hacklink Adalet.az | Aqil ABBAS: ƏZRAYILIN ƏLİNDƏKİ ÇÜRÜMÜŞ ALMA Adalet.az | Aqil ABBAS: ƏZRAYILIN ƏLİNDƏKİ ÇÜRÜMÜŞ ALMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ƏZRAYILIN ƏLİNDƏKİ ÇÜRÜMÜŞ ALMA

(“Dolu” romanından)

11749    |   2019-05-25 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Ayna Sultanovanın saçlarını dibdən qırxmışdılar, sir-sifətində bir sağ-islahat yox idi, əlləri stulun arxasında bağlanmışdı, ayaqları da stulun qıçlarına. O qədər əzab vermişdilər ki, artıq heç bir ağrını hiss etmirdi, bütün yaddaşını itirmişdi, özünün kimliyini də unutmuşdu. Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimi stula bağlanan adamın da əri Həmid Sultanov olduğunu da bilmirdi.

Prometey kimi hər gün qarğa-quzğunlar ürəyini söküb çıxarır, didim-didim didişdirirdilər...

...Əzrayılın əlindəki alma artıq çürümüşdü, iyi-filan da qalmamışdı.

Tanrının Ayna Sultanovaya verdiyi ömürə hələ çox vardı. Əzrayıl bura Həmid Sultanovun canını almağa gəlmişdi. Amma Tanrının yaratdığı bir yaradana verilən zülmə, işgəncəyə dözə bilmədiyindən nəyə gəldiyini unutmuşdu, Həmid Sultanov artıq Tanrının verdiyi ömürdən çox yaşayırdı. Əzrayıl Ayna Sultanovanı xilas etmək istəyirdi, Əzrayıl olsa da bu qadının çəkdiyi əzablara tab gətirmirdi, Tanrının yazdığı ömürü kəsməyə cəsarət etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən istifadə edib bu yaradılan Yaradanın bütün hisslərini almışdı ki, bu işgəncələrə dözə bilsin, necə ki, vaxtilə Prometeyə də belə bir yaxşılıq etmişdi.

Həmid Sultanov bütün işgəncələrə dözürdü, amma gözünün qabağında namusunun belə təhqir olunmasına dözəmmirdi, ölmək istəyirdi, ölə bilmirdi. Gördüyü bu vəhşətdən dəhşətə gəlmiş Əzrayıl Tanrının Həmid

Sultanovu öldürmək haqqında əmrini təmiz yaddan çıxarmışdı.

Tanrının deyil, şeytanın qulu olmuşlar ərinin gözü qabağında xanımını zorlayırdılar, başına min bir müsibət açırdılar. Əzrayılın mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri bunu görürdü, zarıyırdı, gah Tanrıya yalvarırdı, gah qarğıyırdı, gah Əzrayılı çağırırdı. Əzrayıl yanında dayansa da nə onun yalvarışlarını eşidirdi, nə də qarğışlarını - əlində çürümüş alma, eləcə quruyub qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı insanların canını ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər idi?! Bu işgəncə verənləri nə Fironun gününə salardı! Amma bu onun ixtiyarında deyildi - hələ onların uzun bir yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz hiss elədi.

Tanrının yazısı ilə Ayna xanımın ömrünə 33 il 2 ay 15 gün 2 saat 11 dəqiqə qalırdı. Deməli, bu qadın hələ 33 il 2 ay 15 gün 2 saat 11 dəqiqə bu işgəncələrlə yaşamalı idi. Daha Əzrayıl dözə bilmirdi, əlindəki alma da təmiz çürüyüb qurtarmışdı. Və Əzrayıl...

... Çürümüş almanı Ayna xanıma iylətdi, amma o bu iyi hiss eləmədi, heç əslində almanın iyi də qalmamışdı, əlini atıb onun sinəsindəki ürəyi qopartdı, parça-parça olmuşdu bu ürək, qapqara qanın içindəydi.

Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı qalmadı, çox rahat bir nəfəs aldı və Tanrının yaratdığı bəndələrdən birincisi oldu ki, əzrayılsız-filansız canını tapşırdı. Əzrayılın başı Ayna xanımı xilas etməyə qarışdığından Həmid bəyin canını özü ilə götürməyi unutdu, Həmid bəyin canı eləcə qaldı bu divarların arasında.

Əzrayıl yalnız göy üzünə qalxdıqdan sonra yadına düşdü ki, Tanrının Həmid Sultanovu öldürmək haqqında əmrini yerinə yetirməyib və cəzalanacaq, özü də ağır cəzalanacaq. Çünki ikinci dəfəydi ki, Tanrının yazısını pozurdu. Birinci dəfə bu əmri Nəsiminin dərisi soyulanda pozmuşdu, o böyük şairin canını bir saat əvvəl almışdı ki, Şeytanın Övladlarının verdiyi işgəncəni hiss eləməsin...

Əzrayılın dözə bilmədiyi işgəncələri vaxtilə hər gün görən bu divarlar gördüklərini açıb danışsaydılar millət dəhşətə gələrdi.

Divarlar da milləti dəhşətə gətirməmək üçün susur və bildiklərini bir dövlət sirri kimi qoruyub saxlayırdılar.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK