viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ÖZÜNÜ YAZAN ADƏM ASNI Adalet.az | ÖZÜNÜ YAZAN ADƏM ASNI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖZÜNÜ YAZAN ADƏM ASNI

Əbülfət MƏDƏTOĞLU

4473    |   2019-05-18 08:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ara-sıra görüşüb həmsöhbət olduğum Adəm Asnı ilə növbəti görüşlərimizin birində ədəbiyyatdan, yaradıcılıqdan danışarkən gördüm ki, bu söhbətimiz artıq özü-özlüyün bir müsahibəyə çevrilib. Mən də bu hazır müsahibəni tərəddüd etmədən oxucuların ixtiyarına verirəm. Necə deyərlər, indi mənim müsahibim şair, yazıçı-publisist Adəm Asnıdır.

- Adəm müəllim, necəsiniz?

- Sağ olun pis deyiləm, yavaş-yavaş qocalıram.

- Bu yaxınlarda 65 yaşınızı qeyd etdiniz. Tez deyilmi qocalığa təslim olmaq? Geriyə nəzər salanda necə görünür, necə ötüb bu illər?

- Enişli-yoxuşlu görünür və çox tez ötüb. Bir şeirimdə yazdığım kimi:

İllərin sürətinə,

Özüm də mat qalmışam.

Sanki altmışbeş il yox,

Beş gün yola salmışam.

Bir-birini qovaraq,

İllər keçib ömürdən.

Tam altmışbeş il ötüb,

Beş gün içində – birdən.

O ki, qaldı qocalığa təslim olmaq məsələsinə, mən demədim ki, qocalmışam, yaxud təslim olmuşam. Təbiətin qanunudur, istəsək də, istəməsək də dediyim kimi hər kəs yavaş-yavaş qocalır. Bayaq dediyim şeirimidə yazdığım kimi:

…Onsuz da duran deyil,

Nə vaxt, nə də ki, zaman.

Sona yaxınlaşdırır,

Bizi hər saat, hər an.

- Adəm müəllim, sizin yaradıcılığınıza nəzər saldıqda, istər şeirlərinizdə, istərsə də hekayələrinizdə ən müxtəlif mövzulara rast gəlmək olur. Ancaq uşaqlara həsr edilmiş, həmçinin tərbiyəvi mövzuda şeir və hekayələriniz daha diqqət çəkir. Bəlkə bir az mövzu seçimindən danışasınız?

- Bilirsiniz, bəzən kimi isə nəğməkar şair, məhəbbət şairi və s. adlandırırlar. Mən ruhumu oxşayan, diqqətimi çəkən, məni ilhama gətirən nə isə varsa, ondan yazıram. Uşaqlara gəldikdə mən həmişə arzu etmişəm ki, bütün uşaqlar xoşbəxt olsunlar, sağlam və millətimizə, vətənimizə layiqli övlad kimi böyüsünlər. Televizorda tez-tez məktəblilər arasında bilik yarışları keçirilir. Mən həmin verilişləri daima və maraqla izləyirəm. Çətin suallara asanlıqla cavab verən uşaqlar, gənclər gördükcə çox sevinir, fəxr edirəm ki, xalqımızın belə savadlı gələcəyi yetişir. Təbiəti çox sevirəm. Dostlarımın, məni yaxından tanıyanların dediyinə görə müşahidə qabiliyyətim güclüdür. Bəzən başqalarının fikir vermədiyi bir şey mənim diqqətimi cəlb edir. Çalışıram başqalarının çirkin hesab etdiyində də yaxşı bir cəhət görüm. Şeirlərimdən birində yazdığım kimi:

Qızıl gülə baxıb da,

Qəlbi aha yaxıb da,

Demə bağrı qanlıdır,

Gözəl, sanki canlıdır,

Heyif ki, tikanlıdır.

De tikanlar içində,
Gözəl-göyçək biçimdə,
Bu dünyanın köçündə,
Özünə bir yurd salıb,
Gör nə gözəl gül açır,
Necə xoş ətir saçır.

O ki, qaldı tərbiyəvi mövzularda yazmağıma, bu da yəqin ki, uzun müddət penitensiar xidmətdə, təlim-tərbiyə işində çalışmağımla əlaqədardır.

- Bu mövzuda bir neçə dəfə mətbuatda getmiş maraqlı publisist məqalələrinizlə tanışıq.

- Qeyd etdiyim kimi uzun müddət bu sahədə xidmət etmişəm və Penitensiar xidmətin bütün çətinlikləri, orada çalışan sabiq həmkarlarımın sözün həqiqi mənasında şərəfli və fədakar əməyi ilə yaxından, daxildən tanışam. Buna görə də kimsə durub reytinq, sensasiya xatirinə uydurma, həqiqətdən çox uzaq bir məqalə yazanda, orada çalışan insanların əməyinə, adına kölgə salanda biganə qala bilmirəm. Penitensiar xidmətdən, Cəzaçəkmə Müəssisələrinin fəaliyyətindən, bu fəaliyyəti tənzimləyən qanun və təlimatlardan xəbəri olan hər kəs belə məqaləni oxuyan kimi hökmən gülür və faktların necə deyərlər, ağ sapla tikildiyini açıqca görür. Ancaq bu sahədən məlumatsız olanlar isə yazılanlara inanır axı. Düzdür, hər sahədə olduğu kimi,- mən bu barədə siz dediyiniz məqalələrdə də yazmışam,- Penitensiar xidmətdə də nöqsana, səhlənkarlığa yol verən əməkdaşlar olur, lakin onların hamısı barədə və vaxtında müvafiq tədbirlər görülür. Buna əmin ola bilərsiniz.



- Adəm müəllim, bəzən də çox az müraciət olunan mövzu seçirsiniz – "Körpə güləndə”, "Köhnə, keçmiş kişilər”, "Körpə qığıltısı”...

- Qeyd etdiyim kimi, məni duyğulandıranlar barədə yazmaya bilmirəm. Özünüz fikir verin:

...Sanki gülər bütün aləm,

Unudular qüssə, ələm,

Yazmaq istər əldə qələm –

Körpə güləndə.

Bəyəm belə deyilmi? Kimin körpəsi olur olsun, körpənin ürəkdən gülüşünə biganə qalmaq, sevinməmək olurmu? Yaxud:

...Muğamdır, ney səsi, rübab səsidir,

Büllur bir çeşmənin zümzüməsidir,

Sevdalı bir eşqin təntənəsidir –

Körpə qığıltısı.

...Yaşamaq, yaratmaq, eşq həvəsidir,

Sevən ürəklərin zənguləsidir,

Uca Tanrımızın şah bəstəsidir –

Körpə qığıltısı.

- Kitablarınızda "Dördmisralıqlar” ümumi adı altında şeirləriniz diqqət çəkir. Necə oldu ki, dörd misradan – bir bənddən ibarət şeirlər yazmaq qərarına gəldiniz? Mövzunu genişləndirmək, o bəndlərə daha bir neçə bənd əlavə etmək olmazdımı? Çünki bu şeirlərinizin demək olar ki, hər birində geniş bir mövzunu bir bəndə sığışdırmısınız. İlk dördmisralığınız yadınızdadırmı?

- Əslində dördmisralıqları yazmaq daha böyük zəhmət tələb edir. Qeyd etdiyiniz kimi gərək bir mövzunu, fikri dörd misraya sığışdırasan. Bu formaya nədən müraciət etməyimə gəldikdə isə, xarici ölkələrin birində cərrahi əməliyyat olunmuşdum. Elə də ciddi əməliyyat deyildi deyə o qədər həyəcan keçirmirdim. Amma yenə məni təkərli çarpayıda əməliyyata aparan rus­dilli tibb bacısından xahiş etdim cərrahdan soruşsun görək cərrahiyyə masasının üzünü qibləyə tərəf çevirmək olarmı. Lakin qiblə an­layışı, xahişin qayəsi ona anlaşılmaz və qəribə gəldiyi üçün xahişimi "Əməliyyat zamanı cərrahiyyə masasının üzünü Azərbaycana tərəf çevirmək” kimi qoydum. Tibb bacısının cavabı dodaqlarını büzüb çiyinlərinin yuxarı dartmaq oldu.

Cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı vaxtlarda xəstəxana palatasında uzanıb qalanda ağlıma gələn müəyyən fikirləri ayrı-ayrı bəndlər şəklində cızma-qara elədim. Duyğuların, fikirlərin bu formada ifadəsinə sonralar da hərdən müraciət etdim, lakin bir zaman fərqinə vardım ki, fikir, məzmun, forma, məna, ifadə tərzi və sairənin müxtəlifliyinə görə yazdıqlarımı bayatı, rübai və s. kimi ümumi bir ad altında birləşdirmək olmur. Ona görə də bu bəndləri elə ümumi olaraq "Dörd­misralıqlar” başlığı altında birləşdirmək qərarına gəldim. Xəstəxana palatasında ilk yazdığım dördmisralıq isə belə idi:

Qərib qəlbə sevinc də,

Nisgil ilə tən dolar.

Qürbətdə ölən kəsin,

Qibləsi VƏTƏN olar.

- Adəm müəllim, maraqlı ədəbi təxəllüsünüz var - "Asnı”. Tanış olmayan söz, ifadədir.

- Bizim kənd – Naxçıvan MR-in Kəngərli r-nun Qarabağlar kəndi bir tərəfdən uca dağlarla əhatə olunub. Kəndimiz də elə dağın ətəyində yerləşir. Möcüzədir ki, dağın döşündən gur sulu bulaq çağlayır - Asnı bulağı. Suyu çox olduğundan ona bulaq deyil, çay deyirlər. Həmin bulaq-çayın adıdır ki, təxəllüs kimi götürmüşəm.

- Siz ədəbi mühitdə nisbətən gec - əlli yaşadan sonra görünməyə başladınız. İlk iki kitabınız isə eyni vaxtda işıq üzü gördü. Lakin bəzi şeirlərinizin yazılma tarixi iyirmi, otuz il əvvələ aiddir. Nə əcəb daha əvvəldən dərc olunmurdunuz?

- Mən hələ orta məktəb illərindən qəzetlərdə, xüsusən rayon qəzetində ("İşıqlı yol”) kiçik yazılarla çıxış edirdim. Məqsədim də jurnalist olmaq idi. Amma qismət elə gətirdi ki, hüquqşünas oldum. Uzun müddət Ədliyyə Nazirliyinin Penitensiar xidmətində çalışdım. Doğrusu yaradılıcılığa vaxt olmurdu. Arada nə isə yazsam da əlyazması kimi arxivimdə qalırdı. Yalnız 2006-cı ildə təqaüdə çıxdıqdan sonra yaradıcılığıa vaxt ayırmağa, qəzetlərdə publisist məqalələrlə, şeir və hekayələrlə çıxış etməyə başladım. Əvvəllər yazdıqlarımı da bir araya gətirdim və buna görə də ilk iki kitabım eyni vaxtda çıxdı – "Duyğuların ifadəsi” və "Ovqat”. "Bir röya həsrətində”ki şeirlər isə əsasən son zamanlar yazdığım şeirlərdir.

- Sizcə ilk dəfə görməklə bənd olmaq, sevmək mümkündürmü?

- (gülür) Bilmirəm Sizin bu sualın arxasında nə dayanır, ancaq əlbəttə mümkündür. Biz görüşənədək mən həyat yoldaşımı heç vaxt görməmişdim, tanımırdım. Təsadüfən görüşdük və qırx ildir ki, rəvan bir ailə həyatı yaşayırıq. Üç övladımız, yeddi nəvəmiz var.

- Rəvanmı? Amma söhbətin əvvəlində...

- Sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Bəli, bu həyatdır. Eniş, yoxuşu da olub. Lakin ən əsası bu eniş yoxuşda əlbir olmaq, çətinlikləri birgə adlamaq, özünü tənha, köməksiz hiss etməməkdir. Belə olduqda sədləri, maneələri dəf etmək də asan olur.

- Dedikləriniz ailə, nəvələr, xüsusən də həyat yoldaşınıza həsr etdiyiniz çox səmimi şeirlərinizdə də özünü qabarıq büruzə verir. Ancaq ilk məhəbbət, nakam eşq kimi mövzularda olan şeirlərinizə də rast gəlinir.

- (gülür) Dedim axı bu sualınızın arxasında nə isə durur. Bunlar hamısı təxəyyülün məhsuludur. Bilirsiniz, məsələ burasındadır ki, nakam eşq yaşamaq üçün, sevmək üçün mənim imkanım, vaxtım olmayıb. Əsl sevməyin nə olduğunu, ailə qurmağın məsuliyyətni dərk etməyə başladığım yaşda olarkən xoş bir təsadüf məni həyat yoldaşımla qarşılaşdırdı. Və bu təsadüfə görə Tanrıdan çox razıyam. Buna qədərsə bayaq dediyim kimi vaxtım olmayıb. Orta məktəbi bitirdikdən sonra institut, Almaniya Demokratik Respublikaslnda hərbi xidmət, SSRİ DİN-nin Vilnüs şəhərindəki xüsusi məktəbində təhsil, SSRİ DİN-nin Akademiyasında təhsil... Yenicə arxayınlaşıb əmək fəaliyyətinə başlamışdım ki, bacılarım, bibilərim yenicə məni evlənməyə təhrik edirdilər ki, dediyim o xoş təsadüf baş verdi. Bəlkə mövzunu dəyişək?

- Yaxşı, dəyişək, ancaq daha bir sual: həyat yoldaşınız bu şeirlərə görə qısqanmır ki?

- Biz artıq qısqanmaq yaşını ötmüşük. Həyat yoldaşım ziyalı, ali təhsilli qadındır. Qısqanmağın da yerini həddini bilir. Həm də bayaq söylədiyim kimi nakam eşq yaşamağa vaxtımın, imkanımın olmadığını da, ona sədaqətli olduğumu da, ailəmi çox sevdiyimi də gözəl bilir.

- İlk oxucunuz kim olur?

- Hərdən həyat yoldaşım, əsasən isə böyük bacım Sevil müəllim. Bəlkə də mətbuatdan imzasını tanıyarsınız – Qulubəyova Sevil. Əvvəllər təhsilə dair qəzet və jurnallarda, əsasən də "Azərbaycan müəllim” qəzetində təhsildəki problemlər, tədrisin, dərsliklərin təkmilləşdirilməsinə dair tez-tez məqalələr, təkliflərlə çıxış edərdi. Təhsil problemlərinə dair əllidən artıq elmi-publisist, metodik məqalənin müəllifidir. Təqaüdə çıxdıqdan sonra daha yazmır. Sevil xanım məni yazmağa, kitab çıxarmağa təşviq edən üç şəxsdən biri olmaqla bərabər, həm də yeni yazdıqlarımın əsasən ilk oxucusu olur. On-onbeş gün ona yeni nə isə oxumasam özü zəng edib yeni nə yazdığım, nə üzərində işlədiyimlə maraqlanır.

- Üç şəxsdən biri dediniz. Bəs digər iki nəfər kim olub?

- Biri qudam və dostum Mehman müəllim. Mehman İbrahimov. Kitab çıxarmağa təşviq etməklə yanaşı, o da yazılarımın ilk oxucusu olur. Geniş dünyagörüşlü, ədəbiyyatı sevən bir şəxsiyyətdir. Digər və əsas səbəbkar isə çox hörmətli, görkəmli akademikimiz Nizami müəllim Cəfərov olub. Mən Nizami müəllimi yalnız mətbuatdan, TV-dən tanımış, çıxışlarını, məqalələrini maraqla izləmiş, heç zaman görüşməmişdim. Lakin Nizami müəllim təsadüfən mənim şeirlərimlə tanış olduqdan sonra onsuz da məhdud olan vaxtından iki saat mənimlə söhbtətə sərf etdi. Niyə şeirlərimi bir kitab şəklində çıxarmadığımı soruşdu, mən də cavab verdim ki, şair deyiləm, elə belə həvəskar kimi hərdən nə isə yazıram. Nizami müəllim müəyyən məsləhətlər verib təkrar-təkrar şeirlərimi bir kitabda toplamağı tövsiyə etdi. Ayrılanda telefon nömrəmi götürdü və inanırsınız, bir həftədən sonra mənə zəng edib iş yerimin yaxınlığında qəzet köşkü olub olmadığını soruşdu və müsbət cavab aldıqda dedi: "Bugünkü "525-ci qəzet”i al, məqaləm var, oxuyarsan”. Qəzeti alıb baxdım ki, mənim şeirlərim, yaradıcılığım barədə Nizami müəllimin "”Həvəskar”ın peşəkarlığı” başlıqlı geniş bir məqaləsi verilib. Sanki kənardan məni izləyirmiş kimi məqaləni təzəcə oxuyub bitirmişdim ki, yenidən zəng etdi, məqaləni oxuduğumu öyrənib dedi: "Bu da sənin kitabına mənim ön sözüm, get şeirlərini bir kitabda topla” Nizami müəllimlə görüşdən sonra mən əmin oldum ku, müasir dünyamız da yaxşı insanlardan xali deyil. Buna qədər isə etiraf edim ki, N.Cəfərov kimi nəcib, təmənnasız, alicənab, xeyirxah... insanların hələ də olduğuna, hər halda bütün bu müsbət insani keyfiyyətlərin bir şəxsdə cəmləşə biləcəyinə əmin deyildim. Nə xoş ki, sonralar ədəbi mühitə addımladıqca, hər vaxt kömək əli uzatmağa hazır olan Nazim Muğanlı, Məmməd Oruc, Vüqar Rəhimzadə, Asim Yadigar, Əbülfət Mədətoğlu, Miraslan Bəkirli, Rəşad Məcid, Aydın Bağırov, Mehman Göytəpəli... kimi insanlarla tanış oldum və bir daha sevindim ki, dünyamız kimi, ədəbi mühit də yaxşı, xeyirxah insanlardan xali deyil.

- Şeirlərinizə tənqidi yanaşanlara münasibətiniz necədir?

- Nəinki çox normal, hələ minnətdar da oluram belə oxuculara. Kitablarıma yazdığım ön sözlərdə də bunu həmişə vurğulayırm. Düşünürəm ki, tənqid qərəzsiz, əsaslandırılmış tənqiddirsə, tənqid xatirinə tənqid deyilsə, müəllif bundan nəticə çıxarar, göstərilən nöqsanları, səhvləri sonrakı yazılarında təkrar etməz deyə bu, müəllifin yalnız xeyirinədir. Həm də, əgər tənqid edilirsə, demək tənqid edən kitabı oxuyub və diqqətlə oxuyub. Hansı müəllif istəməz ki, onun kitabını oxusunlar, həm də diqqətlə? Qeyd etmək istəyirəm ki, bu sarıdan mənim bəxtim gətirib – qatı, amma obyektiv tənqidçi elə şeirlərimin, hekayələrimin ilk oxucusu Sevil müəllimdir.

- Necə deyərlər, tərəfkeşlik etmir ki?

- Dedim axı, obyektivdir. Bir də ki, nə tərəfkeşlik canım. Əksinə elə hal olub ki, deyib bunu heç üzə çıxarma, yaxud tamam sil, tam başqa formada yaz və s.

- Siz də razılaşmısınız?

- Kor - koranə yox. Fikir mübadiləsi aparmışıq, mövqelərimizi izah etməyə, əsaslandırmağa, sübut etməyə çalışmışıq. Olub ki, o mənim, olub ki, mən onun haqlı olduğunu qəbul etmişik.

- Bəs özünüz necə, şeirlərinizə tənqidi yanaşırsınızmı?

- Əlbəttə. Elə şeirlərim var ki, mənim fikrimcə heç üzə çıxarmalı, kitaba daxil edilməli deyil. Ancaq onların da yazılmasına güc, zaman sərf edilib, əziyyət çəkilib axı. Ona görə də kitablarıma daxil etmişəm. Bundan əlavə, elə olub ki, mənim zəif hesab etdiyim şeir kiminsə zövqünü oxşayıb, tərif olunub.

- Əsasən nə vaxt, hansı saatlarda yazırsınız?

- Bayaq dediyim kimi əgər məni duyğulandıran, diqqətimi çəkən, ruhumu oxşayan bir hadisə ilə qarşılaşıramsa, ağlıma hər hansı mövzu, rədif gəlirsə yazıram. Nə zaman yazmağıma gəlincə, o baxır nə yazıram. Şeirdirsə, düşündüyüm, ağlıma gələn bir fikri, rədifi bir yerə qeyd edir, sonra asudə vaxtlarımda üzərində işləyirəm. Həmin fikri bir yerə qeyd etmədimsə, o artıq mənim deyil – sonra ha düşünsəm də ilk ağlıma gələn formada xatırlaya bilmirəm, yaxud tamam unuduram ki, mən nə isə bir mövzu fikirləşmişdim. Hekayənin isə əvvəlcə süjetini beynimdə "bişirir”, sonra kağıza köçürür, sonda isə diqqətlə oxuyub təkmilləşdirirəm. Əsasən gecə saatlarında, sakitlikdə, yaxud evdə tək olan vaxtlar yazmağı xoşlayıram.

- Hazırda nə üzərində işləyirsiniz? Gələcək planlarınız necədir?

- İyirmidən artıq yeni şeir, bir o qədər də hekayələrim var. Onların bir neçəsi müxtəlif qəzetlərdə, bir hekayəm "Azərbaycan” jurnalında dərc olunub. Son dəfə bu yaxınlarda "Haqqın sədası” qəzetində yeddi şeirim dərc edilmişdi. Yeni şeir, hekayə və lətifələrimdən ibarət bir çələng tutmaq, bir kitabda toplamaq və kitabın da adını elə "Çələng” qoymaq fikrindəyəm. Ancaq bu ideya dəyişə də bilər.

- Son olaraq axır zamanlar yazdığınız şeirlərdən birini oxucularla bölüşərdiniz.

- Ən son yazdığım, ilk olaraq bir neçə gün əvvəl Sevil müəllimə oxuduğum "Sığallı xatirələr” şeiridir. Mən hamısını deyim, siz neçə bənd istəsəniz o qədərini dərc edərsiniz. Hamısını versəniz lap yaxşı.


Son görüş sığal çəkdin,

Saçlarıma o gecə.

Ömürlük hicran əkdin,

Necə qıydın, de, necə?


Məni eşqin xəstəsi

Edib saldın kəməndə.

Sığalının istisi,

Bir ömürdü ki, məndə.


Halım Məcnunun halı,

Bir səhra yox qaçım da..

Əllərinin sığalı,

Hələ durur saçımda.


Duyuram qarış-qarış-

Vaxt silməyib birin də.

Çox da saçım ağarmış,

Sığallar öz yerində.


Ötüb neçə illərim,

Sığalsa təzə, tərdi.

Sənli xatirələrim,

Sənsizlikdən betərdi.


Neçə bahar, neçə qış,

Zaman külüngün vurur.

Ha yusa da qar, yağış.

Sığalın hələ durur.


Bir ömür boyda illər,

Həsrətli qal, gör nədir.

Sığallı xatirələr,

Həsrəti də göynədir.


- Ənənəvi bir sual vermək istəyirəm – hansı sual daha çox xoşunuza gəldi?

- (yenə gülür) Nakam eşq barəsindəki suallarla məni sıxma-boğmaya salmaq cəhdinizi nəzərə almasaq, sualların hamısı müsahibənin əhatə dairəsində və maraqlı idi.

- Maraqlı müsahibə üçün sağ olun, Adəm müəllim.

- Təşəkkür edirəm. Siz sağ olun.

Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
SON XƏBƏRLƏR
2019-08-26
2019-08-25
2019-08-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK