hacklink Adalet.az | BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib və polis deyil Adalet.az | BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib və polis deyil Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib və polis deyil

22290    |   2019-05-21 17:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin polis əməkdaşı olması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, araşdırmalar zamanı K.Abbasova hücum edən şəxsin Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanov olduğu müəyyən edilib.

Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Müəyyən edilib ki, həmin şəxs polis orqanlarında çalışmayıb və mülki vətəndaşdır. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir.

Xatırladaq ki, müğənni Kərim Abbasov sosial şəbəkədə qeyd edib ki, ailəsi ilə bağlı bağ evindən qayıdarkən küçədə tanımadığı şəxs özünü polis əməkdaşı kimi təqdim edərək ona yumruq zərbələri endirib. K.Abbasov hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK