ANA SƏHİFƏ / MƏMLƏKƏT

DİM adından saxta hesab yaradılıb - XƏBƏRDARLIQ

4699    |   2019-05-15 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər İnstagram sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin (DİM) icazəsi olmadan bir neçə saxta hesab yaradılıb.

Bu barədə Adalet.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı bu hesablarda tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunn məlumatlar yerləşdirildiyi məlum olub: "Bəzi hesablar "profil" və "cover" fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunan, yanlış cavablar verirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək.

İstifadəçilərə daha diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta İnstagram hesablarına üzv olmamağı tövsiyə edirik.

Xeyli vaxtdır ki, mərkəzin rəsmi İnstagram hesabı (https://www.instagram.com/stateexamcenter/) fəaliyyət göstərir. Artıq minlərlə istifadəçi mərkəzin fəaliyyətinə, qəbul kampaniyasına dair ən yeni və zəruri məlumatları bu hesabdan əldə edir.

Əgər Siz də mərkəzin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək və sizi maraqlandıran suallara cavab tapmaq istəyirsinizsə, göstərilən hesaba üzv olun. İnstagramda yaradılan saxta hesabların təqdim etdiyi məlumatlara görə Dövlət İmtahan Mərkəzi heç bir məsuliyyət daşımır".




İmza:

Bakıda evdən çıxmaq yasaqlandı, binanın başında manqal qaladılar - VİDEO

Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib

DİM xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirb

Bakıda yaralı qadını polis əməkdaşları xəstəxanaya çatdırdılar - VİDEO

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakı Şəhər Baş Polis İdarəsi vətəndaşlara müraciət etdi - VİDEO

Arzu Əsəd: Özlərinin fərari xarakterlərini göstərirlər

Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas etdi - VİDEO

İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ

BDYPİ: Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır - VİDEO

Pandemiya Azərbaycanın kənd təsərrüfatına ciddi təsir etməyib - RƏSMİ

Səfər Əbiyev əsgərlərin həyatına necə qəsd edirdi? - FAKTLAR

SON XƏBƏRLƏR
2020-06-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK