deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

Təəssürat anlamlı yol qeydləri

2866    |   2019-05-14 16:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən saylarımızda)

Oturduğum kürsüdən qalxıb yardımçılarının müşayəti ilə meydana doğru gələn Trabzon Orta Şəhər bələdiyyə başqanı, çox hörmətli Əhməd Metin Gənclə salamlaşıram. Köhnə tanışlar kimi hal-əhval tuturuq. Səhhətimlə maraqlanır. Bir problemin olub-olmadığını soruşur. Və bu "atüstü", həm də tələsik söhbət zamanı ölkəmizlə də ilgilənir. Azərbaycanın bugünkü durumunu bir qardaş məmləkət olaraq Türkiyə üçün önəmli olduğunu, xüsusilə hər iki ölkənin prezidentlərinin bir-birinə qardaş güvəncini dilə gətirir. Başqan Əhməd Metin Gənc böyük məmnunluq hissiylə Azərbaycan və Türkiyə əlaqələrinin inkişafından danışdı. O bildirdi ki, bizim qardaşlığımız, dostluğumuz dövlətlərimizin siyasi, iqtisadi qüdrətinin artmasına, dünya siyasətində bir mövqedən çıxış etməmizə dəstək olur. Artıq birmənalı şəkildə qəbul olunub ki, Türkiyə olan yerdə Azərbaycanla, Azərbaycan olan yerdə Türkiyə!

Biz qısa söhbətimiz vaxtı bu gün Türkiyədə gerçəkləşən seçkilərin də önəminə toxunduq. Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın və hakim partiyanın həyata keçirdiyi siyasətin qardaş ölkəni qətiyyətli şəkildə irəli apardığını və ölkə həyatındakı önəmli hadisələrin xalq tərəfindən dəstəklənməsini bələdiyyə başqanı xüsusi vurğuladı.

Biz sağollaşıb ayrılarkən dəyərli bələdiyyə başqanımız Əhməd Mətin Gənc mütləq görüşüb bir türk qəhvəsi içməyə zaman ayıracağını da mənə xatırlatdı. Onun bu səmimi dəvəti təbii ki, mənim üçün çox xoş idi. Və bu yazını diqtə etdiyim anlarda da həmin o xoş təəssüratın təəssüratı ilə yaşayıram...

Meydandan ayrılıb dəniz sahilinə doğru addımlayıram. Düzdür, gedəcəyim yer bir az uzaqdı, amma sahil boyunca gedəndə bu uzaqlıq o qədər də hiss olunmur. Çünki sahildə gəzişən insanlar, sahilə üz tutan ləpələr bir-birilə elə harmoniya yaradıblar ki, sanki görüşə, həmsöhbət olmağa çıxıblar. Mən də sahildəki adamların arasında öz yerimi tuturam və sahil boyu ləpələrin pıçıltısını dinləyə-dinləyə Sahil Testlərinə doğru gedirəm. Sanki dalğalar pıçıldayır mənə bu qeyri-adi şəhərin - mənim Qarabağımın əkizi olan Trabzonun şəninə ürəyimdən gəlib keçən misraları:

Dəniz çəkib aparır

Gözlərimi özüylə...

Dəniz mənim gözümlə -

Mən dənizin gözüylə

Sənə baxıram -

Sahildəki şəhər!

Bu dalğa təpələrin

Sinəsini əzə-əzə

Qırçınlı ləpələrin

Üstündə gəzə-gəzə

Sənə baxıram

Sahildəki şəhər!

Ürəyim dəniz boyda

Ona sıxmışam səni

Sevgimə qolunu aç

Utandırma gəl, məni!

Sənə baxıram -

Sahildəki şəhər...


Mən sahil boyu gedə-gedə hərdən dənizin ən yaxın ləpədöyəninə düşürəm. Gözümü göz yaşından da duru sulara zilləyirəm. İnanın ki, bu bir gerçəkdi. Qara dənizin Trabzon sahili boyundakı suları göz yaşlarımdan da durudu. Suya düşmüş iynəni də görmək mümkündü. Və buradaca içimdən bir xoş, amma həm də qəlbi göynədən duyğu keçir. Biz niyə Xəzəri bu cür qoruyub saxlaya bilmirik. Axı Bakı bulvarına düşəndə ləpələrin bulvar boyu sahilə yönəltdiyi əşyalar, tullantılar adamın xoş əhvalına bir pərişanlıq qatır, bir təəssüf hopdurur. Xüsusilə cavanların əllərindəki su qablarını boşalandan sonra dənizə atması bizim şəhərimizin gözəlliyinə xələl gətirən bir məqamdır. Üstəlik, Bakının hər yerində küləklərin oynatdığı sallofan torbalar, həmçinin müxtəlif enerji içkilərinin qabları və sairələr Trabzonun Qara dəniz sahili boyunca gəzərkən bir dəfə də olsun qarşıma çıxmadı...


Təqribən bir saat tələsmədən gəzə-gəzə qaldığım ünvana, Sahil Testlərinə gəlirəm. Elə bu ləpələrin ürəyimi, ruhumu oxşadığı gözlərimi çəkib apardığı məqamda yadıma bu şəhərə ilk gəlişim zamanı məhz bu ləpələrin pıçıltısıyla şeirləşdirdiyim misraları xatırlayıram. O zaman yazmışdım ki:

İlk dəfə

Qara dənizin

Türkiyə sahili -

Trabzon

ləpələrin

qumları öpən

qırçınlarını

saya-saya

mən

dənizin dibini görüb,

inandım.

Burada

iynə də

düşsə suya

gözüyumulu

əlini atıb

tapıb

götürə bilərsən...

Sən bu göz yaşımdan

duruluğu

özün görməsən

bəlkə də

sözümə inanmazsan,

gülərsən...

Olsun

yəqin ki,

sən də

bu sahildə

nə vaxtsa

bir gün

güzgülənərsən!..

Sahil testlərindəki mənə ayrılmış otağın qapısını açıb içəri keçirəm. Əslinə qalsa heç otaqda oturmaq həvəsim yoxdu. Çünki bu fürsəti əldə etmək və bu yerlərə bir də nə vaxtsa gəlmək o qədər də asan iş deyil. Ona görə də Allahın bu gözəl fürsətindən, dostların yaratdığı şəraitdən sona qədər yararlanmaq, Trabzonla, Qara dənizin sularıyla burdakı dəyərli insanlarla həmişə baş-başa qalmaq, daha çox söhbətləşmək, fikir bölüşmək haqqımı reallaşdırmaq mənə daha vacib və daha xoşdur. Mən də bu düşündüklərimin mahiyyətini özüm üçün təkrar-təkrar vurğulayıb otağın balkonundan dənizə boylanıram. Fikir, xəyal məni uzaqlara çəkib aparır. Yadıma kəndimiz, kəndimizin sağ və sol cinahlarından axıb gedən dağ çayları düşür. Mənə elə gəlir ki, bu an eşitdiyim ləpə pıçıltıları məhz indi əlim çatıb ünüm yetməyən həmin o girovluqda olan çaylarımın səsidi...


Çox qəribədi, insan yaşlaşdıqca təkcə xatirələr yox, həm də doğulduğu torpaq onu daha çox özünə çəkir, daha çox düşündürür. Bu mənada mən istər Gürcüstan ərazisində, istərsə də Trabzonda olduğum, gördüyüm yerlərin, mənzərələrin Qarabağla oxşarlığını, bənzərliyini xəyalən müqayisə edirəm. Və hər yerdə də, xüsusilə Trabzonda Şuşanın, Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlının az qala tam oxşarlarını görmüşəm. Və bu gördüklərim də məni bir qaçqın, bir yurdsuz nisgilli insan kimi həmişə içimdən paralayıb... içimdən elə vurub ki, dərdlərim az qala qan fışqırıb...


Həyat gerçəkliyi danılmaz, olduğu qədər də sərtdi. Onunla üz-üzə dayananda geri çəkilməyə yer qalmır. Elə mən özüm də xatirələrin, yuxuların nə vaxtsa gerçək olacağına, geri dönəcəyinə özümü inandırmağa çalışsam da hərdən susmağa, özümü öz içimdə bir küncə sıxmağa da məcbur oluram. Axı nə qədər xəyal qurmaq, nə qədər xatirə danışıb yazmaq olar. Gerçəklik isə bu danışılanı, bu yazılanı öz kölgəsində boğur, onun səsinin çıxmasına imkan vermir. Belə məqamda təsəllim yalnız içərisində olduğum anın mənə diqtəsidi, məkanın mənə təsiridi, dostların mənə söylədikləridi.

Bəli, məhz bu gerçəkliyə söykənib Trabzon şəninə içimdən keçənləri sizə də çatdırıram. Və düşünürəm ki, gördüyümü, şahidi olduğumu oxucuya çatdırmaq heç də qəbahət deyil. Həmçinin bu yazıların mayasında reklam yox, yalnız günün sözü və bu günün Trabzonu dayanır. Siz də bu qədim ünvana, bu gözəl məkana üz tutsanız mənimlə həmfikir olacağınıza şübhə etmirəm. Ona görə də deyirəm:

Düşündüklərim

qəribə

gələ bilər sizə...

amma mən

inanıram ki,

hər səhər

Trabzon

yuxusuyla birgə

ağrı-acısını da

çıxarıb əynindən

atır dənizə...

odur ki,

bu şəhər

adama

hər səhər

daha təmiz

və işgüzar görünür.

Deyə bilərsiniz ki, hissə qapılırsan. Gördüklərini, müşahidə etdiklərini daha çox qabardırsan. Şairlik, yazı-pozu həvəsi səni bu şəhərin fanatına çevirir... Mən deyə biləcəyim bu iradları, bu replikaları sakit şəkildə, anlayışla qəbul edirəm, dinləyirəm və sizin dediklərinizin də hardasa bir həqiqət olduğuna şübhə etmirəm. Amma hər kəs öz həqiqətində, öz məntiqində qalsa, yəqin ki, müqayisələrə də, mübahisələrə də, həmçinin gəzib görməyə də bir ipucu qalar. Yəni mənim tərənnüm etdiyim Qara dəniz sahilindəki bu qədim şəhərlə bağlı sizin də maraqlarınız yaranar və bi istiqamətdə gəzmək, görmək yolunu tutanlar heç də peşiman olmazlar...


Bax, həmin o söylədiklərim, yazdıqlarım və sizlərin də nə vaxtsa görəcəkləriniz nə vaxtsa üst-üstıə düşərsə, bundan məmnun qalaram. Yazdıqlarımın, yaşadıqlarımın məni kimi sizlərə də hər zaman könül rahatlığı verəcəyinə sevinərəm. Düşünürəm ki, elə belə də olacaq. O ki, qaldı...

(Ardı növbəti sayımızda)




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK