deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | POPKORN VƏ YA YERALTINDAN QEYDLƏR - Tural Cəfərli yazır Adalet.az | POPKORN VƏ YA YERALTINDAN QEYDLƏR - Tural Cəfərli yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

POPKORN VƏ YA YERALTINDAN QEYDLƏR - Tural Cəfərli yazır

2079    |   2019-05-13 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situasiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.

Yunqun bu fikirlərini bizim cəmiyyətin qarşısına güzgü kimi qoysaq, bir çox mətləblərə aydınlıq gətirə bilərik. Bu mətləblər bizi həmişə və hər yerdə narahat edir. Məsələn, insanı mərhəmətdən və yaxşılıqdan usandırmaq yolları çoxdur. Bu yollar bizi hər addım izləyir... Metroda, dayancaqda, işdə və s... Bəs nə etməli? Fəlsəfədə belə bir yanaşma var: Causa sui- yəni "səbəbi özündə olmaq". Bir çox məsələlərdə "səbəb" anlayışını məhz özümüzdə axtarmalıyıq, çünki "tapmaq" üçün ən düzgün metod budur.

İnsan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də freydin orta cins -"o" ilə ifadə etdiyi anlayışa uyğun gəlir. Bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Hər bir insanın öz kölgəsi var və onsuz keçinə bilməz. Kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və təcavüzkar meyillərini qoruyub saxlayır. Kölgə bir qayda olaraq sıxışdırılır, insan özünün şüursuz mənfi xarakterini görməkdən vaz keçir və onu görmür. Bununla belə kölgə tərəf inkişaf etməyə davam edir. Günlərin bir günü bu sıxışdırılmış olanlar ortaya çıxıb insanın "işıqlı" tərəfinin rəhbər tutduğu mənəvi-əxlaqi dəyərləri darmadağın etməsi an məsələsidir. Yəni kölgə arxetipi insanın özünə etiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəlməz tərəfləridir. Kölgə fasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsilməyə can atır. Bunlar əxlaqi nəzəratə müqavimət göstərirlər. Bütövlükdə "mən"ə meydan oxuyan əxlaqi problemdir və insanı ömrü boyu müşayiət edir.

Bu yaxınlarda politiloq, millət vəkili Rasim Musabəyovun feysbuk üzərindən yazdığı status çox müzakirə olundu və haqlı narazılıqlara səbəb oldu. Belə ki, yeraltı keçidlərin birində "popkorn" satmaqla həyatını davam etdirməyə çalışan bir uşağın bu işi, millət vəkilinin xoşuna gəlmədi, bunu ekoloji, iqtisadi, nə bilim qlobal böhrana çevirdi, o uşağı yeraltından "gün işığı" na çıxarmağın yollarını göstərməkdənsə, onu "vergidən yayınmaqda" suçladı. Xub, bunu əsaslandırmaq bir yana, bəs o uşağın bu işində niyə öz vətəndaş mövqeyini göstərməkdə çətinlik çəkdin?- deyə sual verilsə, məhz kölgə arxetipinin əsas məğzi başa düşülə bilər. Bu hər kəs üçün aydın bir məsələ və yaxud dərs olar...

Dostoyevskinin "Yeraltından qeydlər" 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır. Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Roman psixi təhlil xarakteri daşıyır. Bu romanı oxuyanlar bilər ki, baş verən hadisə dövrün psixi mənzərəsini göstərir. "Popkorn" satan o uşaq öz uşaqlığından məhrum olmuş, gələcəyinin qaranlıq səhifələrindən qurtulmaq istəyir. Ki, bunu hərə bir cür başa düşür. Məncə bu bizim cəmiyyət olaraq keyidilmiş və donmuş "hava"dan asılı qalmağımızdan irəli gəlir. Havamızı keyidən və donduran nəsnələrdən uzaq olmaq üçün təhsilimizə, dünyagörüşümüzə əl gəzdirməliyik...

Kant insanlara olan inamı bir göz qırpımında itirməyin nə olduğunu izah edərkən yazır: "Hər bir insan ömründə bir dəfə də olsa, içində daşıdığı "yenilməz" inamı itirə bilər. Bu fikirlər o gün avtobusda gediş kartını "inam"ından irəli gələrək bir "vicdansıza", (hələ üstəlik bu vicdansız gediş haqqını da verməyib) verməklə aldanan, iyirmi ildən artıqdı orta məktəbdə dərs deyən anamın "inam"ının necə itirdiyini xatırlatdı. Əslində itən gediş kartı deyildi, anamın "inamı" idi. O inam ki, illərdi onu izləyirdi. Amma anamın inamı bununla tam olaraq itmədi məncə, sadəcə olaraq bir az büdrədi, amma yıxılmadı, ayağa qalxmağı bacardı. Bu mənada anamın "inam" ından dönmədiyini görməklə onun necə güclü və iradəli olduğunu bir daha anladım... Hər şey yaxşı olacaq ana, təki sağlıq olsun!

Hə, onu deyirdim axı, "popkorn" un faydaları yazıb internetdə axtarış elədim. Popkorn ilk dəfə Amerikanın yerli əhalisi tərəfindən icad olunub. İlk vaxtlar pis qüvvələri yox etmək üçün partladılan qarğıdalı bir müddət sonra həqiqətən dadlı çərəz olaraq insanların diqqətini çəkib.

Qısa bir müddətdə idman və kino salonlarının əvəzolunmaz çərəzi halına gələn qarğıdalı daha sonra yerli əhali tərəfindən də əkilərək istifadə olunmağa başlayıb. Faydaları sırasında qeyd olunur ki, tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsi partladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir.

İndi yeraltı keçiddən istifadə edəndə popkorn iyi mənim üzümdəki təbəssümü dondurur, hisslərimi qılınc kimi doğrayır. Lakin buna baxmayaraq mən yenə əvvəlki kimi qızıma popkorn alacam. Qızım popkorn xoşlayır və buna görə çox sevinir... Rasim bəy, uşaqlarımızı sevindirməyin bir ucuz yolu var, onu da çox görməyin bizə...




İmza:

YAZARIN ARXİVİ

2019-07-11 : CİNAS BAYATILAR
2019-07-10 : VAQİF QARAYEV,
2019-07-04 : Başsız heykəl
2019-07-04 : Sirli Örənqala
2019-07-03 : SEVİLƏN PEDAQOQ
2019-07-02 : ŞƏRHSİZ...
2019-07-01 : TUTDƏY QUŞU
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK