəf və ləyaqəti alçadacaq bir zad kimi baxmayın. Bunu yazmamaq da olardı. Amma əfsuslar olsun ki, tüpürcəyi o üzünə-bu üzünə çevirib analiz etməsək obyektivlikdən uzaq düşərik. Unutmayın ki, tüpürcəyin o biri üzü də var. Yəni tüpürcək iki sifətlidi. Və yaxud funksiyaları zəngindi.

O biri üz odur ki, həmən o ağıza tüpürdüyün tüpürcəyi kiminsə sifətinə özünün icazəsi olmadan tüpürsən bu, uje, olur təhqir. Dalıs ı baxır tüpürcəklənənin reaksiyasına. İstəsə başını aşağı dikər, istəməsə o da başqa birisinin üzünə tüpürər. Beləcə tüpürcək davası başlayar. Day o vaxtacan ki, tüpürcəkkəsə nail olunsun.

Bütün bunları ona görə yazdım ki, deyirəm yığışağın bir müraciət yazağın. Bu sosial şəbəkələrin yiyələrinə. Yazağın ki, sizin şəbəkələrdə fikirlərimizi işarələrlə ifadə etmək üçün müxtəlif smaylikləri bura yerləşdirmisiniz. Noolar bizim tüpürcəyimizin xətrinə bura bir tüpürcək smaylikidə yerləşdirin. Yerləşdirin ki, o şəbəkələrinizdə sinəsini irəli verib soyunanlara tüpürək, söyüş söyənlərə tüpürək, kişiliyi ilə qadınlığı bilinməyənlərə tüpürək, gündə bir siyasi qüvvəyə işləyənlərə tüpürək, rüşvət alana tüpürək, dədəsinin oğurladığı pullarla xaricdə kef edən dezertirlərə tüpürək, xalqın adından danışanlara tüpürək, yalan danışanlara tüpürək, vətən satanlara tüpürək, adını yazar qoyub yazmayanlara tüpürək və s.

İnanınki tüpürcək smayliki bizim ən sevimli smaylikimizə çevrilər. Təsəvvür edirsiz bir ürək smaylikini vurursuz, bir də ki, tüpürcək smaylikini. İkisini cütləşdirib yollayırsan filankəsin rəyinə. Yəni ki, sənə ürəklə tüpürürəm. Ürəyimi qoyuram bu tüpürcəyə.

Məncə buna nail olsaq çox şey qazanarıq. Ən azından tüpürcəyimizi virtuallaşdırarıq. Ona da sosial şəbəkədə yer verərik. O da bir gün görər.

Amma bilin ki, bu asan olmayacaq. Çünki o qədər tüpürəcəyimizdən qorxan tüpürəcəklərimiz var ki, onlar bizim bu məqsədimizə çatmağımıza əngəl olacaqlar. Hələ "tüpürüm sizin təklifinizə” də deyəcəklər. Biz gərək onların tüpürcəyinə sinə gərək. Otuzduraq tüpürcəklərini ağızlarına.

Bir daha qeyd edirəm, smaylik yolunda öz gücümüzü ortaya qoyub tüpürcəyimizi virtuallaşdırıb tüpürməliyik.

Di dabanınıza tüpürün başlayaq.





İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK